• 02:05 – Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad 
  • 19:01 – Bərzani və Bərzanilər (2) 
  • 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 

Əhməd Oğuz: "Sıra-salxım buz bağlamış pəncərə önündəyəm"

Əhməd Oğuz: "Sıra-salxım buz bağlamış pəncərə önündəyəm" Əhməd Oğuz: "Sıra-salxım buz bağlamış pəncərə önündəyəm" Bilmədim, tanıyammadım
O adamlar nəçiydilər.
…Bəlkə köhnə bir dünyanın
geri dönən köçüydülər.
Qatar-qatar arabalar
…Ala dağdan köç gələndə,
Qara dağdan köç gələndə…

****

Çingiz Aytmatov, «Gün var əsrə bərabər»

Yağır yayın son yağışı,
Quru ot qoxuyur dünya.
Damır evimiz vaxt kimi,
Mis sərnicə sanıya-sanıya.

İçimə bir türkü dolur,
Köç yolunun daşlarından.
Araba səsləri gəlir,
Dünyanın o başlarından.

…Dünyanın o başlarında,
Göz döyə-döyə qalmışam,
Gözüm böyüyə qalmışam,
Uğuruna çıxdığım köçün

Yağışına tutulmuşam,
Qatar-qatar arabalar,
Üstü çadır arabalar…
Yuxulu yol gedən atlar,
islanmış sürülər, itlər.

Bu damcılar kimi bir-bir,
tıpır-tıpır səs eləyir –
evimizin içindən keçir,
ovcumun içindən keçir.

Neçə illərdi ki,
gedir,
gedir…
Bilmədim, tanıyammadım
O adamlar nəçiydilər.
…Bəlkə köhnə bir dünyanın
geri dönən köçüydülər.

****

Araza çatan atlar

İstidən bezikib, gündən bezikib,
Şeytandan bezikib, cindən bezikib.
Qarşı yatan qarlı, ulu dağların,
Vətən sərinini canına çəkib,
Başsız atlar çapır Araz çayına.

Bizim könlümüzün tanımadığı,
Hansı bir sevgisə tutub onları:
Qovur, qabağına qatıb onları –
Başsız atlar çapır Araz çayına.

Sevişmək vaxtına qaçırlar bəlkə,
Su içmək vaxtına qaçırlar bəlkə.
Hərə öz baxtına qaçırlar bəlkə –
Başsız atlar çapır Araz çayına.

Göz görmür, əl çatmır, can yadırğayır,
Mən içən su, anam, Araz dadıyır.
Sinəmin üstəndən keçib addıyır,
Başsız atlar çapır Araz çayına.

****

Bu yurd mənim yurdumdu

Bu yurd mənim yurdumdu –
Bu dağlar, bu boran, bu qar…
Üzümü tanrıya tutdum-perikdi göydəki quşlar.
İçimdə tikan-tikan bir sürgün xəbəri var –
Ayağının ucuna qalxıb məzar daşları.

Başımda duman-duman – 4000 tüstüsü,
Ağ qarda, göy buzda ulayan bir it səsi…
Əridir yağan qarı göz yaşımın istisi,
Sıra-salxım buz bağlamış pəncərə önündəyəm.

Gecikmiş mənim kimi-durnalar qara düşmüş,
Köçüb getmiş elləri –
kim bilir hara düşmüş.
Dərdi mənim çiynimə,
ünü dağlara düşmüş –
Quş uçmaz, karvan keçməz bu yolları neynirəm.

…Sıra-salxım buz bağlamış pəncərə önündəyəm.
Ayağının ucuna qalxıb məzar daşları –
Nə getməyi bəllidi, nə gəlməyi yolların…
Kimin? – deyə sormayın.
Acı yelindən bəlli –
bu yurd mənim yurdumdu,
bu kənd mənim kəndimdi…

***

Məndən keçdi


…yapa-yapa qarlar yağsa yaza qalmaz!

«Kitabi-Dədə Qorqud»dan

Yuxumdakı dünyalar tək,
Dümağdı bütün çöl-bayır.
Gün düşüb damlar üstünə –
Yer-yerdən evlər ağlayır

Düzülüb bir yerə baxır,
Ağ sükutda kənd evləri.
Üzülüb dünyadan çıxır,
Uşaqların səs-küyləri…

…Nəydi ömrüm-günüm, nəydi.
Səadət də, sevgilər də,
Belə bu qarlar kimiydi –
Ayağımın altındaydı,
Gözlərimin önündəydi.

İsti bir yay günü,
Göz qırpa-qırpa qaçdılar.
Sıldırıma, sarpa qaçdılar –
Torpağımdan sovuşdular…

Ulayan qurdun aclığı var,
Ötən günümün bəyazlığı qar,
Ovçuların qana boyadığı qar
Yapa-yapa yenə gəldin…

Yer üzü işıl-işıl…
Baxıram gözüm qamaşır,
Yeyirəm-dişim qamaşır..
Uşaqlar, sizə yaraşır –
bu qar, məndən keçdi daha.скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV