Prezident İlham Əliyev həmkarını təbrik etdi



Azərbaycan prezidenti İlham Əliyev Xaltmaaqiyn Battulqanı Monqolustanın prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Hörmətli cənab Prezident,Monqolustanın prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Bu xoş fürsətdən istifadə edərək ölkənizin milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir,Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar,dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.
apa.azскачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi