Manşet / #Ölkə
Akif Əli təhqiredici ifadələr işlətdiyinə görə məsuliyyətə cəlb oluna bilər

Vəkil Adəm Məmmədov Lütfi Zadəni təhqir edən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin sözlərinə sərt reaksiya verib.A24.az-a açıqlamasında vəkil Adəm Məmmədov Akif Əlinin Lütfi Zadə haqqında söylədiklərinə münasibət bildirərək, təhqiredici ifadələr işlətdiyinə görə, məsuliyyətə cəlb oluna və mərhumun ailəsinin təzminat davası açmaq hüququna malik olduğunu bildirib.“Bu xəbəri eşidəndə çox pis oldum. Mərhumun vərəsələri təhqiredici ifadələrə görə, Akif Əliyə təzminat davası aça bilər. Linqvistik ekspertiza tətbiq olunaraq, bu təhqirin hansı formada olunması müəyyən olduqdan sonra, həmçinin şərəf və ləyaqətin alçaldılmasına görə, mülki məsuliyyətə cəlb oluna bilər. . Çox acınacaqlı vəziyyətdir ki, digər millətlər öz dəlisinə sahib durur, amma biz Lütfi Zadə kimi dünya şöhrətli alimi bəyənmirik. Ermənilərdə Lütfi Zadə kimi alim olsaydı, bütün dünyaya car çəkərdilər. Dünyasını dəyişmiş bir şəxs haqqında nalayiq ifadələr işlədilməsi təqdirəlayiq deyil. Ola bilər ki, şəxsi bir münasibətə görə, o cür ifadə işlənsin. Ancaq nəzərə alınmalıdır ki, söylədiyi fikirlər publikaya yayımlanacaq. Hətta cənab prezident belə onun dünyasını dəyişməsi ilə bağlı başsağlığı verib. ”
Analoq.az
Analoq.az
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi


Manşet / #Ölkə
Abid Şərifov:"Dövlət başçısı, birinci vitse Prezident bu böyük alimin vəfat etməsi haqda nekroloq imzalayıb,başsalığı verib"
#Maraqlı / #Ölkə
Akif Əli od püskürdü:"Onun alimliyinin mənə dəxli var?"
Manşet
Gənc şair Lütfü Zadəyə fındıqbaş deyən Akif Əliyə şeir yazdı-
-
#Kriminal20-02-2019, 09:30
Azərbaycanlı samboçunu 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası gözləyir
-
#Mədəniyyət16-02-2019, 15:00
Qazaxda İsmayıl Şıxlının 100 illik yubiley tədbirinə hazırlıqla bağlı müşavirə keçirilib
-
#Ədəbiyyat20-02-2019, 13:30
Mətnə düşməyən abzaslar-Kənan Hacı yazır-
-
#Mədəniyyət20-02-2019, 12:00
Daimi Nümayəndəliyinin rəhbəri Litvanın Müstəqillik günü münasibətilə təşkil edilmiş tədbirdə iştirak edib
RƏY YAZIN