Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Qoca zurnaçı

19-05-2017, 23:30 | 5642 dəfə baxılıb.

QOCA ZURNAÇI

(esse)

Qoca birini götürür, birini qoyur.Nəfəs-nəfəsə yaxın olduqları üçün bir-biriylə ixtilat eləyir.

Cavanlığından öyrəşdiyi köhnə dostlarıyla tay-tuşluğu bu qoca vaxtlarında da səngimir,deyəsən, xasiyyətləri indi daha da yaxşı tutur.Nədi bunları belə bağrıbadaş eləyən?

Yoxsa eşq sərgəştəliyidimi bu dostluq. Ya hər ikisinin içindəki hava doğmalığı?Ney, tütək, balaban, qara zurna qoca ustanın gününü keçirdiyi ömrünü həsr elədiyi, balaları qədər sevdiyi,nəvə-nəticə bilib başını qatdığı, tayı-tuşu qədər də yaxınıdı.

Özünü, öz ömrünü dərdimənd bu dilsizlərdən ayrı təsəvvür eləyə bilibmi,bir anlıq da olsa? Yəqin ki, yox!

Bu havacatnan dünyanın kələf kimi dolaşıq açılmaz sirrlərinə varır,qəvvas kimi dəyralar dərinliklərinə də baş vurur,heyrətini,təəccübünü, hətta özünün dünyaya qarşı etirazlarını belə dilə gətirir.

Birində xatirələrini çözələyir,o birində sevgisini. Bəlkə başqa daha nələrisə,daha hansısa düşüncələrini sıralayır.

Nə biləsən? Bu havalar bir tarixdi, tarixin o başından bu başına gəlib çıxıb.Adamı dəymədüşər eləyən bu havalar bəlkə tək özünə agah olan dünyanın yaşıl xəritəsidi?

Hava adlanmaları da elə adamın içindəki havaynan üst-üstə düşməyində, cana-qana gəlməyindədi.

Öz əlləriynən günlərlə, aylarla nazını çəkə-çəkə, əzizləyə-əzizləyə ərsəyə gətirdiyi şümşada dönən ağac parçalarında dilləndirdiyi özü kimi bu qoca, bu köhnə havalar daha çox uzun bir yolun eynidi.

Bu yolun nə başlanğıcı məlumdu,nə sonu görünür.Bitib-tükənməyən sevgi kimidi.

Bu şümşadın dəlik-deşik canınnan çıxanlar,
bağrınnan qopannar niyə bu qədər yanğılıdı.Bəlkə içi düz olduğu üçün.

«Rənalıq ilə qaməti şümşadı qılan yad,
Olmazmı xəcil sərvi-xuramanını görcək?».

Şümşad o şümşad boyluların yanında xəcalətli olduğundan bəlkə də öz bağrınnan qopan yanıqlı səslərdən yana da xəcalətlidi, utanclıq keçirir. Nə bilmək olar?

Bunu bilmək üçün Füzuli qəlbinin dərinliklərinə enə bilməlisən.Bu qoca bu hava-havacatlarnan nə demək istəyir, niyə yorlumur nə üçün demək isğədiklərini deyib başa çatdıra bilmir?Bu misraları yoxsa qoca Füzulidən əvvəl o söyləyib.

«Naləndəndi ney kimi avazeyi-eşqim bülənd,
Nalə tərkin qılmazam, ney tək kəsilsəm bənd-bənd».


Nədisə o sirr, bu hava-havacatdadı, insanın içini gümüldədən, insanın içinnən keçən qəm-qüssə də, dərd də, ağrı da.Yoxsa bu qocanın içi neyin sinəsi tək doğram-doğramdı?..

Yəqin eləyirəm ki, bu hava-havacat bir tərəkəmə yanğısıdı. İntizar yurddarın,ala-gül dağların,lal qayaların,bitili qaradinməz daşların,çayların-çaylaqların, ötükən yaylalarının havasıdı.

Hamımızı bir-birinə tikir, hamımızı bir-birinə hörür divar daşı kimi.Hamımızı bir köynəkdən keçirir. Min illərin yaddaşıdı.Yaddaşdısa, eh hanı o göynək dağlar, o kişnək atlar. Lal qayalar sırtına dolanan dolama çığırlar.

Bu qocanın fikrində yerbəyer eləmək istədikləri nədi? Bəs yaddaşında sıralanan nə qədər hava-havacat var?Hansını önə çəkmək istər? Bəlkə bu heç mümkün də deyil. Bu havacat bir-birinə qarışıq, dolaşıq kələf kimidi, yoxsa?

Bu qarışıq dünyanın dolaşıq kələfinin ucunumu axtarır, bu qoca zurnaçı.«Koroğlu dəlilləri», «Koroğlu qaytarması», «Cəngi»,«Tərəkəmə», «Vağzalı –atdandırma», «Tiflisi», «Ənzəli», «Uca dağlar», «Arpaçayı», «Paşa köçdü», «Aman nənə»,
«Oyna gülüm», «Qəməri», «Mirzəyi», «Heyratı», «Heyvagülü», «Gödək baba» yaddaşında hansı birincidi, hansı sonuncu, heç özünə də bəlli deyil.
Hər dəfə qara zurnaynan dərdləşmək istəyəndə, səsə ilk qanrılan, başı qolları üstə fikirli, mürgülü, yarıyuxulu bu qapı iti olur.

Sonra həyətdəki toyuq-cücə diksinən kimi qaqqıldaşır,bir anlığa səs boğazlarında qalıbmış kimi susqunlaşırlar.Qoca zurnaçı çalır: bu «Ənrzəli»di,bu «Paşaköçdü»-dü, bu «Arpaçayı»dı, nə bilim bu nədi?

Bu çalğılara əvvəl qapıdakı it qanrılır,səsə ilk səs verən bu dilsiz-ağızsız heyvan olur,-dedik. Yuxusumu dağılır,düşündüklərimi qırılır? Səsə atılır, ilan gülləyə atılan kimi.

Yuxulu, batıq,boğuq səsiylə havacatın ardınca üzü göyə göynəyir kimi bir ağız hürür, fikirli-fikirli bir ağız ulayır. Görəsən nədi hiss elədikləri?

Nədi Allahın bu dilsiz-ağızsız heyvanını hər dəfə belə sarsıdan?Əlimiz çatmayan, ünümüz yetməyən yurdlarımızın göynərtisinəmi ağrıdığıdı?Yoxsa bir tərəkəmə köçünün həsrətinə uladı?

Nə isə bu da bir sirri-xudadı.Adamın ağlına ilk gələn budu: «İtin yaddaşı itməz?»Onunçün deyiblər: «Daşın da yaddaşı var,göydə uçan quşun da».Burda bir haşiyə yeridi… «Qışın qışam” deyən vaxtları elə olur ki, yerlə göy qovuşur. Dünya qar qalağına dönür. Belə vaxtlardda qarın ağlığı da, ağırlığı da göz qabağında olar.

Ağılda (çox yerlərdə qışda qoyun saxlanan yerlərə yataq da deyilir) ota-əncərə daraşan heyvanlar arasında qaragöz, kürə qoyun özünə yer tapa bilmir, ağılı dörd dolana-dolana ağzında bir çəngə ot kal səsnən mələyir, sağa-sola döyükür.

İman yiyəsi, bar-bərəkət adamı o saat başa düşür ki, qışın bu borannı vaxtında qaragözün yadına yaylaq düşüb. «A səni min bərəkət olasan, - deyir, - eşiyin qar, içərinin bu dar vaxtı yadına yaylaq hardan düşdü?»Qoca zurnaçı yorulmur, çalır, çalır..

Havacat bir anlığa haqqa qalxıb, şenniyin üstə çökür,ruh kimi. Enib yaddaşa dirənir, qayaya dirənən kimi.Elə bil yadın-yaddaşın bərkimiş, xamlamış torpağına kotan salır,altını-üstünə çevirir.Bu gözəgörünməzlik içində birdən,
nəyisə yadırğamış adam özü-özünü görüb səksənir.

Qoyunun, itin, atın yaddaşınnan utanır kimi olur.Bayağı səs-küyün, qışqırtının yandım öldümün bulannıq çəni-çisəyi aralanır, adam öz havasına tapınır, gedib haraları dolanır,axır ki, gəlib özünə çıxır.
Tahir Talıblı
«525»-ci qəzet,
13 yanvar, 2012-ci il
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ədəbiyyat

Sən bir kənd kimisən,qoca!

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının