• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Qurban Qurbanov:"Azərbaycan futbolu hardadır..."

  • Tarix: 27.09.2017, 18:30,
  • Bölmə: Manşet / İdman
  • Baxılıb: 5313
Qurban Qurbanov:"Azərbaycan futbolu hardadır..." Qurban Qurbanov:"Azərbaycan futbolu hardadır..."
"Bu, Bakıda ilk oyunumuzdur. Hamımız üçün önəmli olduğunu düşünrəm. Belə bir görüşün Bakıda keçirilməsi şəhərimiz, ölkəmiz, eləcə də futbolumuz üçün önəmlidir. "Roma"nı bəlkə də kimlərsə silirdi. Lakin bu komandanın oyununu gördüm. Çox peşəkar komandadır. Çalışacağıq ki, müsbət nəticə əldə edək".Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə oyundan öncə təşkil edilən mətbuat konfransında deyib. 45 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını da cavablandırıb.

- 65 min azarkeş önündə oynamaq necə hisdir?

- Təzyiq həmişə olur. Avropa təcrübəmiz olsa da, bunlar tam fərqli turnirlərdir. Stadion məsələsi çox müzakirə olundu. Buna bir daha toxunmağa gərək yoxdur. Nə qədər çox azarkeş önündə çıxış etsək, futbolçular bir o qədər inamlı oynayarlar. Bəzi məğlubiyyətlər böyümək üçün bizə lazımdır. Bundan nəticə çıxarmalıyıq. İlk oyunda 0:6 hesabı ilə uduzsaq da, bu görüşə yaxşı hazırlaşmışıq. Daha yaxşı çıxış etməyə çalışacağıq.

- Miçel Madeyranın cərimə olunması xəbəri doğrudur?

- O, dünən cəzalanıb. Belə şeylər bağışlanılmır. Lakin idmanda belə şeylər olur. Hətta özümdə də olur.
Bunu normal qarşılayıram. Klubda yaratdığımız nizam-intizamdan uzaqlaşmamalıyıq. Miçel peşəkar futbolçularımızdan biridir. Sabah da meydanda olma ehtimalı çoxdur.

- Ansi Aqolinin durumu necədir?

- Hər şey pozitivdir. Son qərarı sabahlı məşqdən sonra verəcəyik. Bəzi mövqelərlə bağlı fikirlərimiz var.

- Heyətdə nə kimi dəyişikliklər etməyi düşünürsünüz?

- Dəyişikliklər olacaq, amma ciddi yox. Çünki rəqib fərqlidir. Üstəlik evdə oynayırıq.

- "Roma"nı canlı izləyəndə zəif yerlərini heç görmədiniz?

- O vaxtı Pro kateqoriya oxuyarkən, Dortmund "Borussiya"sının düşərgəsinə getmişdim. Həmin vaxt fikirləşirdim ki, Azərbaycan futbolu hardadır, "Borussiya" harda? Sonra "Barselona"ya getdim. Dedim ki, "Barsa" hardadır, "Borussiya" harda? "Roma"nı da canlı izlədim. Bir daha şahidi oldum ki, bu rəqib də top- komandadır. Deməzdim ki, çoxlu səhvini gördüm.

- Əvvəllər də İtaliya klublarına qarşı oynamısınız. Müqayisə aparardınız...

- "Roma" "Fiorentina" və "İnter"dən fərqli oyun üslubuna malikdir. Oyunqabağı rəqibi çox da tərifləmək istəmirəm. İtaliyada 2-ci yeri tutmaları hər şeyi deyir.

- Komandanızın üzərində böyük təzyiq olmayacaq. Bunu nəzərə alaraq, Ramil Şeydayev, Mahir Mədətov kimi gənclərə şans verməyi düşünürsünüz?

- Belə oyunlarda kiminsə haqqını əlindən almaq düz olmaz. Kim hazırdırsa, o da oynayacaq.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV