Bizi izləməyi unutmayın

Manşet / #Siyasət / #Ölkə

Rusiya ABŞ münasibətlərinin pisləşməsinin səbəbləri və ya Kremlin "bəhanələri"

3-09-2017, 21:52 | 5622 dəfə baxılıb.

Sentyabr ayının 1-də Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvadakı universitetlərin birində çıxışı zamanı bildirib ki, Rusiyanın təklif etdiyi “vahid və bölünməz təhlükəsizlik” prinsipi Qərb tərəfindən qəbul olunaraq hüquqi öhdəlik şəklinə salınsaydı Qarabağ və Dnestryanı münaqişələr həllini tapar, Ukrayna hadisələri isə baş verməzdi. Politoloq Azər Quluzadə Kreml rəsmisinin açıqlamasına münasibət bildirmişdir:

"Əslində Lavrov demək istəyir ki, Qərb bizim təklifləri qəbul etsəydi Qarabağ və Dnestryanı münaqişələr həllini tapar, Ukrayna hadisələri isə baş verməzdi. Yani Lavrov demək istəyir ki, NATO Şərqə doğru genişlənməsəydi, ABŞ Şərqi Avropada raketlərdən müdafiə sistemləri yerləşdirməsəydi, birtərəfli qaydada “raket əleyhinə müdafiə” danışıqlarından geri çəkilməsəydi, Vaşinqiton Rusiyanın possovet ölkələrində təsir sferaları yaratmasına mane olmasaydı Ukrayna və Gürcüstan hadisələri baş verməz, Dnestryanı və Dağlıq Qarabağ münaqişələri yaranmazdı.

Ümumiyyətlə Moskva həmişə hesab edib ki, postsovet Rusiyası ilə ABŞ münasibətlərinin kəskinləşməsinin səbəbi məhz Vaşinqitonun yürütdüyü siyasətdir və iddi edir ki bu proses hələ 90-cı illərdən başlayıb. Kreml bildirir ki, ABŞ prezidenti Reyqan 1989-cu ilin yanvarında öz postunu tərk edərkən Qorbaçovun da həmmüəllifliyini qeyd edərək “soyuq müharibə bitdi” bəyanatını vermişdi. Və daha sonra prezident birinci Buşla Qorbaçov 1989-cu ildə Maltada birgə bəyanat verərək soyuq müharibəni bitirdiklərini və “müharibədə” heç kimin qalib gəlmədiyini elan etdilər.

Soyuq müharibənin hər iki tərəfdən bərabər statusla, heç-heçə bitdiyi təəssüratı var idi və müəyyən əməkdaşlıq əlamətləri də görünürdü. Məsələn, həmin il Kreml ABŞ-ın İran körfəzində Səddam Hüseynə qarşı başladığı “Səhrada tufan” əməliyyatına dəstək verirdi və ABŞ da Şərqi Avropada gedən proseslərdə Moskvaya mane olmurdu.

1989-cu ildə Berlin divarlarının uçurulması isə hər iki ölkənin birgə razılığı əsasında baş tutdu. Belə görünürdü ki, “soyuq müharibənin” keçmiş iştirakşıları İran körfəzindən Berlinə qədər mövcud problemlərin həlli ilə məşğuldurlar. Amma SSRİ tam çökəndən sonra Ağ Ev mövqeyini dəyişərək “soyuq müharibə bitdi və biz bu müharibədə Sovet İttifaqına qalib gəldik” bəyanatını verməyə başladı.

Bu fikir seçkilərdə Klintona qalib gəlmək üçün birinci Buş tərəfindən irəli sürülsə də, sonradan bu "qələbə baxışı" ABŞ-da bir aksioma çevrildi və Klinton hakimiyyəti bu fikri amerika ideologiyasına çevirdi.

Beləliklə, Sovetlər birliyinin məğlubiyyətinin acısını postsovet Rusiyası çəkməyə başladı. Putinə görə Vaşinqiton Moskvanın üstünə gələrək Rusiya ilə ikinci dünya müharibəsində məğlub olmuş Almaniya, Yaponiya kimi davranmağa başladı.

Kreml yetkililəri hesab edir ki, amerikalılar bundan sonra "demokratik idarəçiliyin yaradılması və bazar iqtisadiyyatına keçidin təmin olunması" adı altında Rusiyanın daxili işlərinə qarışmağa başladılar. Rusların isə bu məsələlərin həllində öz yanaşmaları var idi.

Həmin ərəfədə Rusiyada keçirilən prezident seçkilərində iştirak edən seçicilərin sayı ABŞ-dakından da çox olurdu. Ruslar Qorbaçovun vaxtından başlayan yenidənqurma, aşkarlıq kompaniyalarına həvəsli idilər, demokratikləşmə prosesləri olan seçkilərdə, mitinqlərdə fəal iştirak edirdilər.

Bundan başqa, ruslar artıq onillərlə idi ki öz ticarətlərini qara bazarda aparırdılar, sovet iqtisadiyyatı daha çox sənədlərdə özünü göstərirdi. Yəni ruslar ABŞ-ın "müəllimliyini" qəbul etmək istəmədilər. Ağ Ev isə hələ də bu siyasətini saxlayır və bunu Rusiyada demokratik hərəkata dəstək adlandırır, bu isə Rusiya siyasi dairələri arasında ciddi narazılıqlar yaradır.

Bundan başqa Moskva ABŞ-ı öz vədinə xilaf çıxaraq onu pozmaqda da günahlandırır. Kreml bildirir ki, 90-cı illərdə Qorbaçovla Buş arasında belə bir razılaşma olmuşdu: Moskva Almaniyanın NATO-ya üzv qəbul olunmasına o şərtlə etiraz etmir ki, NATO şərqə tərəf genişlənməsin. Hətta o zamankı dövlət katibi Beyker “NATO şərqə tərəf bir düyüm də addım atmayacaq” sözünü vermişdi.

Amma Vaşinqton Rusiyanın milli təhlükəsizliyilə bağlı olan bu andını pozaraq NATO-nu şərqə tərəf genişləndirməyə başladı. Moskva iddia edir ki, biz 11 sentyabr hadisələrindən sonra amerikalılara NATO dövlətlərindən də çox kömək etdik ki ABŞ Əfqanistanda talibanlara qalib gələ bilsin. Biz amerikanlara kəşfiyyat məlumatları verdik, uçuş imkanları yaratdıq və bu da amerikalıların həyatlarını xilas etdi.

Putin hesab edirdi ki, on ildən sonra da onlar Vaşinqtondan real əməkdaşlıq təklifləri alacaqlar. Amma ikinci Buş NATO-nu şərqə tərəf genişləndirməkdə davam etdi və birtərəfli qaydada “raket əleyhinə müdafiə” danışıqlarından geri çəkildi.

Bu danışıqları isə Moskva özünün əsas nüvə təhlükəsizliyi hesab edirdi. İndi Putin hesab edir ki, amerikalılar "yalançıdırlar və rusları aldadıblar".

Rusların fikrincə Ağ Evlə Kreml arasındakı digər konfliktin kökündə amerika siyasətçilərinin “Rusiyanın keçmiş sovet ərazilərinə təsir imkanları olmamalıdır” fikri dayanır. Bu isə Moskva üçün çox vacib məsələdir və ABŞ-la Rusiya arasında olan qarşıdurmanın əsasıdır.

Moskva hesab edir ki, ABŞ-ın çox geniş təsir sferaları mövcuddur, məsələn onların Latın Amerikası ilə indiyə qədər də susaraq saxladıqları Monro doktrinası var. Bundan başqa, NATO-nun genişləndirilməsi elə ABŞ-ın təsir sferasının genişləndirilməsi deməkdir və bu amerika hərbiçilərinə, siyasətçilərinə və iqtisadçılarına yeni dövlətlər-üzvlər qazandırır.

Kreml NATO-nun 1990-cı ildən Almaniyadan tutmuş Pribaltika respublikalarına qədər, bütün keçmiş sovet bloku üzrə genişlənməsini həzm edə bilmir, senator Makkeyn və vitse-prezident Baydenin Tiflisə və Kiyevə gələrək bu ölkələri NATO-ya cəlb etmək istəyinə biganə qala bilmir.

Kremlə görə amerika siyasəti belədir: ABŞ hər yerdə təsir sferalarına malik ola bilər, amma Rusiya yaxın sərhədlərində belə bu imkanlara malik olmamalıdır. Moskva da hesab edir ki, əgər amerika siyasətçiləri və ictimaiyyəti doğrudan da amerika milli təhlükəsizliyinin qeydinə qalırlarsa, onda Rusiya ilə münasibətlərdə bəzi paritetlər pozulmamlıdır.

Əgər Amerika doğrudan da Rusiya ilə yeni genişmiqyaslı soyuq müharibə istəmirsə, onda Rusiyanın Gürcüstan və Ukrayna kimi keçmiş postsovet respublikalarından nə istədiyini anlamalıdır.

Düzdür, Rusiyanın bəzi şovnist siyasi qüvvələri bir az da qabağa gedərək postsovet ölkələrinə Moskvanın rəhbərliyi ilə sovet statuslarını qaytarmaq istəyirlər, amma Putinin əsas tələbi odur ki, bu ölkələrdə amerika hərbi bazaları və hakimiyyətləri mövcud olmasın, yəni həmin ölkələr NATO-ya üzvü olmasınlar.

Moskva hesab edir ki onun bu tələbi əsaslıdır və müqayisə üçün bildirir ki, rusiya hərbi bazaları və hakimiyyəti Amerikanın təsir sferalarında, məsələn Latın Amerikası və Meksikadan tutmuş Kanadaya qədər olan ölkələrdə görünməyə başlasa Ağ Evin reaksiyası necə olardı?!

Moskva bildirir ki, ABŞ-ın siyasəti yüksək dərəcədə ikili standartlara söykənir. Məsələn, Vaşinqton istənilən razılaşmanı poza bilər amma Moskva yox, ABŞ çoxlu və geniş təsir əraziləri əldə edə bilər amma Rusiyanın belə təsir dairələri olmamalıdır.

Ağ Ev Kremldən ABŞ-ın İraqda, İranda və Əfqanıstandakı milli maraqlarını müdafiə edilməsini xahiş edir, amma NATO ilə əməkdaşlıq edən Baltika ölkələrinə, Ukrayna və Gürcüstana enerji resursları satışına mane olur. Nəzərə almırlar ki, Rusiyanın da öz milli təhlükəsizlik və iqtisadi maraqlarını təmin etməyə tam haqları və əsasları var.

Beləliklə Moskva, XİN-nin rəhbəri Sergey Lavrov timsalında açıq aydın bildirir ki, yuxarıda qeyd olunan münaqişə ocaqlarını məhz Rusiya yaradıb. Bu isə Vaşinqtonun yürütdüyü siyasətə cavab və müəyyən mənada özünü müdafiə addımıdır. Bu açıqlama eyni zamanda Rusiyanın artıq küncə sıxışdırılığını və bunun nəticəsində "günahlarını" etiraf etdiyini göstərir.

Azər Quluzadə

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Bütün xəbərlər / Manşet / #Maraqlı / #Siyasət

Tillerson-Lavrov görüşü 5 saat çəkdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Lavrovla Kerrinin telefon söhbətinin tam təfərrüatı

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Lavrov:"Türkiyə Qarabağda müharibəni alovlandırır"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının