MN: Erməni silahlı bölmələrinin Füzulidə kəndi atəşə tutması nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub



Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın cəbhə xəttində növbəti irimiqyaslı təxribat həyata keçirdiyi barədə bəyanat yayıb.

APA-nın məlumatına görə, bəyanatda bildirilir ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Hadisə ilə bağlı beynəlxalq qurumlar məlumatlandırılıb.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi bildirir ki, baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.


***

saat 22.03

Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub.

APA-nın Qarabağ müxbiri xəbər verir ki, kənd axşam saatlarında artilleriya qurğularından və digər silahlardan intensiv atəşə məruz qalıb.

Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.

Müdafiə Nazirliyindən APA-ya Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər.

Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.

Azərbaycan Silahlı Qüvvələrinin bu istiqamətdə yerləşən qüvvələri tərəfindən cavab tədbirləri görülür.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
#

JeaIndege

написал 0
Kamagra Pharmacie Forum generic cialis from india Tarif Levitra Cialis Sin Receta 2009 Buy Overnight Direct Zentel Tab Amex Fedex C.O.D.