Ərəbistan kralı Donald Tramp üçün dua edib



Türk mediasında yer alan xəbərə görə, İslam Aləmi Birliyinin təşkil etdiyi konfransda iştirak etmək üçün Nyu-yorka gedən Məscid-i Haramın və Məscid-i Peyğəmbərin şeyxi Əbdürrəhman -Es-Sudeysi Səudiyyə Ərəbistanının El-İhbariyye kanalına müsahibə verib. Verdiyi bəyanata görə xüsusilə sosial mediada intensiv reaksiya görən Sudeysi "Bu gün Səudiyyə Ərəbistanı və ABŞ dünyanın iki qütbüdür. Allaha həmd olsun ki, dünyanı birlikdə idarə edirlər" deyib.

Səudiyyə Ərəbistanı və Amerikanın dünyanın təhlükəsizliyin və sabitliyin mərkəzi olmasında prioritet olduğunu müdafiə edən Sudeysi Səudiyyə Ərəbistanı Kralı Salman bin Abdulaziz və Amerika prezidenti Donald Trampa dua etməyi də unutmayıb.

Sudeysi Səudiyyə Ərəbistanı kralı və ABŞ prezidentinə bəşəriyyət üçün atacaqları addımlarda uğurlar arzulayıb.moderator.az

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi