• 20:30 – "Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 

İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən daha bir məmur

  • Tarix: 27.09.2017, 14:05,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 51 616
İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən daha bir məmur
Sosial şəbəkələrdə İraqın şimalında keçirilən kürdlərin müstəqillik referendumunu dəstəklədiyini yazan məmur haqqında araşdırma başlayıb.APA yazır ki, Laçın Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin paylaşımları dərhal hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcəyi bildirilib.

“Facebook” səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini yazıb, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşan məmur “Qafqazinfo”ya açıqlamasında deyib ki, əgər rəsmi qaydada açıqlama tələb olunsa, danışacaq:

“Dövlətimiz mənə etimad göstərib, bu işə təyin olunmuşam. Əgər bu etimadı əməlimdə doğrultmamışamsa, dövlətə və dövlətçiliyimizə qarşı yanlışlığa yol vermişəmsə, bu zaman işdən çıxarıla bilərəm. Başqa heç nə ola bilməz. Kiminsə mənimlə qəsd-qərəzliyi yoxdur. Mənim də heç kimlə qərəzim yoxdur”.

Daha bir məmur, Laçın rayon sakini, Vüqar Bəndalıoğlunun da təbliğatçılığı ilə bağlı məlumat yayılıb. O da İraqda keçirilən referendumu dəstəkləyib və Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb. Referendumu dəstəklədiyini ifadə edən paylaşımlar edib.bastainfo.com

Analoq.az bu məsələylə bağlı qarşı tərəfin münasibətini dərc etməyə hazırdır.
Analoq.az

İraq Kürdüstanının müstəqilliyini dəstəkləyən daha bir məmurскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV