• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır

Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır Analoq.az-ın mail adresinə Ucar rayonu Alpı kənd sakini Nəbiyeva Sevil Məhəmmədəli qızı tərəfindən şikayət məktubu daxil olub.Həmin məktubu olduğu kimi təqdim edirik:

Bizə qarşı edilən cinayət faktının üstü qəsdən ört-basdır edilir.Ancaq baxmayaraq ki, həmin vəzifəli şəxslərin bizə qarşı dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı, rüşvət alma, saxta sənəd tərtib etmə cinayətlərini təsdiq edən konkret və mötəbər subutlarımız var.Həmin subutları Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəmiz əsasında aparılan araşdırmaya təqdim edib ifadələr vermişik. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi heç bir qanunu əsas olmadan tədbir görmək istəmir, süründürməçilik yaradır.

Qeyd edim ki, nəvəm Nəbiyeva Aytən Nəbi qızının Gəncə Müəllimlər İnstituna 2011-ci il tarixdə qəbulu zamanı həmin institutun müəllimi Məmmədov Ələddin Hətəm oğlu bizdən bəribaşdan təhsil haqqı adı ilə 12000 (on iki min) manat pul aldı.Bundan sonra nəvəm Aytən Nəbiyeva Gəncə şəhərində kirayə evdə qalaraq 4 il həmin Gəncə Müəllimlər İnsitutunda təhsil aldı.4 il ərzində hər il təhsil haqqı olraq 1500 manat pul ödədik ki, buna dair qəbzlərimiz var.

4 il ərzində hər altı aydan bir Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov imtahan adı ilə bizdən 500 manat pul almışdır.Sonradan diplomun verimə zamanı gələndə bizə məlum oldu ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən.sui-istifadə edib bizi küllü miqdarda pulumuzu alıb bizi aldatmışdır.Bizə bildirildi ki, Aytən Nəbi qızı Nəbiyeva adlı tələbə Gəncə Müəllimlər İnsitutunda oxumayıb, sizi müəllim Ələddin Məmmədov aldadıb.

Bu absurd bir haldır.Necə olurki nəvəm düz 4 il Gəncə şəhərində kirayə evdə qalaraq Gəncə Müəllimlər İnsitutuna hər gün dərsə gedib, imtahamnlarda iştirak edib. Bütün bu faktlar onu deməyə əsas verir ki, bu ağır cinayət hadisəsini müəllim Ələddin Məmmədov tək törətməyib.
Bu cinayət hadisəsi barədə Azərbaycan Respubliasının Baş Prokuroruluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə verdiyimiz şikayət ərizəmiz əsasında araşdırma aparan Şəhriyar adlı müstəntiq düz bir ilə yaxındır ki, bizi süründürüb axırda da heç bir tədbir görə bilməyəcəyini bildirir.

Ancaq konkret və mötəbər subutlar var ki, Gəncə Müəllimlər İnsitutunun müəllimi Ələddin Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə , vəzifə saxtakarlığı edərək, bizi aldadıb dələduzluqla küllü miqdarda pulumuzu almaqla ağır cinayət törətmişdir.Biz bu cinayət əməli barədə Azərbaycan Respublikasının Baş Prokuroru cənab Zakir Qaralova çoxlusayda şikayət ərizələri göndərmişik bizə ancaq kiçik bildiriş vərəqi göndərirlər ki, ərizəniz qeydə alındı amma heç bir nəticəsi yoxdur.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirik küllü miqdarda pulumuzu aldadıb alıb ağır cinayət törətmiş Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun və onu himayə edən vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görəsiniz.

Hörmətli redaksiya ödədiyimiz təhsil haqqının və nəvəmin tələbə biletinin surətini sizə təqdim edirəm.

İmza; Nəbiyeva Sevil Məhəmmədəli qızı Ucar rayonu Alpı kəndi [/justify]

Analoq.az məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Analoq.az
Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır
Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır
Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayır
Ucar sakini Gəncə Müəllimlər Universitetinin müəllimi Ələddin Məmmədovun əlindən qan ağlayırскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV