Bizi izləməyi unutmayın

Manşet / #Ədəbiyyat

HARDASA YADINA DÜŞƏCƏK BİR GÜN

20-05-2017, 23:04 | 3992 dəfə baxılıb.

HARDASA YADINA DÜŞƏCƏK BİR GÜN

Hardasa yadına düşəcək bir gün
Sənə söylədiyim xoş sözlər belə.
Gah qəlbin kövrələr, gah gözün dolar,
Gah yerə, gah göyə baxarsan elə.

Tənha bir ürəyin ağrısı yaman,
Tənha bir ürəyi oxşamaq çətin.
Oyar gözlərini acı intizar,
Solar çiçək-çiçək saf məhəbbətin.

Hardasa anlayar köksündə ürək,
Qəlbimdə, könlümdə keçən hissləri.
Hardasa biləsən tənhalıq nədir,
Göynəyər qəlbində bir sevda yeri.

Keçir üstümüzdən vaxt da yel kimi,-
Ay dönüb il olur, illər ötüşür.
Sən hardan biləsən, hardan biləsən,
Qara saçlarıma vaxtsız dən düşür.

Hardasa tənhalıq sıxacaq səni,
Birdən yada salıb dediklərimi.
Ümidin hər şeydən üzülər tamam,
Duyarsan çəkdiyim dərdi-sərimi.

********

QORUDUM

Çiçək –çiçək sevgimi,
Xəzanlardan qorudum.
Sutək təmiz qəlbimi,
Yalanlardan qorudum.

Qorudum zaman –zaman,
Sözümü, söhbətimi,
Mənə hər şeydən əziz,
Təmiz məhəbbətimi.

Əzizlədim, oxşadım,
Ürəyimdə adını.
Bu sevgi cıdırında,
Çapdım könül atımı.

Şahanə baxışların,
Qanad verdi qəlbimə.
Günəş oldun, Ay oldun,
İlhamıma, təbimə.

Sönməz odum, ocağım,
Sevgi adlı cahanda.
Gözəl yazıb, əzizim,
Bizə tale yazan da.

Çox yalanlar eşitdim,
Yalanlara uymadım.
Ürəyimdən süzüldü,
Mənim şeirim, bayatım.

Gecə –gündüz qəlbimdə,
Xəyalımda oldun sən.
Taleyimə, bəxtimə,
Ay kimi doğuldun sən.

Çiçək –çiçək sevgimi,
Xəzanlardan qorudum.
Sutək təmiz qəlbimi,
Yalanlardan qorudum.

********

Keçdim bütün yolları,
Bütün yollar keçdi məndən.
Yeridim suların yaddaşından,
Çırpıldım sal daşlara.
Hərdən ulduz oldum,
Hərdən bulud .
Axdım, axdım,
Və bütün meredianları keçdim.

********

Mənim uşağlığımı,
Bu yolların yaddaşından, oxu.
Oxu, daş –daş,
Torpaq –torpaq.
Sevgi məktubu kimi,
Oxu, həvəslə, oxu.
Bir çimdik qum dənəsi,
Oxumamış keçmə sən.
Yoxsa, indiyəcən yeridiyim,
Bütün yollar bir əlçim bulud olub,
Çəkilər göy üzünə.

********

Gəl, bir –bir xatırlayaq,
Ötən günləri.
Mən payızdan, sən isə bahardan başla,
Unudulan xatirələr bir –bir.
Yaddaşımızda canlansın,
Arzular çeşid–çeşid.
Ümidlər rəng –rəng,
Daha heç nə.
Zaman atını səyirdikcə,
Gün –gün, ay –ay,
Xatirələr çoxalır.
İnsan darıxdıqca,
Doğmalar yadlaşır.
Bir mən, bir sən, bir də ötən illərdən xatirələr,
Daha heç nə...
Ötən günləri,
Gəl, birgə xatırlayaq,
Mən payızdan, sən isə bahardan başla.

********

Yenə dəniz, yenə sənsiz,
Yenə sənsiz, yenə dəniz.
Balıqlar suda azadə üzür,
Qağayılar gah sahildə,
Gah da, dənizin üzərində qanad çalır.
Baxdıqca dəniz xatirələrim,
Sənli günlərim gözümün önündə canlanır.
Nə dənizdə üzmək,
Nə dənizin üzərində qanad çalmaq,
Nə də, sənsiz bir an sevinə bilirəm.

İltimas Səmimiскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Mədəniyyət / Manşet / #Yazarlar / #Ədəbiyyat

Reyhan Kənan:"Parisin də ətrafında boyuk və balaca kəndlər var"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

---

NAZİM YAQUBOĞLU .

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının