• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Ey,gözəl radio!!!

Ey,gözəl radio!!! Ey,gözəl radio!!!
Ey,gözəl radio!!!

Azərbaycan radiosu mənimçün yaradıcılıq məktəbidir.Bu müqəddəs məkan - 90 yaşlı radiomuz, yarandığı gündən, boynuna düşən işin öhtəsindən layiqincə gəldi.Fəaliyyətə başladığı ilk gündən xalqımızın ən dəyərli ziyalıları, işıqlı adamları sinələrini sipər edib səngər qarşısında dayanan əsgər kimi radiomuzun yanında oldular, onun inkişafına ömür verdilər.Radio ilə gələcəyə, işıqlı günlərə birgə addımladılar.

Azərbaycan ziyalılarılarının hər biri müxtəlif illərdə radioyla əməkdaşlıq edib, radionun keşiyini cəkdilər, şərəfini uca tutdular.And yerinə, qibləgaha çevirdilər.

İlk bədii verilişlərin hazırlanmasında Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli xadimləri fəal iştirak etdilər.Bu siyahıda Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin, Məmməd Səid Ordubadinin, Cəfər Cabbarlının, Səməd Vurğunun, Hüseynqulu Sarabskinin, Bülbülün, Mustafa Mərdanovun Mikayıl Rəfilinin, Cəfər Xəndanın, Qulam Məmmədlinin, Adil Əfəndiyevin, Lətif Kərimovun, Mübariz Əlizadənin, Ələsgər Məmmədovun, Abbas Gülməmmədovun, Cəfər Hacıyevin, Hüseyn Məcnunbəyovun, Cabbar Cabbarovun, Fazil Babayevin, Mina Bayramovanın, Şərif Vəliyevin adlarını qeyd etmək olar.

Müasir texnologiya indi o qədər inkişaf edib ki, canlı yayımla radio-televiziya verilişini ötürmək çox asanlaşıb. Amma canlı yayımla bağlantı qurmağı Azərbaycan radiosu 1928-ci ildə - Bakıya qonaq gələn Maksim Qorki ilə təşkil olunan görüşü, Azərbaycan Elmlər Akademiyasının böyük salonundan canlı olaraq yayımladı.Bu hadisə Azərbaycan radiosunun gələcək prespektivləri haqda çox şey deyirdi.

Böyük yazıçı Maksim Qorkini görə bilməyənlər onun səsini radiodan eşitdilər.

Hərbiçi Əsgər Mövsumzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şair Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışdılar.

Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə Fatma Cabbarova, Zuleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Nizami Məmmədov, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdi.

Bütün bu sadaladıqlarımla yanaşı, radio eyni zamanda özünün "qızıl fond"unu da yarada bildi."Qızıl fond"unda görkəmli sənətkarlarımızın ifasında muğamlar, bəstəkar mahnıları, müxtəlif opera və tamaşalardan nadir parçalar, şair-yazıçılarımızın, alimlərimizin,aşıqlarımızın səsləri qorunub saxlanır.

Millətin maarfilənməsi üçün gecəni-gündüzə qatıb çalışan aydınlarımız, zəhmətləriylə radionu bu günümüzə çatdırdılar.Radio onların əmanəti, yadigarı kimi bizimlədir.

90 yaşlı Azərbaycan radiosunda çalışmaq mənim də taleyim yazıldı.Nə mutlu bu yazıya! Düz on ildir bu müqəddəs məkanda çalışıram.Sanki hipokrat andı içmiş kimi, əhdimə sadiq öz peşə borcumu yerinə yetirməkdəyəm.

2005-ci ildən dinləyiciləri salamlayır, hazırladığım mövzularla onların görüşünə gəlirəm.İlk çalışdığım günlərdən radioda çox ünlü radioçuları, qocaman jurnalistləri, sevilən şair və yazıçıları gördüm.

Onlarla hətta, müəyyən illərdə çiyin-çiyinə də çalışdım.Kələntər Kələntərli,Qaçay Köçərli, Ibrahim Göyçaylı,Akif Səməd, Əhməd Həpo, Möhbəddin Səməd, Mövlud Süleymanlı, Camal Yusifzadə,Zakir Sadatlı, Elxan Məmmədli,Qara Tağızadə,Bəxtiyar Şərifzadə,İntiqam Mehdizadə, Eldost Bayram,Kamil Əfsəroğlu,kimi tanınan imzalar məhz, radionun vasitəsiylə mənim tərcümeyi-halıma yazıldı.

Bu gün də radio öz ən-ənənəsi üstündədir.Əhməd Oğuz, Mahəddin Əsgər, Kamil Əfsəroğlu, Tahir Talıblı, Bəxtiyar Bəxtiyarov, Şəfəq Əlixanlı, Rəşad Nəsirov, Ələmdar Quluzadə, Eldost Bayram, Əli Məhəmmədoğlu, Telman Səlimoğlu, Anar Məmmədov,Mehriban Bəşirzadə,Bəxtiyar Şərifzadə,Eldost Bayram,Dilşad Tahirqızı, Qorxmaz Şıxəlioğlu, Rövşən Ramazanlı kimi parlaq imzaların adlarını qeyd etmək olar.

“Yurd yeri” verilişində dəyərli ziyalılarımızı, folklorşünas alimlərimizi, ağzıdualı ağbirçəklərimizi, dünyanı dörd dolaşmış babaları, xalqımızın mənəviyyat boxçası olan aşıqlarımızı mütamadi verilişlərə dəvət edir, dinləyiclərlə "görüşdürürəm".

“İrəvan Çuxuru” verilişi demək olar mənim üzərimdə olduqca məsuliyyətli bir proqramdı. Qədim-qayım oğuz - türk yurdu olan, indi Ermənistan adlandırılan dədə-baba torpaqlarımızın tarixi, folkloru, ədəbiyyatı, aşıq yaradıcılığı, qədim yurd yerlərimizin toponimləri, etnonim və antroponimləri, o yörələrimizdə yaşayan türk tayfaları, onların mədəniyyəti, folklor nümunələri alimlərimizlə birgə geniş şəkildə araşdırılır və dinləyicilərə təqdim olunur.

“Obalardan babalardan” folklor toplusu verilişi də adından göründüyü kimi, obalarımızın və o, obalarımızın yadigarları olan babalarımızın folklorla bağlı bildikləri, yaddaşlarında adları kimi bildiyi el-oba deyimlərini, hərəsi bir dastan qədər qədim olan nənələrimizin də sirli-sehirli nağıllarını, laylalarını, oxşamalarını, bayatılarını, alqış və dualarını, məhs bu proqramda dinləyicilərə təqdim olunur.

Verilişin sloqonu da verilişin mahiyyətindən yaranıb."Agsaqqal olan yerdə urvat, ağbirçək olan yerdə mürvət olar". Tanrı hər birimizi agsaqqalı, agbirçəkli eləsin.

"Obalardan-babalardan" folklor toplusuyla bağlı bir xatirəni də burada xatırlatmağı özümə borc bilirəm.Bu veriliş yarananda mərhum yazıçımız Əlibala Hacızadədən xahiş etmişdik ki, verilişin başlıq musiqisi üçün sözlər yazmışdı.Pir olmuş da sözümüzü yerə salmayıb sözləri yazmışdı.Lakin verilişin ərsəyə getməsinə çox az bir vaxt qalanda ustad yazıçımız bu dünyayla haqq-hesab eləyib uca Tanrısına qovuşdu.Bu yerdə ona da Tanrıdan rəhmət diləyirəm.Yeri uçmaq olsun.

Radioyla əməkdaşlığa başladıgım gündən bu günə kimi maraqlı xatirələr, təssuratlar yaranıb. Əslində onların hər biri bir yazı şəklində qələmə alınmalıdır. O,xatirələrdə gələcək üçün marağa səbəb olan xeyli sayda nüanslar var.

Bu sadaladıqlarımdan sonra heç də demək olmaz ki, mən radioda müəyyən qədər verilişlər hazırlamışam.Əksinə qarşıda tətqiqat aparası, hazırlayacağım çox verilişlər var. Bunlar isə üzümüzə gələn ildə mənim öhdəmə götürdüklərimdir.

Savalan Talıblı

03.11.2016скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV