• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

SAZ BİZİM QARDAŞIMIZDI...

SAZ BİZİM QARDAŞIMIZDI... SAZ BİZİM QARDAŞIMIZDI...
Koroğlu deyirdi: «At igidin qardaşıdı».Bu söz öz təsdiqini tapmış,həyati vəsiqəsini almış bir dədə sözüdü.Dədə sözü yerdə qalmaz.Türk türk olandan ata tapındı,atı özünə yoldaş,dost, qardaş elədi.Bütün uğurları atın adıynan təndi.


Qələbələri atıynan qazandı,imperiyalar qurdu, imperatorluqlar yapdı. Uğursuzluğunu da atıynan bölə bildi,məyusluğunu da.Koroğlunun Qıratı oğurlatması səhnəsi,Dəyirmandakı hadisələr hamımızın yadaşına yazılıdı.

Düratı Həmzədən qurtarır,əvəzində Qıratı verir.«Verdin Qırı,aldın Dürü,Döy başına,yan Koroğlu» deyir,dad qılır,özünü məzəmmətləyir.İş-işdən keçdiyindən kor-peşiman Çənlibelə qayıdır. Dəlilər heç üzünə baxmır,salamını almır. Koroğlu bundan ağır nə dərd görəsidi ki?Odu ki,əlini saza atır:

Keçər dövran belə qalmaz
Şad ol,könlüm,nə məlulsan.
Dəlilərim salam almaz
Şad ol,könlüm,nə məlulsan.

Geydiyin igid kürküdü,
Dünya Süleyman mülküdü
Dövlət ki, var əl çirkidi
Şad ol,könlüm,nə məlulsan.

Koroğluyam deyim sənə
Od tutub alışdı sinə
Aşıqlığım bəsdi mənə
Şad ol,könlüm,nə məlulsan.

Bu kiçik şeir məyusluq anında Koroğlunun iç dünyasını,fəlsəfi gəzişmələrini,psixoloji düşüncələrini,həyata,dünyaya baxışlarını dəqiq ifadə eləyir.

Bu həm də qayğılı bir fatehin könül etiraflarıdı, dünyanı yorub-yorta gələn,onun hər üzünü görən,gördüklərini götürə-götürə gətirən, «dövlətin» əl çirki olduğunu yüzə-yüz anlayan «bir filosof»un düşüncələridi.

Dünyaya özünün kim olduğunu, kimliyini axırıncı bənddə belə anladır,«Aşıqlığım bəsdi mənə». Bəşəri bir diqqət sonuncu bənddə söylənilən fikrə yönəldilir,«Aşıqlığım bəsdi mənə,bu həm də tarixi yaddaşın cözələnməsidi.

Bütün fatehliyin,qələbələrin önündə bir aşıqlıq durur.Bu bəlkəsiz də belədi.Bu fikir klassik aşıq şeirimizdən də boy alıb gəlir: «Aşıqlıq Adəmdən icad olubdu,Ol Adəm atanın balasıyam mən».

Qədim folklorumuzdan və mifologiyamızdan gələn bir gerçək həqiqət budu ki,qardaşlar üç və ya yeddi olur.

Bu dediklərimizdən doğan həqiqət budu ki, Koroğlunun bir qardaşı atıdısa,ikinci qardaşı isə aşıqlığıdı,daha doğrusu,sazıdı,bir qardaşı qılıncdı. Belə sıralasaq,nə az,nə çox Koroğlu yeddi qardaşdı.Saz bizlərin qardaşlarından biridi. Şübhəsiz ki,həm də böyük qardaşımızdı.

Mən sözü belə fırramaqla,elə sözün özünü böyük ozanımız,dünyadan çox erkən getmiş,amma könüllərdə və sazda möhürünü qoymuş Aşıq Xanlar Məhərrəmovun üstə gətirmək istəyirəm.

Onun haqqında necə danışsaq da axırda bu qənaətə gəlməliyik ki,o,sazın ruhundan doğulmuşdu,o sazın bağrından qopmuşdu.

Bəlkə də o,heç sazı çalmırdı;o,sazın şah damarından tutub danışdırırdı,sazdan sirrlər qoparırdı,sazdan tarix dərsi alırdı və bu dərsi xalqa ötürürdü.Onun ifa vaxtı sifət cizgilərini bir anlığa xatırlayın. Saz sinəsində olanda sifəti,üz-gözü içində min-min illər boyu sirr saxlayan,dərd qovuran qayaya bənzəmirdimi?Onun üz-gözündən oxuduqlarımızın, sezdiklərimizin özü bir ayrı dərs idi.

Onun çaldıqları ruhların içindən gəlirdi,onun çaldıqları,ifası,hava-havacatı Tanrıya rahatca çatırdı;çünki saz bizə vəhy kimi gəlib,Tanrıdan enib.

Aşıq Xanlar haqqında silsilə, epitetlərdən, söyləmələrdən sonra bu fikrə də gələcəyimiz yəqindi:«Aşıq Xanlar atın da qardaşıydı,sazın da, qılıncın da,Koroğlunun da.Bizim hamımızın da,eləcə də xalqın özünün də».


Tahir Talıblı
əməkdar jurnalist
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV