Xalq artisti vəfat etdi



Müğənni, aktrisa, Azərbaycan Respublikasının xalq artisti Qəndab Quliyeva bir neçə saat öncə vəfat edib.

Analoq.az bildirir ki, xalq artisti uzun müddətdir ürək çatışmazlığından əziyyət çəkirdi. O, bir neçə gün öncə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, Qəndab Quliyeva 1949-cu il avqust ayının 10-u Füzuli rayonunun Dilağarda kəndində anadan olub. 1976-1980 cı illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində , 1991-1996 cı illərdə Azərbaycan Dövlət Musiqi və İncəsənət Universitetində təhsil alıb. 1981 ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrında solist kimi fəaliyyət göstərib.Metbuat.az

Allah rəhmət etsin!
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi