• 20:30 – "Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 

Azərbaycan Milli Qurtuluş gününü qeyd edir

Azərbaycan Milli Qurtuluş gününü qeyd edir
Bu gün respublikamızda Milli Qurtuluş günü qeyd olunur.Analoq.az saytı xəbər verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb.

Gəncədə dislokasiya olunan 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb.

Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib.

O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.
modern.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV