• 18:15 – Yeni hökumət təsdiqləndi: Ciddi dəyişikliklər - Sərəncam 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 15:30 – Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 
  • 22:46 – Caspian European Club торжественно отметил победу Президента Ильхама Алиева на выборах 

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb

  • Tarix: 19.09.2017, 10:00,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5157
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.APA-nın məlumatına görə, təbrikdə deyilir: "Hörmətli həmvətənlər!Sizi yəhudi xalqının yeni il bayramı - Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm.Sivilizasiyaların qovuşuğunda yerləşən Azərbaycan bu gün multikultural ənənələrin qorunub saxlanıldığı, ayrı-ayrı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və etimad mühitinin mövcud olduğu nadir məkanlardandır.

Tarixən Azərbaycanda məskunlaşıb yaşayan yəhudi icmasının cəmiyyətimizdə özünəməxsus yeri vardır. Əlamətdar haldır ki, yəhudi vətəndaşlarımız ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Əziz dostlar!

Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən bir bayramdır. Yəhudi xalqının bu əziz günü qoy hamınızın həyatına xoş ovqat, ailələrinizə xoşbəxtlik və sevinc gətirsin.

Bayramınız mübarək olsun!"

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV