• 16:30 – Şamaxı rayon Mərkəzi kitabxanasının əməkdaşı doğum gününü qeyd edir 
  • 17:30 – Kürdəmirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirilib 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 

Azərbaycanlı yazıçı:"Özünüzdən yaşca böyük xanımlarla min hoqqadan çıxıb 30 yaşına çatanda evlənməyə 18 yaşlı qız axtarırsınız"

Azərbaycanlı yazıçı:"Özünüzdən yaşca böyük xanımlarla min hoqqadan çıxıb 30 yaşına çatanda evlənməyə 18 yaşlı qız axtarırsınız" Azərbaycanlı yazıçı:"Özünüzdən yaşca böyük xanımlarla min hoqqadan çıxıb 30 yaşına çatanda evlənməyə 18 yaşlı qız axtarırsınız"
Qonşumuz Dürrə xala elə bir qız şəkili qalmamışdıkı oğluna göstərməsin.Hələ mən toy kasetlərini demirəm.Nəhayət, kasetlərin birində bir qızı bəyənən oğlu Avdı "hə" deyib anasını qucaqladı.Qızı arayıb,sorub "hə" alıb, şad-xürrəm olandan sonra Dürrə xala ərinin yoxluğunu başına bağlayıb,Avdının qoluna girib gedir "hə"ngamənin üçüncü mərhələsinə.

Bu mərhələni də uğurla keçən anayla bala əvvəlcə bankdan "hə", sonra restoranla qiyməti razılaşıb "hə" alır. Və bu minvalla toy da olur, ana muğamına rumkalar da qalxır. İki ildən sonra yola getməyən Avdı ilə Minayə boşanmaq qərarına gəlir.Nöşün?

O şün ki,Avdı gözünə döndüyüm toy gecəsi topu doqquzluğa vurandan sonra bambarder olmaq qərarına gəlib. Minayənin vəziyyəti məlum, olmaz. Avdı başlayıb feysbukda profil-profil özünə təzə qapı gəzməyə ki, təzə bir-birindən maraqlı qollar vursun.Dostlarına da zəng vurub "bomba gəlin nömrəsi" istəyib.

Bu sürətlə, texnikayla 2 il ərzində Avdı Minayəyə başqa 17 başqa qapıya qol vurmaqla xəyanət edib.Minayə isə cəmi vurulan qolların üçündən xəbərdar olub.Əşşi,bu da məlum ki, biz ataların üç dəfəsindən ibrət alanlardanıq və Minayə də bir bağışlayıb,iki bağışlayıb, üçüncü də atalarımızdan keçib boşanmaq qərarını verib.

Avdı anasına "ay ana, vəziyyət pisdir,bir şey fikirləş" deyibən peşmanlayanda Dürrə xala "uşağı düzəldəndə məndə hə almışdın? Get, başına çarə qıl,qızı razı sal" deyib üz çevirir. Minayə öz atasına dərdini deyəndə "qızım, sənin o evdən ancaq meyidin çıxa bilər, get, qaxıl otur ərinin yanında" deyib üz çevirir.

Sonra Minayə ailəsindən əlini üzüb uşağını sinəsinə basıb Xoşqədəmin hüzuruna gedir. Xoşqədəm də ki,nə Xoşqədəm.Rusiyadan gətirdiyi kişilər indi də Almaniyaya qaçır.Minayənin problemi 3 veriliş müzakirə olunandan sonra hüquqşunasın birinə tapşırılan Minayənin boşanma məsələsi bu yolla həllini tapır.

Minayə artıq boşanmış qadın statusuna malik qadındır.Bir müddətdən sonra o bir bəyə aşiq olur.

Bunlar bir xeyli görüşür,xoşbəxt macəralar yaşayırlar.Bəy anasına ürəyini açıb deyəndə ki,bir xanımla tanış olmuşam və boşanıb, bir uşağı da var,aləm dəyir bir-birinə.Bundan sonrasını Minayəni bir xeyli mərhələdən keçirib uzada bilərəm,amma bu işə televiziyamızın "Cehizsiz gəlinlər","Məryəm" kimi serilları baxır.Ağıla gələn və gəlməyən bütün ideyalarla iki sevən cütlüyü birləşdirməyən senarist-rejissor heyətinin haqqına girə bilmərəm.

Bircə bunu deyə bilərəm ki,hələ Zəhranın ölümündən sonrakı erməni zabitlərinin gəbərdilməsi ilə avtobusda,metroda,küçədə-bacada bir-birini öldürmək istəyən,ayağını tapdayanda az qala xirtdəyindən tutub boğan, ona-buna sataşıb dava salan adamlar humanist tumanlarını başlarına çəkdilər.

Pəh, dostu,bəs,biz erməni uşağını öldürmərik.Siz Allah,bəsdirin.Burdan-bura qısa geyinən,boşanmış qadınlara demədiyiniz söz,qoymadığınız vedrə qalmır.Nə vaxtdan humanist oldunuz?

Burdan-bura cinsi tələbatınızı ödəməyə "babat gəlin" axtarırsınız,ordan da alış-verişlə məşğulsunuz,gəlin al-veriylə.Özünüzdən yaşca böyük xanımlarla min hoqqadan çıxıb 30 yaşına çatanda evlənməyə 18 yaşlı qız axtarırsınız. "Soyulmuş konfeti yeyərsən,yoxsa cığaralı?" sualını əlinizdə silah eləmisiniz.Qalmısınız bir pərdənin əlində girinc.Nəticə budur: Kişilərimiz bakirə olmayan qadınlarla 50 manat verib çay evlərində, otellərdə,masaj salonlarında işini gördükləri üçün zehinlərində bakirə olmayan xanım pozğun kimi qalır.Bu şüura əməllicə hopur. Elə bilirlər ki,hər bakirə olmayan qız gündə bir kişiylə yatır.Və beləcə hamı öz "karniz"inə yeni pərdə axtarır.

Dedim axı,elə bil, gəlinqayırma zavoduna düşmüşük, gəlinqayırma.

Eminquey Akif

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV