Bizi izləməyi unutmayın

Manşet / #Ədəbiyyat

O oğlandır bu gördüyün...

16-05-2017, 20:30 | 5622 dəfə baxılıb.

Danmadın.

Hər əzaba yandı canın,
Bəs indi niyə yanmadın,
Bəxt üzünə gülən çağı,
“Oyan” dedim, oyanmadın.

Zəhər doğradın aşıma,
Baxmadın cavan yaşıma,
Səsimi atıb başıma,
“Dayan” dedim, dayanmadın.

Sən eşqimiz xatirinə,
Nə dedim dəydi xətrinə,
Bənövşə, lalə ətrinə,
“Boyan” dedim, boyanmadın.

Ötən günlər can dediyin,
O oğlandır bu gördüyün,
Dönə-dönə söz verdiyin,
Nə yaxşı vədi danmadın.

*********

Onda

Bahardı,sevgimiz torpaqdan qalxıb,
Təzəcə boy atıb bitirdi onda,
Eşqin mehrabında qanad çalırdıq,
Günümüz qayğısız ötürdü onda.

Nə yaman olurmuş həyatın bədi,
Gələn ömrümüzü ötən gün yedi,
Bu görüş vidamı görüşü idi-,
Ayrılıq özünü yetirdi onda.

İndi dolanırıq iraqda, gendə,
Bizə sirdaş olub kədərdə, ündə,
Mənim arzularım yağışlı gündə,
Başının üstündə çətirdi onda.

Daha bizsiz qalıb o cığır,o iz,
Dünyanı yandırır qəlbimdəki köz,
Dodağından qopan hər kəlmə,hər söz,
Ürəyə yazılan sətirdi onda.

Gəlmişəm adlayıb dağ boyda dərdi,
Zaman o zaman yox, o yer o yerdi,
Bu illər bilmirəm sənə nə verdi,
Hüseynə qəm, kədər gətirdi onda.


*********

Biz üz-üzə gələndə.

Əsən külək dayanır,
Ömrüm şam kimi yanır,
Xatirələr oyanır,
Biz üz-üzə gələndə.

Yoruluram,bezirəm,
Dalğın-dalğın gəzirəm,
Dünyamdan əl üzürəm,
Biz üz-üzə gələndə.

Havasız boğuluram,
Od ilə yoğruluram,
Təzədən doğuluram
Biz üz-üzə gələndə.

Acı bəxtim ünlənir,
Məlul-məlul dillənir,
Göz yaşlarım sellənir,
Biz üz-üzə gələndə.

Nə becərim,nə əkim,
Ürəyim tikim-tikim,
Həyatdanmı əl çəkim,
Biz üz-üzə gələndə.

Ağı deyən dilimsə,
Axır günüm ölümsə,
Heç olmasa gülümsə,
Biz üz-üzə gələndə.

*********

Axı.

Günü günə satan canım,
Qəm yükündə batan canım,
Div yuxuda yatan canım,
Yuxu səni yıxar axı.

Gün qısalıb gecə uzur,
Nuru sönüb ay-ulduzun,
Bir ürəyi sevən qızın,
Çox ürəyi sıxır axı.

Məsləkimdir yoxum varım,
Həyat yolum düz ilqarım,
Billur kimi arzularım,
Ürəyimdən axır axı.

*********

Ölməliyəm?

(Bir nəfərə)

Ürəyindən keçənləri,
Gözlərindən bilməliyəm.
Sən ağlasan ağlamalı,
Gülümsəsən gülməliyəm.

Həsrətindən üzülüb can,
Daş asılıb qollarımdan.
Bundan belə yollarından,
Duman,çəni silməliyəm.

İntizarı yormaq üçün,
Buz layını qırmaq üçün.
Səni inandırmaq üçün,
De hökmənmi ölməliyəm?!

Hüseyn Əskəroğlu Zahidov

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Reyhan Kənan:"Parisin də ətrafında boyuk və balaca kəndlər var"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Xəlvətcə öpmüşdüm sol dodağından...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

Tahir Talıblı:"Bilməzsən göylərdə nə var"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının