• 18:30 – Sadlq Qarayev:“Mənim əsərimi təhlil etmək gücündə olan tənqidçi yoxdur” 
  • 17:00 – İsrail rəsmisi Ermənistandan imtina etdi 
  • 14:30 – Əli Mirəliyev:"Müğənnilər efirdə qısa geyinir, sinələrini açıq qoyurlar..." 
  • 13:00 – ABŞ-ı həyacanlandıran silah 
  • 11:00 – Vyetnam prezidenti vəfat edib 
  • 10:00 – Mehriban Əliyeva NATO baş katibinin müavini ilə görüşüb 
  • 21:00 – Vüsal Əliyev məndən 1300 dollar aldı qaytarmadı-Efirə çıxan tamaşaçı 
  • 13:30 – Galenvagen” “protiv” gedir, Binəqədi polisi inkar edir 

Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayət

  • Tarix: 06.11.2017, 15:00,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 51 432
Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayət Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayət
Zərdab rayonu, Məlikumudlu kənd sakini, şəhid övladı Zərbəliyev Cahid Zabit oğlu tərəfindən Analoq.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.Şikayətçi Cahid Zərbəliyev icra nümayəndəsi və fermerin onun halal zəhmət haqqını vermədiyini qeyd edib.

Şikayəti olduğu kimi təqdim edirik:

Mənim atam Zərbəliyev Zabit Kamil oğlu polis serjantı işləyib.1992-ci il tarixdə Azərbaycan Respublikasının suverenliyi və Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.Atam şəhid olanda mənim 2 yaşım var idi.İndi isə traktor sürüb ailəmi əlimin zəhməti ilə dolandırıam.Ancaq halal zəhmətin haqqımı ala bilmədiyim üçün mətbuat vasitəsi ilə Prezident,cənab İlham Əliyevə müraciət etməyi qərara aldım.

Belə ki, Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovun tapşırığı ilə fermer Abdullayev Bəhram Şahlar oğluna məxsus 10 hektar torpaq sahəsini şumlayıb bir neçə dəfə malalamışam.Buna görə danışdığımız kimi 600 manat zəhmət haqqımı vermək istəmirlər.Bu ilin aprel ayı tarixindən məni sabah-sabah deyə-deyə aldadıb süründürməçiliyə məruz qoyub pulumu vermədiıər.

Mən bu barədə Zərdab Rayon İcra Hakimiyyəti başçısının müavini Pərvin Mahmudovanın qəbulunda olub şikayət etsəm də heç bir tədbir görülmədi.Ailəmiz böyükdür.Ailəyə yeganə qazanc gətirən mənəm.Mənim də əmək haqqımı Məlikumudlu kənd icra nümayəndəsi Ağaverdi Novruzovla, keçmiş polis əməkdaşı fermer Bəhram Abdullyev vermirlər.

Onların maddi imkanları çox geniş olsa da şəhid ailəsinin pulunu mənimsəməyi üstün tuturlar.

Şəhid ailəsinin işlədib,aldadıb zəhmət haqqısını mənimsəyən şəxsdən dövlət qulluqçusu olmaz.

Cənab prezident,ailəmiz adından xahiş edirik bizə kömək edin.

Analoq.az qarşı tərəfin də mövqeyini dərc etməyə hazırdır.

Analoq.az

Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayət

Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayət
Zərdab rayonu Məlikumudlu kənd icra nümayəndəsi şəhid ailəsinin 600 manatını niyə mənimsəyib?-Şəhid ailəsindən prezidentə şikayətскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV