• 19:30 – Elza yenə od püskürdü:"Bəzi müğənnilər efirə həsrət qalanda,qapımda kanallar dayanırdı ki,gəlmişik Ceylanı çəkək" 
  • 16:35 – Könül Xasıyeva həbs etdirdiyi müğənnini bağışlayıb 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 

Öz işindi,harda,kimə,necə qoymağın...

Öz işindi,harda,kimə,necə qoymağın... Öz işindi,harda,kimə,necə qoymağın...
Minnət qoy insanların boynuna.Başqa nə gəlir əlindən? Şikayət, narazılıq,minnətdən başqa.Can qoy, fədakar ol insanların gələcəyi uğrunda,o da əbəs yerə. Təşəkkür yerinə qazsınlar ayaq altını, səni ilk vuran əl çörək verdiyin əl olacaq.Mız qoy,ağız büz. “Yox, olmaz” larla çürüt insanların beynini, qaralt həyatını.Qulp qoy, qoş şəbədə, göstər qıpqırmızı “iti” ağlını, iti köpək dişlərini ağart, vur arsızlığa.

Kitabı qoy rəfə,bəzək üçün,guya qandığın qrafa var, intellektualsan.Qoy,təpiyi deyirəm,düz yumşaq yerindən,ya da ağzından,şişsin.Bir də musiqi qoy,muğam üstə söyhasöy başlasın.Quş qoy,quşla,siyahıdakı iş və insanların önünə. Bu da belə getdi,növbədə nə və kimlər var,göz gəzdir siyahına.

Göz qoy,hər kəs haqda bilməyin vacibdir,yoxsa dünya dağılar.Gözünü qoy, tax eynəyini, rentgen kimi keçir insanları nəzərindən.Yaz,poz,qarala.Pul qoy,sərmayə insanlardan savayı hər yerə. İnsanlar doğrultmur pulu, edilən yaxşılığını.Yol qoy,asfalt döşə,sənin getdiyin yolu səndən sonra rahat getsin başqaları.

Od qoy insanlara, ver əzab, bax kənardan.Sevdir özünü, sevmə, od qoy canına.Canı cəhənnəmə.
İz qoy, sonra ört üstünü, paxıl ol, çıxmasın kimsə salamat labirint, dolaşıqdan.Cibə qoy əlini.Amma özgə cibinə.Say cibindəki pulu, çox olduqca, götür üstündən.Zatən əlin öyrəşibdir əyriliyə.Burnunu qoy insanların özəl həyatında,iy gələn kimi söz çıxart,şərlə.Üz qoy,birinə tüpürəndə,sillə gələndə,daha bir tərəfi var,çevir astarına.

Ad qoy, özündən sonra,başqalarına.Ad qoy başqalarına,qoy, adı çıxsın yadından,düşsün gözdən,ya da qalxsın zirvəyə.Üz qoy, qoy vursunlar, “sən öl, mən ölləri” min üzünə.Yerinə qoy, nəyi kimdən almısansa,fırlatma,atma, adam ol, adam!

Su qoy, iç, hirslənəndə önünə.Adamı qoy öz yerinə,ya da özünü qoy adamın yerinə, adama qoy birini, gəlsin özünə.Bir adamı qoy adam yerinə, çıxart boynuna, sonra asan olsun başına çıxması.

Ya qoy,ya qoyma.Öz işindi, harda,kimə,necə qoymağın.Bir də əl izini qoy insanların üzündə.Bir də əlini qoy üzünə, gəl dəhşətə,iyrən, qoy get insanlığını, ürəyini, vicdanını. Kimə lazımdır bunlar?Heç kimə!Ya sən qoy,ya da gözlə,sənə qoysunlar.Bəhsəbəsdi qoymağa.Kim kimə nə qoyursa, savabdı.



Analoq.az

Günel Fərhadqızı Eminскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV