Hitlerin bilinməyən cəhətləri



Əgər Hitler Venada İncəsənət məktəbinə daxl olsaydı, görəsən tarix necə dəyişərdi? Görəsən, fürer deyil, məşhur bir rəsam olsaydı, nə baş verərdi?

Adolf Hitler incəsənət aşiqi olub və özünü istedadlı rəsam kimi görüb.

Onun əsərlərinə baxanda fürerin mühafizəkar və hardasa həssas naturaya sahib biri kimi görmək olur. Hitlerin özünün xüsusi stili olub: çox ənənəvi, hətta nifrət etməsinə baxmayaraq müasir incəsənətin təsirinin hiss olunduğu «neo-klassik».

Əsərlərə diqqətlə baxdıqda onun impressionizmi xatırladan sürətli hərəkətlərlə rəsm çəkdiyi görünür.

Bir çox məşhur rəssamlar onun əsərlərini tənqid edərək «degenerativ incəsənət» adlandırır. Lakin böyük ehtimalla bu qiymətləndirmədə fürerin idealları əsas götürülür. Bir çox tarix kitablarında isə onun istedadsız rəssam olmasını göstərmək üçün ən pis əsərləri dərc edilib.

Əlbəttə, fürerin əsərlərini məşhur və tanınmış rəssamların rəsmləri ilə bir sıraya qoymaq olmaz. Ancaq Hitleri istedadsız adlandırmaq da düzgün olmazdı.

Əsərləri ixtiyarınıza qoyuram. Şübhəsiz ki, o müharibə etmək əvəzinə, gözəl incəsənət əsərləri yaratsaydı daha yaxşı olardı.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi