• 20:30 – "Mənə görə boşanmağa dəyməzdi"-Şairin sevgilisinin etirafı 
  • 15:00 – Ramiz Mehdiyev:" Nazim İbrahimovun rəhbərliyi dövründə Gürcüstanda, Avropada,orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib" 
  • 14:15 – Aydın Əliyev:"Cənab Prezident tamamilə düzgün qərar qəbul edib” 
  • 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 15:00 – Sabunçu rayon Qaz idarəsi jurnalisti niyə incidir 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 

Mollaların hamısına bel bağlamayın...

Mollaların hamısına bel bağlamayın...
“İrşad” qəzetini oxuyanlar həmin qəzetin 18-ci nömrəsində ikinci səhifənin üçüncü sütununda yazılan sözləri, əlbət ki, oxudular. Orada belə yazılıb: “Baş yarmaq, zəncir vurmaq, Qasım otağı gəzdirmək adətlərinin cümləsi artıq bir günahdır və bunlar islam şəriətində heç bir kitabda və qanunda yoxdur və hər kəs ki, bu işləri əmələ gətirsə, böyük günahkar hesab olunur”.

Bu sözlərə şəhər qazısı Mir Məhəmməd Kərim ağa, axund hacı molla Ruhulla, axund Cavad, axund Ələkbər, axund şeyx Məhəmmədcavad, axund hacı Qəvam, axund hacı molla Ağa, hacı Mirmöhsün, axund molla Əbülqasım cənabları yekdil razı olub, imza etdilər”.

Bir il bundan qabaq bu sözləri mən yuxuda görsəydim və gedib qonşuluğumuzda molla İbrahimə desəydim ki, mənim yuxumu təbir elə, yəqin ki, molla İbrahim mənə deyərdi: “Sən yuxuda dəli olubsan”.

Yazıq camaat, biçarə avam, yazıq müsəlman milləti, binəva müsəlmanlar! Dəxi nə oyun qaldı ki, biz mollalar sizin başınıza gətirməmiş olaq?!

Biçarə müsəlmanlar!

Bir gün deyirik: “qatıq ağdır” – deyirsiniz: “bəli”. Sabah kefimiz istəyəndə deyirik: “qatıq qaradır” – deyirsiniz: “bəli”.

Yazıq müsəlmanlar!

Bakıda qazılar buyururlar ki, “baş yarmaq günahdır”, – deyirsiniz: “bəli”; Naxçıvanda buyururlar ki, “yarmamaq günahdır” – deyirsiniz: “bəli”; Ərdəbildə axund mirzə Abdulla buyurur ki, “qardaşın övrətini almaq və yetimlərini küçəyə salmaq savabdır” – deyirsiniz: “bəli”; Danabaş kəndində molla Cəfərqulu buyurur ki, “bığların qabağını vurdurmamaq həramdır” – deyirsiniz: “bəli”. Biçarə müsəlman milləti!

Bəli, Bakı qazıları, buyurursunuz ki, baş yarmaq günahdır! Çox əcəb! Bəs indiyədək bu sözlər harada idi? Bəs bildir nə deyirdiniz? Bə üç il bundan irəli niyə dəstə qabağında dolanırdınız və baş yaranlara deyirdiniz: “Ədə, kərbəlayı Həsən, bərk vur!” Bəs niyə əlinizə dəstmal alıb, ağköynəklərin qanını silirdiniz ki, gözlərini açıb, bir də başlarına vursunlar? Bəs niyə razı olurdunuz biçarə hammallar, fəhlələr və Allahın kasıb bəndələri öz əlləri ilə özlərini naxoş eləyib, aylar ilə müalicəyə möhtac olsunlar və kəsbi-ruzidən qalsınlar? Bəs niyə razı olurdunuz əcnəbilər tamaşaya gəlsinlər və müsəlmanların bu cür işlərini görüb və əkslərini götürüb, kitablar bağlasınlar və tamam yer üzündə bizi “vəhşi”adı ilə adlandırsınlar?

Yazıq müsəlmanlar!

Bütün yer üzündə heç bir məmləkət, heç bir tayfa mənim xəyalıma gəlmir ki, orada bir ruhani ya bir alim çıxa minbərə və ağzına gələni deyə və camaat da gözlərini yumub və ağzını göyə tərəf açıb deyə: “Bəli, belədir, qurbanın olum”.

Mənim yəqinimdir ki, əgər Bakı camaatının yerinə Pataqoniya camaatı da olsaydı, ya Sibirin meşədə yaşayan tayfalarından biri olsaydı, yenə mollaların bu sözlərinin qabağında bir cavab verərdilər; deyərdilər ki, “axır, ay ağalar, bu nə sözlərdi danışırsınız? Bu yekəlikdə zarafat olmaz. İndiyədək bizə buyururdunuz: “Müsəlmançılıq ibarətdir baş yarmaqdan və mollalara sitayiş etməkdən”. Amma indi özgə cür danışırsınız. Bizi ələ dolamamısınız ki?!”

Biçarə müsəlmanlar!

Bəli, bəli, müsəlman qardaşlar, axırda gələcəksiniz mənim sözümə: mən bir neçə ay bundan qabaq demişəm ki, mollaların hamısına bel bağlamayın; mən demişəm ki, onların içində həqiqi molla, yəni doğruçu molla çox azdır; mən sizə demişəm ki, özünüz dərs oxuyunuz, uşaqlarınızı oxudunuz və görünüz ki, dünyada nə var, nə yox. Demişəm ki, yalançı mollaların sözünə aldanmayınız.

Bəli, müsəlman qardaşlar, indi Bakıda sizə qazılar deyirlər ki, müsəlman kitablarında baş yarmaq yazılmayıb; amma bir il bundan qabaq sizə deyirdilər ki, müsəlmanın yetmiş iki min kitabı var və bu kitabların əsl və mötəbəri “İxtiyarat” kitabıdır və bu kitabda yazılıb ki, Təbrizin kənarında bir çeşmə var ki, hər baş yaran gəlib bu çeşmədə başının yarasını yusa, haman dəm yarası yaxşı olar.

Amma indi bu sözlər hara, o sözlər hara!!!

Hələ nələr görəcəksiniz!

Nələr eşidəcəksiniz!

Yazıq müsəlmanlar!

İmzasız.

“Molla Nəsrəddin”, 10 fevral, 1907, N 6.

Mollaların hamısına bel bağlamayın...скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV