Bizi izləməyi unutmayın

Manşet / #Ölkə

Kontakt Home müştəriləri aldadır?

19-08-2017, 15:00 | 5202 dəfə baxılıb.

Aşağıdakı videoda izləyəcəyiniz dava bu gün Yasamalda A.M.Şərifzadə küçəsində yerləşən “Kontakt Home” mağazalar şəbəkəsində yaşanıb.

Adı açıqlanmayan xanım müştəri əvvəlcə xəzinə şöbəsinin otağında aldığı telefonun xarab çıxdığını sübut edərək haqqını tələb etməyə çalışıb, daha sonra onun oğlu da “Kontakt Home” mağazasının səlahiyyətli şəxsinə etiraz edib. Səbəb isə, mağazada işləyən şəxsin polisə zəng vuracağı hədəsi olub.

Qadın iddia edir ki, 700 manat ödəniş edərək smartfon alıb, lakin telefon işləməyib. Daha sonra o “Kontakt Home” mağazasının servisinə gedib, ancaq orda da problem həll edilməyib. Onun dediyinə görə, servis xidməti telefonu yararsız çıxan müştərilərlə doludur.

Analoq.az xəbər verir ki, Bizimyol.info saytının əməkdaşı bu hadisənin şahidi olub.

Xatırladaq ki, dünən tanınmış alim, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev də öz “Facebook” profilində "Kontakt Home" mağazalar şəbəkəsini özbaşınalıqda ittiham etmiş və mağazanın qurbanı olduğunu yazmışdı.

Həmin statusu olduğu kimi təqdim edirik:

““Kontakt Home” mağazalarından mal almayın. Baxmayın sağda, solda verdikləri reklama... Məqsədləri xidmət deyil, sırf pul qazanmaqdır. Müştəri məmnunluğunu təmin edirlərmi, bir də vətəndaşlar qərar versin.

Müştəriyə başdan göstərdikləri etinasızlığı burada obyektiv şəkildə təqdim edirəm.

1. 12 avqust 2017 tarixində 3-cü mikrorayon dairəsinin yaxınlığında yerləşən “Kontakt Home” mağazasından 1350 manata nağd pulla LG markalı soyuducu alıram.

2. Soyuducu 14 avqust 2017 tarixində ünvana gətirilir. O saatda evdə yox idim. Soyuducunu gətirən şəxs soyuducunun böyük olduğuna görə mətbəxə girmədiyini, bunun üçün servis çağırıb qapının sökülüb sonradan quraşdıralacağını, servisdə bu xidmətin 40 manat olduğunu qeyd edir. Sonradan mətbəxin qapısını sökərək soyuducunu içəri salırlar.

3. Axşam evə gəldikdə, soyuducu qapısının bağlama mexanizmində bir qüsur aşkar edirəm. Soyuducunu heç qoşmuram.

4. Ertəsi gün, 15 avqustda, bunların texniki dəstək nömrəsinə zəng edirəm. Məsələyə pozitiv yanaşmadıqları üçün soyuducunu aldığım mağazaya gedirəm, müraciətimi alıb qeyd edirlər ki, ən gec sabah soyuducu dəyişdiriləcəkdir.

5. 15 və 16 avqustda texniki xidmətdən zəng gəlir ki, bu gün vaxt eləsələr bəlkə gəlib baxdılar. 16 avqustda 14.00 ilə 16.00 arasında bunları gözlədiyim halda gəlmədilər, halbuki razılaşmışdıq.

6. Satılan mal daha sonra xarab olmadığı, xarab halda mənə gətirilib təhvil verildiyi nəzərə alınsa, bu İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulan inzibati xəta təşkil edir.

7. Bu 3 gün ərzində keçirdiyim əsəb gərginliyinin mənəvi zərər olaraq dəyəri bir xeyli yuxarı olsa gərək. 17 avqust 2017 tarixində saat 11 radələrində bunlarla telefonla əlaqə saxlayıb müdiriyyət ilə danışmağı tələb etsəm də, onlarla bağlamamışlar, onun əvəzində xəttə gözlədiblər, sonra da deyiblər ki texniki servis ilə əlaqə yarada bilməmişik, yarım saata əlaqə saxlayacayıq. Onlara açıq-açıq hansı addımları atacağımı bildirdim, məsələnin düzəldilməsi üçün hansı addımlar atacaqlarını soruşdum. Yəni məndən günah getdi. Bu səbəblə bu gün etibarı ilə rəsmi instansiyalara şikayət edirəm və məsələni də ictimailəşdirirəm ki, gələcəkdə siz də belə bir qeyri-peşəkarlığın qurbanı olmayasınız.

8. 17 avqust axşam saatlarında mağazadan zəng edib, soyuducunun əvəzinə vitrindəki malı verməyi təklif etdilər. Qəbul etmədim. Həmin axşam soyuducunu qapısını öz imkanlarımla düzəltdirdim”.

Qeyd edək ki, “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı şikayətlərin sayı günbəgün artmaqda davam edir. Mövzunu diqqətdə saxlayacağıq.oxu.az




скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Nazirin qardaşı ifadə verdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Maraqlı

Bakıda yerləşən “MusicGallery” mağazası müştərilərini aldadır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Şirkət müştərilərini aldadır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

ЦитатаОтветить
  • Группа: Гости
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Costco Cialis 5 Mg cialis generic Cialis Dosis Maxima
  • Нравится
  • 0
kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının