Bizi izləməyi unutmayın

Manşet / #Yazarlar / #Ədəbiyyat

Xalça nağılı

9-06-2017, 22:00 | 7962 dəfə baxılıb.

Nabat nənənin söhbəti uzandıqca uzandı;aranı dağa daşıdı,dağı arana…

Gözünü dünyaya Loru dağlarına sığınmış Cücəkənd şenniyində açıb.

O yurd yerində ömrünün nə az,nə çox–düz yüz ilini yola salıb.Dünyanın hər üzünü görüb: ağını-ağ, qarasını-qara.Yayı yaylaqda keçirib,qışı qışlaqda. Köç-karvan yola salıb.Qədir-qiyməti,urvatı uca tutulub.Ömrünün ixtiyar vaxtında ağbirçəkliyində yurdla,yuvayla köklü-köməcli vidalaşmalı olub.

-Dünyanın işlərindən baş açmaq olmur,qavağında ölüm,-deyir.Söz gəlişi xatırladığı yaddaşının dərin qatlarından gələn köhnə bir bayatısının hənirtisi üz-gözünü qarsıdı.Fikirləşdim ki,sinəsi əriş-arğac çarpazıdır,qoy desin:

Əzizim,yara sızlar,
Ox dəyər,yara sızlar
Yaralılar dərdini
Nə bilir yarasızlar?!


Nabat Rüstəm qızı nədən söhbət eləyir-eləsin, sözünü dolandırıb toxuduğu xalı-xalçanın üstünə gətirir.-Cücəkənddə elə ev olmazdı ki,xalça toxunmasın,atam-anam.Hər ocaxda hana qurulardı.

Naxışının,bəzəyinin üstündə baş da sındırmazdılar.Bir qatar söz kimi sinədən axıb gələrdi.Xalçaların naxış-bəzəyindən onun taleyini oxumaq olurdu. Harda,nə vaxt,kimdən öyrənmişdi bunları?

Kim bilir…Bir onu bilirsən ki,Nabat nənə mənsub olduğu qədim elatın keçmişini gətirib xalçalarına. Həmin o keçmiş də,rənglərin uyarlığı da qəribədi.

Deyir ki,yaşılı şabalıdı rəngin yanına salmazlar,bir-birini bəyənməz.Şabalıdınkı sarı rəngdi.Tündü açar.İşıqlı eləyər.Çəhrayını yaşılın yanına qoymazlar,çünki ərik çiçəkləyəndə hələ yarpağı açılmamış olur.Yaşıla qırmızı və ağ yaraşar.Alçanın yarpağı tez gəlir,özü də çiçəyə yaraşır.

Nabat nənənin xalça haqda söhbətləri təbiətdəki rənglərin uyarlığını xatırlatdı,məni uşaqlıq çağlarıma qaytardı.Təəssüflənirəm ki,xalça və xalçatoxuma mərasimi ilə bağlı el adətlərini çoxunu unutmaq üzrəyəm.Kirkidi,həvəni yaşı otuzdan aşağı olan gənclər çətin ki,tanıya bilsin…

Nabat nənənin xalçalarının yaşı çoxdu;ancaq rənglərinin parlaqlığı adamın üzünə işıq salır…

-O vaxt heç kim çərçidən rəng almazdı,a bala. Rəng almaq da sonradan peyda oldu.Nə çox Allahın verdiyi dağın-düzün rəngi…

Yığıb yığışdırmaqla qurtaran ha döyüldü.İri qulplu qazanlar asılardı,altı ustuf-ustuf qalanardı.Gözəl, mamır,palıd və soğan qabığı,palıd qozası,biyan ürəyin istəyən rəngi verirdi.

Nabat nənə söylədikcə yadıma cənnətlik nənələrimizin ipboyama mərasimi düşür.Bu qədim peşənin sirri,texnologiyası görəsən neçə min illərin sınağından keçib gəlmişdi?Xalqın müdrikliyi hopmuşdu bu sənətə.

-Xalı-xalça toxumaq sən deyən asan iş döyüldü. Çoxlu zəhməti varıydı.Günlərlə yun yuyulardı, bulağın, çayın suyu da ki,göz yaşı təki.Didilib hazırlanan yun daranıb əlçimlənərdi.

İplik ikiqat, üçqat pükdərilərdi.İkiəm-üçəm, deyilərdi bu iplərə.Xalçanın yaxşı çıxması ipliyin əyirilməsindən,boyanmasından çox asılı olardı. Xalça yunu seçilərdi, çeşidlənərdi,güzəm yundan xalça iliyi çıxmazdı.

İplik boyanıb qurudulduqdan sonra xana qurulardı.Başlardı kirkid və həvə işi.İki həvə qoşalaşanda nağara səsi çıxardardı.Həvə nə qədər ağır,sanballı olsa yaxşı idi.Özü də qoz ağacından hazırlanardı.

Kirkidi maral buynuzundan düzəldərdilər.İki dişli olardı.İlmələr kirkidlə oturdulardı bir-birinə.Bir qatar ilməyə bir çin deyərdik.Hər çin ərişlə
bağlıanardı.İnsanın sifəti gərək işıqlı ola.Xalça da belədi.Yerriyi ki, üzünə gülmədi, qaraqabaq adama oxşayar xalça.

Yerriyi işıqlı da,tünd də toxumaq olar,amma, gərək ürəkaçan rəngləri olsun.Xalçanın ortasındakı böyük naxışa göl deyilir.Tək göllü,iki göllü,üç göllü xalçalar toxuyardıq.Qazayağına,qoçbuynuzuna oxşar naxışlar bizim xalçaların bəzəyi olardı.

Qazax,Borçalı,bizim səmtdi,a bala.Keçmişdə belə ayırma yox idi,indi eləyiblər.Bu oxşarlıq,yaxınlıq xalı-xalçadan da görünərdi.Xalçanın yeləni də qu-
rulu imarətə,güllü bağ-bağçaya çəkilən çəpər kimi olmalıdı;göl yerinin rəngini,naxışını,başını bağlamalıdı.

Nabat nənə xalçaların çoxunu qızı Lütfi ilə toxuyub.Lütfi də istedadlı xalçaçıdı.İşləyəndə əlini görmək olmur,-deyirlər.Öz istəkli peşəsindən ayrı qalmaq indi ona da çətindi.Bu xalçalara baxdıqca baxırsan.Quruluşu sadə,toxunuşu incə,rənglərin uyarlığı təbii, mövzuları isə rəngarəngdir.

Burada qədim mifik təfəkkürümüz,dünya duyumumuz mifoloji obrazlarla verilib.Mənə elə gəlir ki,bu xalı-xalça dəsti Nabat nənəinin cild-cild əlyazmalarıdı, gələcəyə çatdırmaq istəyidi,söz-sovudu.

Onun xalçalarında ovçuluqla,maldarlıqla,köç-elat mədəniyyəti ilə,zoomifik quş-heyvanat aləminin təsviri ilə də bağlı elementlər çoxdur.

O,bunları ənənəvi stilizə qaydası ilə toxuyub. Boyaların uyarlığı da ənənədən gəlir…Toxuduğu hər bir naxışı özünəməxsus hallandırır.Hər biri barədə hekayətlər danışır.

-Axşamlar işi dayandırdıqda əriş-arğacı,məlakə qanadlarıdı, çarmıxda saxlamaq olmaz,-deyir,- günahdı.Görünür,bunlar hansı bir inamınsa ifadəsidi.

Yeridi deyək ki,ustad aşıqlar sazın simlərini tarımda saxlamazdılar.Sazı dincə qoyanda aşıqları boşaldardılar.Sazın simləri də məlakə qanadlarıdı.

Belə deyərdilər.Xalça kəsiləndə küjünü bir oğlan uşağı at kimi aşırma minib bayıra çıxardı.Hətta dehinli gəlinin nəyi olacağı da xalçaya görə qabaqcadan beləcə bilinərdi.

Bir evdə xana qurulanda bütün şennik bilərdi. Gözaydınlığına gələrdilər,xalçaüstü gətirərdilər. Çeşidləri, ilmələri «gözüyumulu» görürdü qız-gəlin…Nənənin xalça «nağılı» bitmək bilmir.

Mənsə nə vaxtsa,bəlkə də dünyanın lap əvvəllərində yaranmış bu sirli-soraqlı «nağıl»ın hekayətlərini gözlərim önünə gətirməyə çalışaram…

Ancaq,heç nəyi aydınlaşdıra bilmirəm…Nabat nənə isə deyir:-İndi dünyanın üzü ayrı səmtədi,a bala.

Tahir Talıblı
«İncəsənət» qəzeti,
6 avqust 1991-ci il
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Kənan MM ağzını açıb gözünü yumdu..Nələr dedi nələr...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar / #Ədəbiyyat

Əhməd Oğuz: "Sıra-salxım buz bağlamış pəncərə önündəyəm"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Ədəbiyyat

İçindəki hissləri köklü-köməcli çıxarıb atdı, yerində təzə şitillər əkdi...

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının