Bizi izləməyi unutmayın

Manşet / #Ədəbiyyat

“Füyuzat”ın iki yazarı”na bir baxış

12-05-2017, 17:12 | 5532 dəfə baxılıb.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Füyuzat” jurnalının ilk sayının çapdan çıxmasının 110 illiyinə ithaf olaraq nəşr etdiyi sanballı monoqrafiyalardan biri də professor Vilayət Quliyevin “Füyuzat”ın iki yazarı” kitabıdır. Kitabın ön sözünün müəllifi akademik İsa Həbibbəyli, elmi redaktoru professor Asif Rüstəmlidir. Azərbaycanın Xarici İşlər Naziri və millət vəkili vəzifələrində çalışmış Vilayət Quliyev 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyalarını müdafiə etməklə ədəbiyyatşünaslığımıza mütəmadi töhfələrini verməkdədir.

Azərbaycanın Dövlət Mükafatına layiq görülən tədqiqatçı-səfirin “Füyuzat”ın iki yazarı” kitabı iki hissədən ibarətdir. Birinci hissə Krımlı Asan Səbri Ayvazova (1878-1938), ikinci hissə Türkiyəli Əhməd Kamal Akünala (1873-1942) həsr edilmişdir. Öz vətənlərində kifayət qədər tanınan bu müəlliflər istinad etdiyimiz monoqrafiya vasitəsilə yenidən Azərbaycan ədəbiyyatşünaslığına və oxucusuna qazandırılır. Tədqiqatçı alim hər iki ziyalının istər şəxsi həyat və fəaliyyətlərinə, istərsə də Azərbaycanla bağlı işlərinə xronoloji ardıcıllıqla nəzər salır. Müəllif Asan Səbri Ayvazovu yazıçı, dramaturq, publisist, tərcüməçi, ədəbiyyatşünas alim, dövlət xadimi və diplomat kimi təqdim edir. Bununla yanaşı, əsas diqqəti onun Azərbaycanla bağlı fəaliyyətinə və “Füyuzat”dakı çalışmalarına yönəldir.

Tədqiqatda qeyd edilir ki, onun “Füyuzat” məcmuəsində çap olunan ilk yazısı “Həyat”ın qürubundan, “Füyuzat”ın tüluundan hasil olan təəssüratım”dır. Sonralar jurnalın 24 sayında ictimai-siyasi səciyyəsi ilə seçilmiş yazıları çap olunan müəllifin üslubunun gözəliyi və şairanəliyi ilə diqqəti çəkdiyi vurğulanır. “Füyuzat”da yayımlanan silsiləvi səciyyə daşıyan “Həyati-əqvam”, “Bəşər və səy” məqalələri, “Nədən bu hala qaldıq?” üçpərdəli pyesi, “Əsarət qurbanları” hekayəsi, “Lisan qovğası”, “Krımlılar nə üçün tənqid edilmiyor”, “Təlimi-ətfal məsələsi” kimi məqalələri geniş təhlilə və müasir baxış bucağından dəyərləndirməyə cəlb olunur. Müəllif Asan Səbrinin “Füyuzat”dakı çıxışlarında türk toplumunun müştərək dil probleminə toxunduğunu, türk dilinin tərəqqi və mədəniyyət dili kimi inkişafına önəm verdiyini, idillik ailə modeli ortaya qoyduğunu, qadını ali ünvan kimi səciyyələndirdiyini xüsusilə qeyd edir.

Tədqiqat əsərində A.S.Ayvazovun “Füyuzat”dan sonrakı ömür yoluna da nəzər salınmışdır. Yenidən vətəni Alupkaya dönən Asan bəy açdığı dil kurslarında dərs demək üçün Əli bəy Hüseynzadəni Krıma dəvət edir. Bir müddət Misirdə yaşamaqla yanaşı, üç dəfə Moskvada həbs edilən A.S.Ayvazovun təsadüf nəticəsində Leninlə tanış olması məsələsinin mübahisəli olmasına da toxunulur. Hətta üç dəfə M.K.Atatürkün qəbulunda olduğu barədə də yazılır.
1917-ci ildə Krım müstəqillik əldə etdikdə dövlətin başçısı Numan Çələbi Cahanı, parlamentin sədri isə Asan Səbri seçildiyi qeyd edilir. Bildirilir ki, 1921-ci ildən Krımda bolşeviklər tamamilə bərqərar olduqdan sonra Asan Səbri tərcüməçi, müəllim işləmiş, 1926-cı il Bakıda Türkoloji qurultayda iştirak etmişdir. 1930-cu ildə yenidən həbs edilmiş, iki aydan sonra NKVD ilə əməkdaşlıq şərtləri ilə azadlığa buraxılmışdır. Professor V.Quliyev haqqında bəsh etdiyi insanı ideal olaraq yox, reallıqları ilə təqdim edərək göstərir ki, məcburən böhtan atdığı keçmiş əqidə yoldaşlarından Türkiyəyə dəvət olunması ilə bağlı yardım istəsə də, nəticəsiz qalır. 1937-ci ildə Simferopolda yenidən tutulan Asan bəy həbsdə olarkən “Krımda milli hərəkatın tarixi” kitabını yazmaqla Volqaboyundan Daşkəndə qədər türk əsilli ziyalıların həyatlarını təhlükədə qoyduğuna da münasibət bildirilir. Bugünki zaman kəsiyindən yanaşdıqda isə Asan Səbri həmin şəxsləri türkçü reallıqları ilə təqdim edibmiş, baxmayaraq ki, əsas məqsədi özünümüdafiə olub. Birinci hissənin sonlarında professor Vilayət Quliyev qeyd edir ki, “maraqlıdır ki, ona hələ də formal bəraət verilməyib”.

Monoqrafiyanın bəşəri və elmi prinsiplərlə yanaşı, milli prisiplərə söykənməsi də diqqətdən yayınmır. Müəllif açıq-aşkar türk düşüncə tərzinin inkişafının və yayılmasının fədailərinin əməllərini alqışlayır. O, Asan bəyi belə xarakterizə edir: “Müsəlman ümmətindən türk millətinə çevrilmə prosesinin bayraqdarının Azərbaycan olacağına inanırdı”. Tədqiqatçı araşdırdığı müəllifin Qafqazdakı türksoylu insanları Rusiya türkləri kimi təqdim etdiyini xüsusilə qabardır. Müəllif A.S.Ayvazovun türkləri siyasi müstəqillik uğrunda mübarizəyə səsləyən fədakar olduğunu örnək kimi göstərir. Araşdırılan müəlliflərin türkçülük uğrunda mübarizə kimi ortaq cəhətləri olsa da, Azərbaycana münasibətlərində fərqli tərəfləri də üzə çıxarılır. Azərbaycan vurğunu olan Asan bəydən fərqli olaraq Əhməd bəyin ölkəmizə soyuqqanlılıqla yanaşdığı da bəlli olur.

Bu barədə kitabın ikinci hissəsində daha yaxından bilgi əldə etmək olur. Səkkiz yarımbaşlıqla təqdim olunan ikinci bölüm Əhməd Kamalın keşməkeşli həyat tarixcəsinə həsr olunub. Onun hələ gəncliyində Sultan II Əbdülhəmidi öldürmək eşqinə düşməsindən, ehtiyac üzündən Bakıya üz tutmasından, nəhayət, sıradan bir insan kimi dünyadan köçməsindən hərtərəfli söz açılmışdır.

Tədqiqatdan öyrənirik ki, onun “Füyuzat”da ilk çap olunan əsəri “Fəlsəfeyi-pərişan” şeiridir. Ə.Hüseynzadə Asan bəyin 34 yaşında dərgiyə gəlişini “İdarədən” başlıqlı yazı ilə “Yeni qələm yoldaşımız” adlı qeydlə bildirmişdi. Beş ay jurnalla əməkdaşlıq edən Əhməd bəyin “Füyuzat”da 5 şeiri, 13 məqalə və publisist yazısı işıq üzü gördüyü məlum olur. Tədqiqatçı onun şeirlərinin digər müəlliflərin şeirlərinin kölgəsində qaldığını qeyd edir. Yalnız sonet janında yazdığı “Gözəlim, açma maziyi” şeiri ilə yenilik gətirə bildiyini nəzərə çatdırır. Bununla belə, onun məcmuədəki debütünü “Simurqun qanadlarında” publisist yazısı hesab edir. O da nəzərə çatdırılır ki, Asan Səbrinin “Füyuzat”dakı məqalələri yalnız ədəbi deyil, siyasi və ictimai xarakteri ilə də seçilirdi. Hələ də aktuallığını itirməyən yazısı kimi “Avropalılarla anlaşalım” məqaləsi fərqləndirilir.

Monoqrafiyadan aydın olur ki, ona qarşı olunan hörmətin qarşılığında Əhməd Kamal mütəmadi olaraq dərgiyə özəl olaraq çağrıldığını, ona xüsusi ehtiyac olduğunu vurğulayaraq, əslində bura öz yalvarışı ilə minnətçi düşərək gəldiyini unutdurmağa cəhd edirdi. Hətta azərbaycanlı şair İbrahim Tahir Musayevlə davamlı mübahisələrinə də araşdırmaçı aydınlıq gətirmişdir. Tədqiqatçı alim məsələnin aydınlaşdırılması üçün Musayev haqqında ətraflı bilgi verərək onun da obyektiv formada tanıdılması üçün şərait yaradır. Bu iki imza arasındakı əsas mübarizə yazılarının yazıldığı türkcənin üstünlüyünün daha vacibliyini isbatlamaq uğrunda olmuşdur. Bundan əlavə müəllif Əhməd Kamalın bütöv gerçəkliklərini təqdim etmək üçün yalnız füyuzatçıların deyil, molla nəsrəddinçilərin də onun haqqında olan düşüncələrinə şərh vermişdir. Bununla belə, II Sultan Əbdülhəmid-Hacı Zeynalabdin Tağıyev-Əhməd Kamal üçlüyünün jurnalın müqəddəratının həll olunmasındakı “rolu”na da yaradıcı münasibət bildirilmişdir.

Monoqrafiyada Əhməd Kamalın da “Füyuzat”dan sonrakı həyat və fəaliyyətinə güzgü tutulmuşdur. Bir müddət Bakıda Balaxanı məktəbində müdir, “Günəş” qəzetində baş redaktor olduğu yazılır. 1911-ci ildə Bakıda polislər qəzetə basqın etmiş, Əhməd Kamal həbs olunmuş, “Şaka” şeirini də Bayıl həsxanasında yazmışdır. Professor V.Quliyev qeyd edir ki, bu həbsdən sonra o, dekadansdan realist şeirə keçmişdir. Rifat Paşanın köməyi ilə onun vətəninə qayıtması bildirilir. Türkiyəyə döndükdən sonra Əhməd Kamal Azərbaycana etinasız yanaşmış, bura ilə bağlı tanışlarının münasibət qurmaq cəhdlərinə də cavab verməmişdir. Bu şəxslərdən biri Ə.Hüseynzadə idisə, digəri Bayıl həbsxanasında tanış olduğu milliyyətçi Abbasqulu Kazımzadə olmuşdur. Buna rəğmən yenə də ölümündən sonra Azərbaycan ziyalıları ona olan sayğılarını nümayiş etdirmiş, oğluna başsağlığı göndərmişlər.

Monoqrafiyanın özəl cəhətlərindən biri də odur ki, gizli mətləblərin açılmasında əsas vasitə kimi məktublara istinad olunmuşdur. Asan Səbrinin Əli bəyə yazdığı məktublardan əlimizdə olan üç məktuba tədqiqatçının müraciəti də bu fikirləri təsdiq edir. Nəzərə alsaq ki Asan Səbrinin arxivi yerli-dibli yox edilib, onda bu məktubların nə dərəcə önəmli sənədlər olduğu etiraf edilməlidir. Monoqrafiyada iki müəllifin timsalında bütövlükdə XX əsrin əvvəllərində Azərbaycan ədəbi-ictimai fikrinə də orijinal münasibət bildirilmişdir. O zaman baş verən hadisələr qarşılıqlı əlaqələr fonunda araşdırılmışıdır. Hər iki müəllifin istər sağlığında, istərsə də ölümündən sonra barələrində yazılmış yazıların fundamental sistemləşdirilməsinin şahidi oluruq. Hətta onlar haqqında yazılmış bir sıra tədqiqatlardakı xətalara düzəliş münasibətini də görmək olur. Monoqrafiyanın mükəmməl alınması üçün elmi və pulisist araşdırmalarla, yanaşı bədii mətnlərə də istinad edilmişdir. Xüsusən də, müəlliflərin öz şeirlərindən etibarlı mənbə kimi faydalanmışdır. Kitabın dili ağır elmi terminologiyadan uzaq, bir qədər də bədii çalarlarla asanlaşdırılmışdır. Yalnız sitat kimi verilən XX əsrin əvvəllərinə aid olan parçalarda “ortaq türkcə”nin dil faktoru ilə qarşılaşırıq.

Ümumiyyətlə, professor Vilayət Quliyevin “Füyuzat”ın iki yazarı” kitabı yeni dövr Azərbaycan ədəbiyyatının tədqiqi və öyrənilməsi baxımından mətbuat tariximiz üçün dəyərli bir töhfə kimi qiymətləndirilməlidir.

Gülnar Səma

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Tanınmış alim dünyasını dəyişdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Araşdırma

Bu gün akademik Afad Qurbanovun vəfat etdiyi gündür

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet

Tovuz rayonunda "GÜL" təqdim olunacaq

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının