• 18:00 – Avtobusda sürücünü döyən oğlanın atası görün nə dedi 
  • 15:00 – Ərəbistan kralı Donald Tramp üçün dua edib 
  • 13:35 – İşdən çıxarılan lisey direkoruyla bağlı məlumatı Təhsil Nazirliyi təsdiqləməyib 
  • 12:00 – Azərbaycan İsrail-Fələstin münaqişəsinin siyasi həllini dəstəkləyir 
  • 11:00 – Prezident sərəncam imzaladı 
  • 10:00 – İlham Əliyev BMT-də ümumi müzakirələrin açılışında iştirak edib 
  • 21:35 – Ağcabədi məktəbində eşq məcaraları-Şagirdlər dərs öyrənir yoxsa? 
  • 19:30 – 40 ABŞ hərbiçisi həlak olub. 

Naftalan şəhərində yaşayan 2-ci qrup əlil 6 ildir ev növbəsindədir.Amma...

  • Tarix: 09.09.2017, 15:00,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5544
Naftalan şəhərində yaşayan 2-ci qrup əlil 6 ildir ev növbəsindədir.Amma... Naftalan şəhərində yaşayan 2-ci qrup əlil 6 ildir ev növbəsindədir.Amma...
Analoq.az-ın mail adresinə Naftalan şəhər sakini 2-ci qrup,Qarabağ müharibəsi əlili Ələkbərov Rasim Əlövsət oğlu tərəfindən müraciət göndərilib.Həmin müraciəti olduğu kimi təqdim edirik:

Mən 19.03.1987-ci il tarixdə Naftalan şəhərində doğulmuşam.7 yaşim olanda ailəmiz dağlib.əmi-dayi himayəsində böymüşəm.Gələcəyə ümüdlə baxib xəyallarda sağlam,xöşbəxt ailə quracağımı arzulayirdim.Rusiyada 9 illik məktəbi bitirib,doğma vətənim Azərbaycana gəldim.Öz ərizəmlə könüllü 2005-ci ildə hərbi xitmətə getdim.

08 mart 2006- ci ildə vəzifə borcumu yerinə yetirərkən minaya düşüb sol ayağimi amputasiya etdilər.Ayılanda tamamilə sol ayağimi olmadğını gördum.

8 mart 2006-ci ildə etibarən dövlətimiz tərəfindən mənə 2-ci qrup əlillik və prezident təqaüdü təyin edildi. 2014-cü ildə isə bir ayağımin olmamasına baxmayaraq mənə əlillər ücün "NAZ LİFAN" marklali mexaniki avtomobil də verildi.

Verilən təqaüdlə dolana bilmirəm,yaşamaq üçün isti ocağım yoxdur.2011-ci ildən həm Naftalan şəhər İra Hakimiyətində,həm də Azərbaycan Respubliasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7-ci yerdə mənzil novbəsindəyəm.

Qeydiyyatda olduğum Naftalan şəhəri V.Namazov küçəsi ev 53 ünvanından 2016-ci ilin son ayında mənim xəbərim olamadan qeydiyyatdan cixarılmışam.O gündən gah dost-tanışın evində,gah da çox zaman avtomibildə gecələyirəm.Kirayə çıxmağa maddi imkanım çatmır.Aldığım təqaüdlə özümü güclə dolandırıram.

Dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə,Naftalan Şəhər İcra Hakimiyyətinə müraciət etməyimə baxmayaraq,mənə eyni cavab veriblər ki;"2014-dən 2018-ci ilədək sənin mənzil problemin həll olacaq"

Hazırda Naftalan şəhərində metlax sexində yaşayıram.Buna isə yaşamaq demək çətindir.30 yaşim var,subayam.Evsizliyə görə ailəqura bilmirəm.

Mən mətbuat vasitəsi ilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti,Mehriban xanım Əliyevadan mənim evsiz,subay olduğumu, dost-taniş himayəsində yaşadığımı,kücələrdə qaldığımı nəzərə alib,məni müvəqqəti sığınacaqla və yaxud mənzil verilməsində köməklik gostərməsini xahiş edirəm.

Ələkbərov Rasim Əlövsət oğlu

(051) 464 84 33
(055) 520 47 98.

Analoq.az bu məsələylə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV