• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Rihannanın hələ də bakirə olduğunu düşünən jurnalistlər var-Nuşabə Zövqət yazır

  • Tarix: 08.09.2017, 18:01,
  • Bölmə: Manşet
  • Baxılıb: 5176
Rihannanın hələ də bakirə olduğunu düşünən  jurnalistlər var-Nuşabə Zövqət yazır Rihannanın hələ də bakirə olduğunu düşünən  jurnalistlər var-Nuşabə Zövqət yazır
Müasir dövrdə hər kəs televiziya və radiodan öncə ölkədə və dünyada baş verən yenilikləri xəbər saytlarından öyrənir. Əksərimiz yolda, işdə, evdə bir toxunuşla müxtəlif elektron cihazlardan gündəlik xəbərləri oxuyuruq.Sosial mediada hazırda xəbərin oxunması üçün saytlar arasında “qanlı” rəqabət gedir.Bir xəbəri onlarla xəbər saytı müxtəlif başlıqlarla və şəkillərlə təqdim edir. Lakin bəzən saytların verdiyi xəbərlərdə nə başlıq, nə də hadisə ilə bağlı şəkil bir-birinə uyuşmur.

Bu zaman oxucuların əksəriyyəti aqressivləşir və xəbərə yazılan şərhlərdə müəllif, sayt rəhbərləri təhqir olunur. Artıq saytların bir çoxu İP xətrinə bu cür təhqirlərə də göz yumurlar. Axşam belə xəbərə görə təhqir olunan sayt, səhər yenə “şedevr” başlıqlarla söyüş hədəfinə çevrilir.Təki İP ən yüksək həddə olsun. Məsələn, “Başı kəsilən qadın danışdı”, “müğənni paltarını soyundu”, “baxın, müğənni nə etdi?”... Bir oxucu xanımın sözləri yadımdan çıxmır: “Yazırlar ki, “Azərbaycanda əhalinin banka borcları silindi”. Xəbəri oxuyanda aydın olur ki, alıcıların mağazaya olan banka borcları silinib. Və ya bir dəfə belə bir başlıq diqqətimi cəlb etdi: “Valideynləri boşanan uşaq intihar etdi”. Yazını oxuduqdan sonra məlum olur ki, əslində valideynlər çoxdan boşanıb və intihar səbəbi deyil”.

Bu başlıqlar bir kənara, bəzən ciddi xəbər saytında olduqca gülünc xəbərlər yer alır. Məsələn: “Qaz buraxmaqdan çəkinməyin, iyi belə faydalıdır –

Buraxdığımız qazın 7 möhtəşəm faydası”


Sözün düzü iki gündür ki, bu başlıq sosial şəbəkədə müzakirə olunur. Bu xəbəri hər hansı tibbi portal versəydi, başa düşmək olardı. Ancaq ciddi xəbər yüklü bir saytın belə başlığa, belə xəbərə yer verməsi təəssüf hissi yaradır.

Bu gün məndə növbəti dəfə gülüş krizi yaradan başlıqdan da yazacam. “Hər kəsin sevimlisi 29 yaşlı məşhur müğənni bakirə deyilmiş...”
Əvvəla başlıq çoxlarında maraq yaradır ki, görəsən bu hansı yerli müğənnidir?!

Xəbərin mətniylə tanış olanda, bunun Rihanna olduğu məlum olur. Deyəsən, xəbərə başlıq qoyan kəsin Qərb mentalitetindən xəbəri yoxdur. Rihannanın 29 yaşına qədər bakirə olduğunu düşünən jurnalistlərimiz varmış... Bəlkə də hazırda həmin başlıq müəllifi düşünür ki, Rihanna bundan sonra necə ərə gedəcək?!

Bu məsələnin bir tərəfidir. İkinci tərəfi isə xəbərə qoyulan şəkildir. Qan ləkəsi... Rihanna

Əziz həmkarlar, İP xətrinə etik normaları, mənəvi dəyərləri tapdalamayın! İnanın ki, Rihannanın bakirə olmadığını bütün dünya, Azərbaycanın əliləri də, vəliləri də bilirlər. İnsanların gözlərini estetik olmayan fotolarla korlamayin, xəbərə verilən tələbləri, mətnə başlıq seçməyi öyrənin! Oxucunu bu tip yollarla müəyyən vaxta qədər “yola vermək olar”. Unutmayın ki, oxucu zövqünü siz formalaşdırırsınız.

Nüşabə Zövqat

Analoq.az



скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV