• 19:30 – Elza yenə od püskürdü:"Bəzi müğənnilər efirə həsrət qalanda,qapımda kanallar dayanırdı ki,gəlmişik Ceylanı çəkək" 
  • 16:35 – Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 

YURDUN GÜNEY QAPISI

YURDUN GÜNEY QAPISI YURDUN GÜNEY QAPISI
YURDUN GÜNEY QAPISI
Mərhum rejissor Nazim Abbasın xatirəsinə

Bu yerlər təkrarsız gözəlliklər diyarıdı.Təbiət Tanrıdan göndərilmiş bəxşeyiş misalındadı.Hər şey Tanrı əliynən yerbəyer edilmiş kimidi.

İnsan təbiətin bir hissəsi olsa da əslində üzbəüz qaldığı, çiyin-çiyinə yaşadığı dağ-daş,dərə-təpə,dəniz,göl, çay,yaşıllıq onun içidi,daha çox içdünyasının şəklidi.Hər qürub açılan səhərlərə başlanğıcdı.Bu yerlərdə günün qüruba dönüşü, səhərlərin doğusu qədər sehrlidi.Axşamın çökümü insan qəlbinə təbiətin özündən gələn bir ovqat,bir vəhy gətirir.Bir qədər də ərşin-gürşün sirrlərinə yaxın görünürsən.

Hər şey gecələrin sakitliyində özünə qayıdır,özüylə qalır,özüylə danışır.Gecələrin qaranlığında özünü daha aydın görürsən.Gecə bəlkə də daha çox gündüzün düşüncələridi,fikirləridi.Dulusçuluq Lənkəranda,onun ətrafındakı bölgələrdə çox qədimdən yaranmış,yayılmış bir sənət növüdü.

Gil saxsı qabların istehsalı,keramik məmulatların hazırlanması Lənkəran dulusçularının qədimdən məşğul olduqları bir sahədi. Hələ eramızın üçüncü,ikinci minilliklərində Qədim Şərqdə gil qablar bişirilirdi.Bu sənət Azərbaycanda Neolit dövrünnən bəri yayılmağa başlamışdı.

Azərbaycanda istehsal olunan gil qablar nehrə, küp,badya,kuzə,çıraq,kassa,fincan müxtəlif məişət əşyaları İpəkyolu boyunca daşınan malların ən çeşidlisi,geniş yayılmışıydı.Ənənəvi qaydada keçmişdən gələcəyə,babadan-nəvəyə ötürülə-ötürülə gələn dulusçuluq sənəti Lənkəran ustalarının ən çox məşğul olduqları sahədi.

İndi də bütövlükdə bu sənətlə məşğul olan ailələr az deyil.Ayrı-ayrı sənətkar ailələrində gil palçığın hazırlanmasından tutmuş keramik qabların istehsalına,dulusun karxanda müxtəlif şəklə salınmasına,kürədə bişirilməsinə,hazır məhsulun arabaya yüksəlməsinə qədər proseslər əsl mərasim şəklini alır.

Bu mərasim qədim bir mədəniyyətin günümüzə gəlib çıxan izləridi. Lənkəran mətbəxi adnandı.Öz zənginliyi ilə bişirilən xörəklər çeşid rəngarəngliyi ilə seçilir.Xüsusən düyü xörəkləri-müxtəlif plov növləri,düyüdən hazırlanan cürbəcür aş xörəkləri.Cənub bölgəsinin mətbəxinin iyirmidən çox plov növü bəllidi.

Lənkəran bölgəsinin ekoloji təmizliyi torpaqların münbitliyi,əlverişli hava şəraitinin olması çəltik əkini üçün olduqca yararlıdı. Vaxtilə zəmilərdə otuz beş-qırx növ düyü becərilirdi.Bu ənənə bu gün də davam eləyir.Plov bişirilməsi üçün xüsusi hazırlıq işləri görülür,bir mərasim xaraekteri alır.Düyü yuyulur xüsusən mis qablara yığılır.Plovun dəmə qoyulması xüsusi diqqət,bacarıq tələb eləyir.

Plov hazırlanması üçün yağ,soğan,yumurta, qatıq,sarıkök,zəfəran,plovun qarası üçün növündən asılı olaraq ət,göyərti,istiot istifadə olunur.Evdə plov süzən nənələr adnandı.Bu sənət nəsildən-nəsilə,nənədən-nəvəyə ötürülə-ötürülə,yaddaşdan-yaddaşa köçə-köçə gəlir.Lənkəranda toy adətləri öz kökünü,ilkinliyini qoruyub minilliklərdən gələn bir mərasimdi.Toy süfrəsinə hazırlıq işləri lap erkən başlayır.Çalınacaq bir toy,qurulacaq bir xoşbəxt ailənin sevinci bütöv bir elin sevincinə çevrilir.Yaşlı nənələr,gənc qızlar hamı xüsusi bir həvəslə,toy süfrəsinin hazırlanmasında əllərindən gələni əsirgəmir.

Üzlərdən-gözlərdən nur tökülür.Yaxınlaşan bu sevinci məstan pişik də hiss eləməmiş deyil,qamçı boyda bir oğlan uşağının içindəkini ifadə eləmək, dilə gətirmək bəlkə də ən çətin bir işdi.Toy mərasiminə hazırlıq halay oxumalarıyla müşayiət olunur.Düyü təmizlənir,qoz-fındıq qabığından çıxarılır.Meyvələr çeşidlənir.Min illərin yaşıdı nanaylar dilə gəlir,həm talış,həm Azərbaycan dilində avazla,xüsusi boğazla oxunan nanaylar bir-birinin davamı, təsdiqi kimi səslənir.

Kimi gülləri,çeşidləri uzaqlardan soraq gətirən palaz üstə oturub iş görür,həvəng daşıynan qoz-fındıq əzir,kimi çəltik üyüdüb kirkirə işlədir,kimi əlində çörək yapır,hərə bir işin qulpundan yapışır.Dülgər emalatxanasında öz işi ilə məşğuldu.Bu dəfə düzəltdiyi uşaq beşiyidi.Bütün qayğısı, diqqəti gördüyü işə yönəlib.Üzüpayıza qurulacaq toy üçün bəlkə də ən vacib tədarükdü gördüyü iş. Beşik həyatdı.Beləcə həyat öz axarıyla davam eləyir.Qarşıdan xoş bir payız gəlir.Lənkəran faunası-florası Azərbaycan təbiətinin şahıdısa, meşələr bu torpağın möcüzəsidi.Göz işlədikcə uzanan,sıx qoynunda min bir sirr saxlayan meşələr.

Torpağa bitili igid timsallı ağaclar.«Bir kəndin üstünə payız enirdi,yapışa-yapışa ağaclarınnan»-ilk payız özü də ağaclarda hiss olunur,bütöv meşədə görünür.Payız bəlkə də bu yerlərdə təbiətin möcüzəsidi,rənglərin sərgisidi.Üzü qışa getdikcə bu rənglər daha da sərtləşir.Rənglər arasındakı sərhədlər daha da aydınlaşır.Bu yurd uzunömürlülər diyarıdı.Uzunömürlülüyün bir sirri də zəhmətlə bağlıdı.Zəhmət bu elatın adamlarını yetirib,bərkidib.Qadın əlləri kişi əllərindən fərqlənmir,bəlkə də.Bu əllər bərəkət rəmzidi.Çəltik döyür,nehrə çalxayır,həsir toxuyur,əriş-ağac tutur,ağır kirkirə daşını təsbeh dənəsi kimi fırlayır,təndir qalayır.Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Axşamüstü ağacların fonunda görünən bu mavi,parlaq göl bir mirvari dənəsi timsalındadı. Axşamçağı bu suların pıçıldadıqlarını ağaclar meşə fəhmiynən duymaqmı istəyir?

Heç şübhəsiz ki,bu sualın söylədiklərini ağacların qulaqlarıyla eşitmək mümkündü.Bəs,bu çayın düşüncələrini gecənin bu gecə sakitliyində necə,hiss eləmək mümkündürmü?Vaxta dağlar da baş əyir.Vaxt,demək istədiklərini vaxtında söyləyir.Son payız vaxtın son məqamlarıdı bəlkə də.Sonra qarlı qış var.Qış isə təzə vaxta başlanğıcdı.Milli geyimli qızların oxuduqları təbiətnən,sevgiynən bağlı oxumalardı…Qızların ansamblı gücünü ətrafdan,təbiətdən alır, daha çox təbiətdən qidalanır.Yaz, yay,qış,payız bu yerlərdə əlvan xalı rəngində olur.Qırmızı rəng xüsusi üstünlük təşkil edir.Üzüpayıza meşə bütövlükdə qırmızıdan don geyir.Güney bölgəsinin qızlarının geyimindəki ağ-qırmızı rəngin özü də daha çox təbiətdən gəlir.Lənkəran Tarix Diyarşünaslıq Muzeyində saxlanan qədim eksponatlar,kirkirə,həvəng,dulusçuluq əşyaları, təndir,həsirlər,müxtəlif çeşidli kilimlər daha çox yaşanmış qədimliyimizin şəklidi.

Tahir Talıblı
Əməkdar jurnalist
«Yeni nəfəs» qəzeti,
14 iyun 2008-ci il

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV