• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Quranda Azərbaycan-Araz çayı və Qubanın Xınalıq kəndi haqda nə deyilir...

Quranda Azərbaycan-Araz çayı və Qubanın Xınalıq kəndi haqda nə deyilir... Quranda Azərbaycan-Araz çayı və Qubanın Xınalıq kəndi haqda nə deyilir...
Müqəddəs Quranda Azərbaycan haqqında nə deyilir? Bu suala cavab tapmaq üçün bir qədər geniş elmi-dini tədqiqata lüzum vardır. Bu yöndən yola çıxaraq bir neçə faktı nəzərinizə çatdırmaq istərdik. Kəhf və Qaf surələrində bu barədə deyilir. Ğaşiyə surəsində ki "zərabi" kəliməsinin isə qətiyyən Azərbaycana dəxli yoxdur və bu çox primitiv əsaslandırmadır.

Əvvəla qeyd edim ki, Quranda Kəhf, yəni Mağara surəsində İsgəndərdən bəhs olunur. Bu şəxs Zülqərneyn adlanır, yəni iki qütbün sahibi, fatehi. Bəzi alimlər bu şəxsin Makedoniyalı İsgəndər olmasını inkar etməyə cəhd edirlər.

Bu qərəzlidir, həmin Zülqərneyn sırf Makedoniyalı İsgəndərdir. İran tarixçiləri İsgəndərin hücum edərək İranı viran edib Daranı öldürməsini, Avestanı yandırmasını, ikitanrılığa qarşı çıxmasını həzm edə bilməyiblər, nəinki hələ onun adının Quranda çəkilməsini qəbul etsinlər.

Ona görə də tarixdə hələ bircə səhifədə belə məlum olmayıb haqqında danışılmayan ikinci bir naməlum Zülqərneyn uydurublar ki, guya Quranda danışılan Zülqərneyn İsgəndər yox, məhz həmin şəxsdir.

Halbuki elm əhlinə məlumdur ki, bu absurd bir iddiadır. İsgəndərin Azərbaycanda olması mümkündür və İranla Azərbaycanın arası çox da uzaq deyil. İsgəndərin fəth etdiyi ölkənin yan-yörəsinə nəzər salmaması da absurddur. Nizami Gəncəvi şairliklə yanaşı böyük alimdir. Məhz o da İsgəndərnaməsində İsgəndərin Azərbaycanda olmasını, Bərdə şəhərində Nüşabə ilə qarşılaşmasını qeyd edir.

Fars tarixçiləri fikri yayındırmaq və İsgəndərin qurandakı Zülqərneyn olmasını danmaq cəhdləri əbəsdir, çünki tarixi faktlar və ikinci İsgəndərin yoxluğu ən azı ilikin mərhələdə buna dəlildir. İslam tarixçisi Seyyid bin Tavus Aristotel və Platonun peyğəmbər olduğunu yazır. Belə bir idealist filosofların təsiri altında olan təkallahlı bir fatehin Quranda haqqında danışılması labüddür.

Isgəndərin Azərbaycanda olmasını təsdiq edən
amillərdən bir də, onunla bağlı bu sikkələrin (qızıl)
tapılmasıdır. (Qəbələdə). Təbii ki, ilkin baxışda bu sikkələr ticarətlə əlaqələnəcək və bu ideya önə çəkiləcək.Saymaq olar ki, o dövrün natural təsərrüfatla bağlılığı, ticarət əlaqələrinin geniş olmaması, yeddi dövlətin və yetmiş iki xalqın olması heç də bu fikrə dərin rəvac vermir.

Belə olan halda 2-ci məsələ ortaya çıxır ki, bu sikkələr onların buraya ziyarətə gəlməsi ilə bağlı ola bilər. Bu sikkələrin Şirvanda tapılması da bunlara sanki təsdiq gətirir.Qəbələdə bazar düzü, lahıc toponimin mahiyyəti, orada ilkin (dünyada) kanalizasiyanın yapılması dediklərimizə təsdiqedici təkan verir. İsgəndər haqqında çoxlu rəvayətlər də bunlara təsdiq gətirir.

Olmayan bir şey zamanında xalqın yaddaşına hakim kəsilə bilməz. Mərəzədə Çalav kəndində Y.Sezarın pulunun tapılması (qədim kərvansarada) da, xüsusən Gərdman (Girdman) dövlətinə, Baba dağına gedən yolda olması da, təsdiqedici amil kimi ortaya çıxır.Bəli onlar,Qobustan qayalarına, üç odu (od məkanı)ziyarət etdikdən sonra İbrahim xanəgahları boyunca hərəkət etmişlər.

Hacıqabuldan, Mərəzə Qobustan yolu ilə Qəbələyə doğru hərəkət etmiş, nəhayət son qərargah Nuha(Şəki) olmuşdur ki, Şəkidə də Yunan yazısı olan daş vardır. Bütün bunlar uydurma deyil, real həqiqətlərdir.İsgəndər N.Gəncəviyə görə, İbrahim dininə görə Kəyana hücum edibsə, onun ilkin məkanı Gərdmana (Alban dövlətinə) gəlməyə bilməzdi.

Bundan əlavə Şirvanda və başqa bölgələrdə onun xəzinəsinin qalması ideyası da,heç də təsadüfü xarakter daşımır. Onun və qoşununun getdiyi yollarda XII legionun və Yunanların nişanlıları,burada olmasını təsdiq edən maddi sübutlar (qəbirlər)vardır, əlbəttə onlara məxsus işarələrlə vəhdətdə.

Quranda isə bu haqda nə deyilir? Keçək ikinci mərhələyə.Quranda əslində Azərbaycan haqda kifayət qədər məlumat vardır.

Qubada yaşayan xınalıq kəndi və əhalisi haqda, onların əziyyət çəkdiyi Yəcuc və Məcuc tayfalarfı haqda, İsgəndərin də bu cin tayfasının onlara əziyyət verməməsi üçün aralarına mis-dəmir qarışığı bir sədd çəkməsindən geniş bəhs edilir.

Quranda Kəhf surəsində İsgəndərin səfərlərindən bəhs edilərkən belə deyilir : (tərcümə Z.Bünyadov və V. Məmmədəliyevə məxsusdur)

92. Daha sonra o (Zülqərneyn) başqa bir yola (cənubdan şimala) üz tutub getdi.

93. Nəhayət, (sədd salmış olduğu Azərbaycandakı, yaxud Türküstanda Yə’cud-Mə’cüc tayfaları yaşayan ərazidəki) iki dağ arasına gəlib çatdıqda onların ön tərəfindən az qala söz anlamayan (yaxud danışıqları çox çətin başa düşülən) bir tayfa gördü.

94. Onlar (tərcüməçi vasitəsilə) dedilər: "Ey Zülqərneyn! Yə’cuc-Mə’cuc (tayfaları) bu ərazidə fitnə-fasad törədirlər. Bizimlə onlar arasında bir sədd çəkmək üçün sənə müəyyən məbləğ (yaxud xərac) versək olarmı?"

95. O (Zülqərneyn) dedi: "Rəbbimin mənə verdiyi (qüdrət və sərvət sizin mənə verəcəyiniz məbləğdən) daha yaxşıdır. Gəlin öz qüvvənizlə (bənna, fəhlə, dülgər və s.) mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd düzəldim!

96. Mənə dəmir parçaları gətirin!" (Onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: "(Körükləri) üfürün!" - dedi. (Onlar körükləri üfürdülər).(Zülqərneyn dəmiri) od halına salınca: "Mənə ərimiş mis gətirin, onun üstünə tökün!" dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu və beləliklə, möhkəm bir sədd əmələ gəldi).

97. (Yə’cuc-Mə’cuc tayfaları) artıq nə (səddi) aşa bildilər, nə də onu dəlib keçə bildilər.

98. O (Zülqərneyn) dedi: "Bu (sədd) Rəbbimdən bəxş edilən bir mərhəmətdir. Rəbbimin tə’yin etdiyi vaxt (qiyamətə yaxın Yə’cuc-Mə’cüc tayfalarının dünyanı bürüyəcəyi zaman) gəldikdə isə (Allah) onu yerlə yeksan (dümdüz) edəcəkdir. Rəbbimin və’di haqdır!" (Allahın buyurduğu hər bir şey, o cümlədən İsgəndərin səddinin dağılması, Yə’cuc-Mə’cuc tayfalarının yer üzünün hər tərəfinə səpələnməsi, orada fitnə-fəsad törətməsi, nəhayət bir cür həşərat tərəfindən məhv edilməsi mütləq baş verəcəkdir).

92 ci ayədə "Cənubdan Şimala" deyərkən, İran istiqamətindən Naxçıvan-Dərələyəz-Bərdə marşrutu ilə Quba-Dərbənd nahiyəsi nəzərdə tutulur.

93 cü ayədə deyilən "iki dağ arasında, ön tərədə" çətin dildə fərqli danışan bir tayfa Baba dağı yaxınlığında yaşayan Xınalıq kəndidir. Bu əhalinin dili faktiki heç bir dil qrupuna aid deyildir. Sovet vaxtı Ləzgi və ya fars dilləri qrupuna aid etmək cəhdləri edilib. Hazırda da tat-fars dillərinə aid etmək cəhdləri vardır, lakin bu dil nadir dünya dilidir və o heç bir dil qrupuna aid deyil. Özü ayrıca bir dildir.

Digər ayələrdə deyilən Yəcuc - Məcuc məsələsi isə həmin yerlərdə ağsaqqalların nəqlinə əsasən mövcud olub tarixən. Uzun boylu, əcaib görünüşlü simaların qədimdə bu xalqa əziyyət verməsi və o səbəbdən də yüksəklikdə, çətin şəraiti olan dağ başında köçüb yaşamaları haqda məlumatlar vardır.

Sözü gedən mis və dəmir səddin qalıqları Babadağ ərazisində mövcuddur. Hələ təxminən 10 il əvvəl Universitetdə müəllim işləyərkən bir tələbəm tərəfindən həmin Səddin qırıntılarından bir hissə mənə təqdim edilmişdi.

Həqiqətən də mis və dəmirin natamam ərimiş, bir-birinə sarılmış, lakin qatışmamış hissələri mövcud idi. Həmin şəxs əslən Xınalıqlı idi və bu hissələrin həmin Dağlar ərazısındə mövcud olduğunu bildirirdi...

Məhz Quranda deyilən həmin sədd heç də daş-divar olmayıbdır. Yəcuc-Məcuc insan tayfası deyildi ki, onlara Çin səddi çəkiləydi. Cinlərin bir növü olan bu varlıqların zərər verməməsi üçün ancaq metal hissələr olmalıdır. Necə ki, rəvayətlərdə Cinləri dəmir sancaqla ram etməkdən bəhs olunur.

Bir çox ekstrasens və cindarlar cinlərin insan bədəninə daxil olmaması üçün mis lövhələrə dua və iksir yazaraq dəf edirlər... Yəni, misin, dəmirin, metalın mənəvi varlıqların həyatında xüsusi rolu vardır.

Bu baxımdan İsgəndər Xınalıq camaatını Yəcuc-Məcuc tayfasından mis-dəmir vasitəsi ilə sədd çəkərək qorudu. Ayələrdə hətta onların İsgəndərə bu işin qarşılığında məbləğ də vermək istəmələri vardır. Tarixən məlum məlumatlara görə Xınalıq əhalisi qoyunçuluqla məşğul olmuş və zəngin yaşamışlar.

Kəhf surəsinin 98 ci ayəsində bi səddin Qiyamət gününə yaxın dəlinəcəyindən bəhs edilir. Həmin səddin artıq bölünmüş hissələri mövcuddur. Bu sədd həmin tayfaları öz reaktiv və ya xüsusi elektromaqnit şuları ilə həmin ərazidən uzaqlaşdırmaq üçün idi.

Yoxsa daş sədd olsa idi üstdən aşardılar. Bu gün bu səddin daş divar halında axtarılması ağılsızlıqdır. Necə ki, bəziləri guya bu səddin Çin səddi və ya Dərbənd səddi olması haqda müddəlar irəli sürürlər. Bu doğru deyil. Çünki həmin səddlərdə mis və dəmir işlənməyib. Ancaq Xınalıq səddində mis və dəmir ərintisindən söhbət gedir.

Körükdən söhbət gedir. deyir, İsgəndər dedi ki, körükləri üfürün. Məhz Xınalıq əhalisinin dəmirçiliklə məşğul olması da burada fakt rolunu oynayır. Həmin yerlərdə misin və dəmirin mövcud olması və sair faktlar İsgəndərin buradan keçməsi zamanı səddin gərəkliyini reallaşdırmışdır.

Keçək dəlillərə:

Bu haqda demək olar ki, bütün Quran təfsirçiləri, şərhçiləri, tərcüməçiləri həmin iki dağ arası, şimal dedikdə, Azərbaycanın və ya Türküstanın olduğunu yazırlar.

Bu barədə daha geniş məlumatı Mövlanə Məhəmməd Əli öz təfsirində vermişdir.Bu təfsirçi "iki dağ" ın Azərbaycan və indiki Ermənistan ərazisindəki tarixi Azərbaycan ərazisində olduğunu, həmin tayfanın da nəinki fars dil qrupuna aid olmadıqlarını, hətta İsgəndərin fars tərcüməçilərini də anlamadıqlarını deyir. Ancaq bu şərhçi Yəcuc-Məcucun Homerin yazdığı Maday və Midiyalılar olduğunu vurğulayır.

Bu haqda ətraflı məlumat verərək Skif tayfalarından bəhs edən müfəssir İsgəndərin məhz Azərbaycanda olmasını təsdiqləyir və Zülqərneynlə bu şəxsin eyni şəxs olduğunu deyir, Xəzər və Qara dəniz sahillərinə qədər gəlib çıxdığını qeyd edir.

Bəzi müfəssirlər qeyd edir ki, İsgəndər Şərqdə işini bitirdikdən sonra Qərbə üz tutdu. Ən sonda Asiyanın doğusuna, Hind Okanına, yaxud xəzər dənizinə üz tutdu. Burada qarşılaşdığı insanlar, rəvayətə görə, Günəşin işığına və istisinə qarşı qorunmaq üçün vasitələrdən istifadəni bilmirdilər və ya inanc baxımdan doğru saymırdılar. bu da həmin coğrafiya əhalisinin atəşpərəst,Günəşpərəst olmaları, bu yöndən də Günəş istisinin qarşısını almanın bir növü günah olması inancı ilə bağlı idi...

Bəzi mənbələr isə İsgəndərin Qara dənizə gedərək orada Günəşin üfüqdə batışını seyr etdiyi deyilir. Ancaq qoca kainat içində bu dəniz, ona bir gölməçə qədər kiçik gəldi...

Azərbaycanlı tərcüməçi-təfsirçi, Şexülislam Məhəmməd Həsən Mövlazadə Şəkəvi də öz Kitabül Bəyan-fi təfsirül Quran əsərində bu yerin məhz Azərbaycan olduğunu qeyd edir. Hesab edirəm ki, bu yöndə daha da dəqiqliyə yetmək üçün Xınalıq ərazisində arxeoloji tədqiqata geniş ehtiyac vardır.

İkinci fakt Qaf surəsinin 12 ci aysəində kçən "Rass" əhlidir. Bəzi təfsirçilər bunun məhz Araz çayı olduğunu, ər-Ras sözünün də ərəbləşmiş formasını qeyd edirlər. Böyük və məşhur təfsir alimi İbn Kəsir Peyğəmbərin əmisi oğlu İbn Abbasdan nəqlən yazır ki, Ərrəss Azərbaycanda bir quyunun adıdır və ya su hövzəsidir.

Ziya Bünyadova görə isə bu Azərbaycan yox, Səmud qövmünün yaşadığı yerin adıdır və ya Yəmamədə şəhər, Yusifin atıldığı quyunun adıdır.
Ayədə deyilir :"Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi."

Xronoloji sıralama zamanı təkzib edən qövmlər Nuh qövmü, Rəss və Səmud deyə sıralanır. Ziya Bünyadova hörmətimiz sonsuzdur, ancaq Quran tərcüməsinə verdiyi şərhdə Rəss qöavmü ilə Səmud qövmünü eyniləşdirib.

Allah Səmud qövmünün adını çəkirsə, yenidən o qövmü Rəss əhli adlandırıb eyni ayədə təkrar nə üçün desin ki... Həm də mövcud təfsirlər və tarixi mənbələr Rəss qövmünün Səmud deyil, başqa qövm olduğunu isbatlayır.Mövlanə Şəkəvi də Rəssin məhz Araz çayı sahilində yaşayan qövm olduğunu deyir.

Əl Furqan surəsinin 38 ci ayəsində deyilir : " Biz Adı da, Səmudu da, (Şüeybin) Rəss əhlini də, həmçinin onların arasında olan bir çox nəsilləri də ( yerlə yeksan etdik.)"

Bu ayədən məlum olur ki, Rəss əhli Şüeyb nəbinin göndərildiyi qövmdür. Quran gərək ilk öncə Quranla, sonra hədislərlə, sonra tarixlər təfsir olunsun. Bəziləri bu ayəni unudurlar. Bəli, Şüeyb Musa peyğəmbərin qayınatasıdır. Rəssin bəzilərinə görə hənzələ adlı Peyğəmbərin atıldığı quyu olduğu, Mədyəndə və ya Antakyada olduğu da irəli sürülübdür.

İmam Əlinin ilkin dövrdə Peyğəmbərdən soruşaraq bütün ayələrə şərh verdiyi Quran müshəfi günümüzə gəlib çatmadığı üçün, daha doğrusu elə o zamanlar məhv edildiyi üçün indi bu və bu kimi məsələlərdə müfəssirlər əziyyət çəkir, dəqiqlik hasil olmur.

Şüeybin əsasən Mədyəndə yaşadığı məlum olduğuna görə bu Rəss deyilən yerin də orada olması güman edilib. Təfsirçilər məhz, Furqan surəsinin 38 ci ayəsinə əsasən Rəssin Şüeybin əhli olduğunu, Şüeybin də Mədyəndə fəaliyyət göstərdiyini əsas gətirərək, Rəssin Mədyəndə olduğunu təxmin ediblər.

Ancaq o dövrdə Mədyən elə Araz çayı sahillərinə qədər ərazinin adı kimi də xatırlanıb. Mədyən- Midiya bağlılığı haqda tarixi məlumatlar vardır. Şüeyb heç də Peyğəmbərliyini Mədyən şəhəri ilə məhdudlaşdırmamışdı. Onun təbliğat dairəsi əhatəli idi.

Səhihliyi haqda heç nə deyə bilməsəm də bu haqda mövcud olan bəzi rəvayətləri nəzərinizə çatdırıram.

Əllamə Məclisinin " Biharul Ənvar" kitabına əsasən İmam Rza İmam Hüseyindən rəvayət edərək buyurub:

"Ramazan ayında Həzrət Əlinin (ə) şəhadətinə 3 gün qalmış Bəni-Təmim qəbiləsindən Əmr adlı bir nəfər İmamdan soruşdu: “Ya Əli, Quranda adı çəkilən "Əshabi rəss" hansı dövrdə yaşamış, yaşadıqları yer və məmləkət hara olmuşdur? Onlara peyğəmbər gəlibmi? Onlar hansi yolla həlak olublar?”.

Həzrət Əli (ə) buyurdu: “Ey mömin qardaş, indiyədək heç kəsin soruşmadığı bir sual verirsən. Əshabi-Rəss ağac budağına pərəstiş edən bir tayfa olub. Sənubər ağacını Yafəs ibn Nuh tufandan sonra bir bulağın yanında əkmişdi. Yafəsdən sonra adamlar ağacın özünü müqəddəs sayıb ona sitayiş etdılər. Çay boyu əkib artırdılar. Niyyətləri olanda ağaclara tapınardılar.

Allahın onlara rəhmi gəlib Hənzələ ibn Səffan adlı bir peyğəmbəri məbus etdi.Onlar peyğəmbərə qulaq asmayıb öz əvvəlkiinanclarında qaldılar. Lakin Allahın qəzəbi ilə ağaclar qurudu.Həmin adamlar qurumuş budaqlardan tonqal qalayıb oda tapındılar.Lakin ağacların qurumasından da cox narahat idilər.

Şeytan onları aldadib dedi ki, peyğəmbərin qanı ilə bu ağaclara su versəniz yenidən yaşıllaşar.Hənzələ peyğəmbəri bir quyuya diri-diri salıb çayın suyunu ora buraxdılar. Yenidən quyudan dövr edən qanlı su çaya axıdıldı. Hənzələ ibn Səffan peyğəmbər nə qədər qışqırdısa, xeyri olmadı.

Allahın onlara yenidən qəzəbi tutdu və bayram günlərində dəhşətli külək əsib coxunu həlak etdi. Ər-Rəs çayina peyğəmbər qanı axdığı üçün suyun rəngi qırmızı oldu”. Qeyd edim ki, İmamlardan nəql edilən bir çox hədislərdə Azərbaycan haqda müsbət fikirlər qeyd edilir.

İmam Sadiq deyir : "Azərbaycan bizim üçün çox mühümdür." İmam Əli xəlifəliyi dövründə özündən əvvəlki xəlifə Həzrət Osmanın təyin etdiyi Azərbaycan valisi Əşəs bin Qeysə məktubunda deyir ki, əsla Azərbaycanda xalqın malına göz dikmə..." (Nəhcül bəlağə, Məktublar qismi)

Əllamə Məhəmməd Bağır Məclisi "Biharul Ənvar" kitabında Sələbiyə istinad edib yazır: “Əshabi-Rəss Həzrəti Süleymandan əvvəl yaşamışlar. Onların yaşadığı yerdə olan Ər-Rəss (Araz) çayının uzunluğu 300 km-dir.

Asiyanın şərqindən başlanıb Qızıl-ağac körfəzində Xəzər dənizi ilə qovuşur”.Həzrəti Əli (ə) Əshabi-Rəssin yaşadığı şəhərlərin adlarını Aban, Azər, Dey, Bəhmən, İsfəndiyar, Fərvərdin, Ordibehişt, Əmrdad, Murdad, Tir, Mehr və Şəhrivər olduğunu buyurmuşdur.

Onların padşahı Pərgiz ibn Cabir ibn Kənan olmuşdur. Əqidələrinə görə su, külək, od və torpaq çox müqəddəs və sitayişə layiq ünsürlər olub. Qeyd edək ki, bu gün də İranda bu adlar rəsmi ayların adları olaraq saxlanılır.

Bu deyilənlərə əsas olaraq, bu gün də Azərbaycan xalqı su, külək, od və torpaq çərşənbələrini qeyd edir. Bəzi yerlərdə ağaclara inanc isə bu gun də qalmaqdadır.

Belə ki, bəzi ziyarətgaha, pirə gedənlər öz saçlarından, paltarın sapından, hətta müəyyən paltarı belə ziyarətgahdakı ağaca və ya hər hansı budağa bağlayırlar.

Azərbaycan ərazisinin çox yerində yüz illərlə ziyarət olunan müqəddəs ağaclar hələ də qalmaqdadır. Coğrafi adlar isə Naxçıvan-Nuh çıxan , yəni Nuhun 3 oğlundan biri Yafəsin məskən saldığı yer, Araz çayı isə Ər-Rəssdır.

Hələ bu gün də Cənubi Azərbaycanda yuxarıda qeyd olunan 12 şəhər adı 12 ay adı ilə yaşamaqdadır.Həmin aylar Hicri-Şəmsi təqvim ilinə aiddir və ilin əvvəli Novruz bayramı günündən başlanır.

12 addan birinin Azər olması elə bu torpaqların tarıxi toponimi olmasını sübut edir.
H(x)ənzələ peyğəmbərin qanı ilə boyanmış Ər-Rass (Araz) çayının suyu tökülən dərya Xəzər dənizi adlanıb.

Beyləqan şəhərindəki Cərcis ib Annaq adlı Peyğəmbərin qətlə yetirilməsi və oradakı fəaliyyəti göstərir ki, Azərbaycan əraziləri də Peyğəmbərlərin nəzər diqqətini çəkmişdir.

Cənubi Azərbaycan nahiyyədə mövcud olmuş Rass əhli, atəşpərəst, Günəşpərəst, Hind adətinə yaxın və ya sintez olunmuş ünsürpərəstlik kimi ayinlərin təmsilçiləri Allah tərəfindən hidayətə sövq edilmişdir. Hətta bu təbliğat nəticəsində Hənzələ və Cərcis adlı Peyğəmbərlər inkarçılar tərəfindən qətlə yetirilmişdir.

Ən doğrusunu bilən Allahdır. Ancaq məlum rəvayətlər və tarixi faktlar əsas verir ki, Kəhf surəsindəki olaylar Azərbaycan ərazisində cərəyan edib, İsgəndər Azərbaycanda olub və Rəss əhli dedikdə Araz çayı sahillərində yaşayan qövm nəzərdə tutulub.

Qeyd edim ki, təfsirçi İbn Aşurun Təhrir və Tənvir əsərində Ğaşıyə surəsindəki "zərabiyy" sözünün guya Azərbaycan xalçaları olmasını irəli sürənlər çox bəsit və əsassız, gülməli fikirdədirlər. Çünki Allah buyurur ki,(Cənnətdə) döşənmiş )nəfis xalılar vardır.(Ğaşiyə 16).

"Zərabiyy" xalça deməkdir əvvəla. İbn Aşur da etimad edilməyən təfsirçidir. Azərbaycan xalçaları dünyada məşhurdur. Zərabi xalçaları adı elə Qurandan götürülüb. Yəni, Azərbaycan xalıları Cənnət xalıları kimi gözəldir. Bu, Cənnətə Azərbaycandan xalça daşımaq və oranı döşəmək anlamına gəlməz. Bu gülüncdür. Allah hər şeyə qadirdir.

Yuxarıda qeyd edilən Kəhf surəsi və Qaf surəsindəki real faktların üstündən keçib, məşhur təfsrçilərin Azərbaycan haqdakı ayələin şərhindən yayınıb belə gülünc iddialar etmək doğru deyildir.
Bu haqda araşdırmalarımız davam edəcəkdir.

Tural İrfan

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV