• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Habil Yaşar yazır-"Pələng dərisi geymiş pişik"

Habil Yaşar yazır-"Pələng dərisi geymiş pişik" Habil Yaşar yazır-"Pələng dərisi geymiş pişik"
Pələng dərisi geymiş pişik (Abdulla Atakişiyev)

Kitablar, heç solmayacaq bitkilərdir Herrik

Yer üzünə milyardlarla insan gəlir, yaşayır və ölür. Ancaq elə insanlar da vardır ki, onlar ölümsüzlüyə nail olurlar. Onlar bu ölümsüzlüyə yalnız və yalnız öz istedadları və əbədi yaşayacaq sənət əsərləri, sözləri ilə nail olurlar. Yazılan hər dəyərli bir kitab bir dünya, bir kainatdır.

Çünki, hər nə olur olsun, zamanından və məkanından asılı olmayaraq dəyərli kitablar heç zaman öz əhəmiyyətini itirmir və itirməyəcəkdir də. Mütəffəkirlərdən biri çox gözəl vurğulamışdır. “Kitablara etibar et, onlar ən yaxındırlar. Onlar lazım olanda susurlar, danışmaq lazım olanda isə sənə bütün dünyanı göstərirlər”.

Dəyərli kitablardan danışarkən bu günlərdə dərc olunan Abdulla Atakişiyevin “Pələng dərisi geymiş pişik” kitabını xüsusi ilə qeyd eləmək istərdim. Məhz bu məqaləmin mövzusunun özəyini də bu kitab təşkil edir.

Öncə bu kitabı yazan şəxsin kimliyi haqqında sizə az da olsa məlumat vermək istərdim. Abdulla Atakişiyev 26 mart 1957-ci ildə Ağdaş şəhərində dünyaya göz açmışdır.

Bakı Dövlət Universtetinin Tarix fakultəsini bitirmişdir. Hal-hazırda ABDULLA ATAKİŞİYEV Dəniz Nəqliyyat Donanması Həmkarlar İttifaqı Komitəsi sədrinin müavini.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Abdulla müəllimin yazılarında olduqca müxtəlif mövzulara toxunulur.

İstər vətən mövzusundan tutmuş, ana, sevgi, ədəbiyyat, hərbi, idman (avtobioqrafik də daxil olmaqla) mövzusuna qədər. Hər bir yazı xüsusi araşdırma işidir və tərifə layiqdir.

Kitabın adını daşıyan ““Pələng dərisi geymiş pişik” məqaləsi isə olduqca maraqlı və maraqlı olduğu qədər də düşündürücüdür.

Müəllif məqalə boyu pələngin gücündən, onun dünyada olan şanından-şöhrətindən danışdıqca insan pələng haqqında bilmədiklərini öyrənir və bir daha bu heyvanın şücaətinə valeh olur. Lakin bütün bunlarla yanaşı Abdulla bəy olduqca gözəl bir müqayisə də aparmışdır.

Belə ki, pələnglə pişiyi qarşılaşdıran müəllif sonda belə bir sualla oxucularına müraciət etmişdir: “Görəsən, təbiətdə pələng olub, məhv olmaq qorxusu ilə yaşamaq yaxşıdır, yoxsa pişik olub isti bucaqlarda ömür sürmək?”. Təqdir edici müqayisədir elə deyilmi?

Müəllif eyni zamanda hər kəs üçün zəruri olan idmanla da müntəzəm olaraq məşğul olur. O, bunu yaşından asılı olmayaraq bütün insanlara məsləhət görür.

Çünki, idman insanı pis vərdişlərdən, tənbəllikdən, stressdən uzaq tutur. “Fiziki hərəkət Güc, Enerji və Həyat mənbəyidir!” adlı məqaləsində Abdulla bəy hərbi xidmət zamanı turnikdə məşq edərkən batalyon kamandiri, mayor V. Prilipkanın onun haqqında dediyi gözəl sözləri heç zaman unutmur. “Afərin! Atakişiyev güclü və çevik əsgərdir.

Onunla zarafat etmək qorxuludur”. Bəli bütün bunlar bir daha onu göstərir ki, hər nə olur olsun idman gündəlik həyatımızın əsas işlərindən biri olmalıdır.Abdulla bəy yaşca özündən kiçik sənət adamlarını da əsla unutmur.

Onun bəndəniz Habil Yaşar haqqında yazdığı “Şerdir gözümün işığı, nuru” adlı məqaləsi də mənim üçün olduqca dəyərlidir.Çünki, bu məqalənin Abdulla Atakişiyev qələmindən çıxması mənim gələcək yollarıma işıq saçır, məni yazmağa həvəsləndirir.

Mən də onun və xalqımın etimadlarını doğrultmağa çalışacağam. Minnətdaram Abdulla müəllim!Bu günlərdə (daha doğrusu 26 martda) Abdulla müəllimin 60 illik yubileyi qeyd olundu.

Onun ailəsi başda olmaqda, bütün qohumları, iş yoldaşları, sevimli dostları bu əlamətdar günü xüsusi olaraq qeyd elədi. Biz də Abdulla müəllimə daima sağlam qalmağı, yazıb-yaratmaq eşqi ilə yaşamağı arzu edirik. Mayası əməklə yoğrulan bu insan öz zəhmətinin bəhrəsini hər zaman görür və görəcəkdir.

Kitabda “Könlüm keçdi Qarabağdan”, “Vicdan dedikləri”, “Qabarlı əllər”, “Böyük qardaş”, Müqəddəs daşın möcüzəsi”, “Filankəsin adamı”, “Ata məhəbbəti”, “Ayıldım ki, oba köçür, el köçür”, “Xəmiri halal zəhmətdən”, “Mən marafon qaçıram”, “Mən həmkarlar işinə necə gəldim və ya alın yazısı”, “Ömrü necə yaşayasan yüzü haqlayasan”,”Yoğrulmuş yaradıcı insan”, “Özüm haqqında düşüncələrim”, “Saralmış afişa” və s məqalələr toplanmış və oxuduqca oxucunu öz maraq dairəsində saxlayır.

Bu kitabın ərsəyə gəlməsində Azərbaycan nəşriyyatının "Fəxrimiz" redaksiyasına, Hacı Tofiq Seyidzadə, Gündüz Hüseynov, Nurəli Məmmədov cənablarına, Mamedova Zeynəb, Əbilova Günel xanımlarına xüsusi olaraq təşəkrürümüzü bildiririk.

Sonda Abdulla bəyə gələcək işlərində, yaradıcılığında uğurlar arzulayır və inanırıq ki, o hələ bizi yeni-yeni kitabları ilə sevindirəcək, bilgilərimizin daha da çoxalmasında xüsusi rol oynayacaqdır. Uğurlar Abdulla Müəllim!

Habil Yaşar
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV