• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Talıb Tale illər öncə gələcəkdə baş verəcək hadisəni söyləyib.İfaçının əmisiylə müsahibə

Talıb Tale illər öncə  gələcəkdə baş verəcək hadisəni söyləyib.İfaçının əmisiylə müsahibə Talıb Tale illər öncə  gələcəkdə baş verəcək hadisəni söyləyib.İfaçının əmisiylə müsahibə

"Maşın" realiti-şousunda iştirak edən tanınmış ifaçı Talıb Talenin əmisi Xətai Ələsgərli Analoq.az -a müsahibə verib.Həmin müsahibəni Analoq az oxucularına təqdim edirik.


-Xətai müəllim,Analoq.az oxucularına,Talıbın pərəstişkarlarına ifaçı haqqında geniş bilgilər vermənizi istərdik.

-Talıb Ələsgərov Ələsgər oğlu 1981-ci il 16 fevralda Göyçə mahalının Ağkilsə kəndində,aşıq Ələsgərin ocağında dünyaya göz açıb.Ailədə dörd uşaqdırlar. Talıb ailənin 3-cü övladıdır. 1988-ci il deportasiyasından sonra Göygöl rayonunda məskunlaşdıq.Talıb orada Səməd Vurğun adına 3 nömrəli orta məktəbə daxil oldu və əla qiymətlərlə orta məktəbi bitirdi.Ali təhsilini isə BDU-nun Politologiya fakültəsində alıb.

- Talıb musiqidən başqa hansı istedada malikdir?

- Talıbın çox kiçik yaşlarından qeyri-adi uşaq olduğu açıq-aydın bilinirdi. Musiqiyə marağı hələ uşaq ikən onun zərb aləti olan nağarada ifa etməyinə səbəb olub.O vaxt kəndimizə (Ağkilsəyə) toylara Nemət adlı bir nağara ifaçısı gəlirdi.Talıb demək olardı ki, Nemətin sənətinin vurğunu idi. O nağara ifaçısının elə bir məclisi olmazdı ki, Talıb orada iştirak eləməsin.Musiqiyə, şeirə olan sevgisi babası Ələsgərdən ona irsən keçmişdi.Eyni zamanda da Nemətin sənətinə olan sevgisi Talıbın musiqiyə gəlməsində stimul yaratdı.Talıbla bağlı sizə maraqlı bir əhvalat danışım.Göyçədə yaşayanda Talıbın hardasa 4 yaşı olardı.Talıb o zaman söyləyirdi ki,vaxt gələcək biz Bakıya köçəcəyik,həyətimizdə olan qoyunun da quzusu doğulacaq.Özü də qara rəngdə.O quzunun dərisindən də mənə nağara düzəldəcəksiniz. İnanırsınız dediklərinin hamısı oldu.Həyətimizdə olan qoyunun quzusu qara rəngdə doğuldu.
1988-ci ildə dədə-baba yurd yerlərimizdən deportasiya olunduq.Babamız,ustad aşıq Ələsgər də yaşadığı vaxtlarda qardaşı oğlu Növrəs İman və digər şəxslərlə bağlı verdiyi proqnozlar düz çıxmışdı.Talıbın vaxtılə Bakıya köçəcəyimizi söyləməsi də babası aşıq Ələsgər kimi ona irsən keçib.Talıb həm də gözəl rəsm əsərləri çəkir. İdmanda da müəyyən uğurlar eldə edib.

- Xətai müəllim,Talıb şou boyu demək olar aşıq Ələsgərin nəslindən olmasını söyləmədi.Son günlər isə Talıbın hansı nəslə mənsub olduğu məlum oldu. Bu barədə də istərdik fikir bildirəsiniz.

-Talıb babası aşıq Ələsgərin nəslindən olması ilə daim fəxr edib.Atası Ələsgər kişiylə,babası İslam müəllimlə,İslam müəllimin atası,aşıq Ələsgərin oğlu Talıb babamla daim qürur duyub.Sadəcə olaraq ekranda özü səsləndirmədi ki, bəzi insanlar bunu süni reklam kimi qiymətləndirməsin.

- Aşıq Ələsgərin kötücəsi olan Talıbın saza münasibəti necədir?

- Talıb sazda gözəl ifa edir.Aşıq Ələsgərin "Tellərin" şeirinə də yeni aranjımanda gözəl musiqi bəstələyib ifa edib.El məclislərində də bu mahnı ən çox sifariş edilən mahnılardan biridir.Bundan başqa Talıbın oxuduğu mahnıların söz və musiqiləri özünə aiddir.

- Talıbın şouda iştirak etməsi atası Ələsgər kişini xeyli həyacanlandırdı.Ələsgər müəllimlə əlaqə saxlaya bilmədik. Amma istərdik Ələsgər müəllimin həyacanını, sevincini sizdən öyrənək.
- Qardaşım Ələsgər,mən və digər qohum-əqrəbalar da Talıbın şou boyu göstərdiyi oyundan razı qaldıq.Çünki oyun boyu heç kimə qarşı kobudluq etmədi.Oyunda yarışdığı iştirakçılara tamaşaçılarının,onu sevənlərin dəstəyi ilə qalib oldu.

- Xətai müəllim,bu müsahibə üçün təşəkkür edirik.

-Mən özümün və ailəmizin adından sizə təşəkkür edirəm. Aşıq Ələsgərə, ələsgərsevərlərə öz minnətdarlığımı bildirirəm.Talıb Taleyə də diqqət ayırdığınız üçün bir daha xüsusi təşəkkürümü bildirirəm.

Savalan Talıblı
Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV