Manşet / #Yazarlar / #Ədəbiyyat
Bir sevdanın bələyisən

Küçələrdə gəzən baxış
Yığ daha gözünü bu küçələrdən,
Səndən aldığını geri gətirməz.
Yazıqsan, ay lələ, ümid eləmə,
Alma ağacları narı bitirməz.
Yığ daha gözünü bu küçələrdən,
Yazıqdır baxışın soyuqlayacaq.
Küçələr Boz aylı, külək amansız,
Baxışın titrədib soyuqlayacaq.
Küçəni doldurub küçə itləri,
Hər şey gözlərində ucuz olacaq.
Birisi qapacaq baxışlarını,
Baxışın dəyişib quduz olacaq.
Bir də baxacaqsan təmiz baxışın
Kirlənib, getdikcə düşür dərinə.
İlişib-dolaşıb küçə yolunda
Hansısa zibilin həndəvərinə.
Yazıqsan, ay lələ, Vallah, yazıqsan,
Yığ daha gözünü bu küçələrdən...
Əllərimdə
Bir sevdanın bələyisən,
Baş tutmayan diləyisən,
Ağrısısan, gileyisən,
Nə görmüsən əllərimdə?
Dərdi gedir, qəmi gəlir,
Nə iş bilir, nə güc bilir,
Ağlatdığın gözü silir,
Nə görmüsən əllərimdə?
Ürəyimin od yerisən,
Gah acı, gah şad yerisən,
Saçımın imdad yerisən,
Nə görmüsən əllərimdə?
İllər güman, əmin deyil,
Bu qadın da həmin deyil,
Bu əllər də sənin deyil,
Nə görmüsən əllərimdə?
Yolçu
Sən yorğun adamsan, mən boyda yükü
Pərişan ilhamın çəkməz, a yolçu.
Məhəbbət adına çıxdığın yola
“Olmaz”lar səadət əkməz, a yolçu.
Nə sənin ağlayan vaxtındır, nə mən
Baxıb yollarına xiffət çəkənəm.
Ahını dünyadan pay alan sinəm
Gətirib sinənə bükməz, a yolçu.
Salmısan özünü qınağa, aha
Dözməz çiyinlərin məncə günaha
Allah bir tikdiyi evi bir daha
Yenidən qayıqıb tikməz, a yolçu.
Afət Viləşsoy
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Yığ daha gözünü bu küçələrdən,
Səndən aldığını geri gətirməz.
Yazıqsan, ay lələ, ümid eləmə,
Alma ağacları narı bitirməz.
Yığ daha gözünü bu küçələrdən,
Yazıqdır baxışın soyuqlayacaq.
Küçələr Boz aylı, külək amansız,
Baxışın titrədib soyuqlayacaq.
Küçəni doldurub küçə itləri,
Hər şey gözlərində ucuz olacaq.
Birisi qapacaq baxışlarını,
Baxışın dəyişib quduz olacaq.
Bir də baxacaqsan təmiz baxışın
Kirlənib, getdikcə düşür dərinə.
İlişib-dolaşıb küçə yolunda
Hansısa zibilin həndəvərinə.
Yazıqsan, ay lələ, Vallah, yazıqsan,
Yığ daha gözünü bu küçələrdən...
Əllərimdə
Bir sevdanın bələyisən,
Baş tutmayan diləyisən,
Ağrısısan, gileyisən,
Nə görmüsən əllərimdə?
Dərdi gedir, qəmi gəlir,
Nə iş bilir, nə güc bilir,
Ağlatdığın gözü silir,
Nə görmüsən əllərimdə?
Ürəyimin od yerisən,
Gah acı, gah şad yerisən,
Saçımın imdad yerisən,
Nə görmüsən əllərimdə?
İllər güman, əmin deyil,
Bu qadın da həmin deyil,
Bu əllər də sənin deyil,
Nə görmüsən əllərimdə?
Yolçu
Sən yorğun adamsan, mən boyda yükü
Pərişan ilhamın çəkməz, a yolçu.
Məhəbbət adına çıxdığın yola
“Olmaz”lar səadət əkməz, a yolçu.
Nə sənin ağlayan vaxtındır, nə mən
Baxıb yollarına xiffət çəkənəm.
Ahını dünyadan pay alan sinəm
Gətirib sinənə bükməz, a yolçu.
Salmısan özünü qınağa, aha
Dözməz çiyinlərin məncə günaha
Allah bir tikdiyi evi bir daha
Yenidən qayıqıb tikməz, a yolçu.
Afət Viləşsoy
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


#Ədəbiyyat
Məhsəti Şeyda Əli qızı
-
#Mədəniyyət16-02-2019, 15:00
Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
-
#KriminalBu gün, 09:30
Azərbaycanlı samboçunu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir
-
#ƏdəbiyyatBu gün, 13:30
Mətnə düşməyən abzaslar-Kənan Hacı yazır-
-
#MədəniyyətBu gün, 12:00
Daimi Nümayəndəliyinin rəhbəri Litvanın Müstəqillik günü münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib
RƏY YAZIN