• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

DGK-nin sədr müavini Şahin Bağırovun rəhbərliyi altında Gömrük nəzarətinin təşkili sahəsində görülən işlər

DGK-nin sədr müavini Şahin Bağırovun rəhbərliyi altında Gömrük nəzarətinin təşkili sahəsində görülən işlər DGK-nin sədr müavini Şahin Bağırovun rəhbərliyi altında Gömrük nəzarətinin təşkili sahəsində görülən işlər
1995-ci ildən başlayaraq gömrük işinin beynəlxalq normalara uyğunlaşdırılması, xarici ticarətin liberallaşdırılması, əmtəə və kapitalın hərəkətində sərbəstliyin yaradılması və müasir mexanizmlərin tətbiqi istiqamətində ölkədə ardıcıl olaraq həyata keçirilən iqtisadi siyasət tədbirləri xüsusi əhəmiyyətə malik olmuşdur.Bilavasitə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi tərəfindən hazırlanan “Azərbaycan Respublikasının gömrük sərhədindən tərkibində intellektual mülkiyyət (əqli mülkiyyət) obyektləri olan malların keçirilməsi zamanı gömrük nəzarətinin aparılması”, “gömrük nəzarəti zonalarının yaradılması və onlarım nişanlanması”, “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi, yük gömrük bəyannamələrinin doldurulması”, “dövrü gömrük bəyannaməsinin verilməsi, tətbiqi və sənədləşdirilməsi”, “mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti zamanı gömrük yoxlamasının keçirilməsi”, “yoxlama tapşırığının və gömrük yoxlama aktının doldurulması, uçotu, qeydiyyatı və saxlanması”, “diplomatik poçtun və konsul valizinin, həmçinin xarici şəxslərin ayrı-ayrı kateqoriyaları tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən güzəştli qaydada keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti”, “fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ikikanallı buraxılış sistemindən istifadəsi zamanı («Yaşıl kanal» və «Qırmızı kanal») sadələşdirilmiş qaydada bəyan edilməsi” qaydaları da gömrük nəzarətinin təşkilində xüsusi əhəmiyyətə malik idi.


İdarə tərəfindən hazırlanan digər sənədlər qismində “Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsi”, “Hava gəmilərinin istismarı üçün zəruri olan yanacaq-sürtkü materiallarının gömrük rəsmiləşdirilməsi”, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması ilə əlaqədar malların gömrük rəsmiləşdirilməsi”, “Dövlətlərarası sərnişin daşımalarını həyata keçirən qatarların vaqon restoranlarında aparılan və gətirilən malların gömrük rəsmiləşdirilməsi”, “İxrac boru kəmərlərində fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların gömrük rəsmiləşdirilməsi”, “Avtomobil və dəmiryol nəqliyyat vasitələri və onlarla daşınan yüklərə gömrük nəzarəti zamanı texniki təhlükəsizliyə dair” və s. qaydaları qeyd etmək olar.

Radiasiya təhlükəsizliyinin təmin edilməsi, əhalinin sağlamlığının radioaktiv maddələr və digər ionlaşdırıcı şüalanmaların zərərli təsirindən qorunması istiqamətində öz səyini göstərən idarə “bölünən və radioaktiv materiallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi”, həmçinin “gömrük nəzarəti zamanı tətbiq olunan rentgen aparatlarının istismar və texniki təhlükəsizlik” qaydalarına dair təlimatlar ərsəyə gətirmiş və bu sahədə yerli gömrük orqanlarının əməkdaşlarına bilik və bacarıqlar aşılamışdır.

Radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnkişaf Etmiş Ölkələrin praktikasında istifadə edilən və bilavasitə Komitə rəhbərliyinin iştirakı ilə əldə edilən skanlaşdırma aparatlarının istifadəyə verilməsi yüklərin yoxlanılma etibarlılığını artırmış, gömrük nəzarətinin yüklənmə-boşalma əməliyyatlarına ehtiyac qalmadan və məsrəflər olmadan həyata keçirilməsinə zəmin yaratmış və nəticədə işin keyfiyyəti yüksəlmişdir.

Beynəlxalq konvensiyalara qoşulma zəminində "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" gömrük Konvensiyasının əhatəsi ön plana çəkilmiş, malların yol nəqliyyat vasitələrində, nəqliyyat vasitələri qatarında və konteynerlərdə aralıq yüklənməsi həyata keçirilmədən daşınması, onların idxal və ya ixrac rüsumlarının və yığımlarının ödənilməsindən və ya depozitə qoyulmasından azad edilməsi, yük daşımaları zamanı etibarlılığın təmin olunması kimi amillər nəzərə alınaraq, Konvensiyanın tələbləri ətraflı öyrənilmiş və ona üzv olma təşəbbüsü irəli sürülmüşdür.

12 mart 1996-cı il tarixli 33-IQ №li Azərbaycan Respublikasının Qanunu ilə Konvensiyaya qoşulduqdan sonra “Beynəlxalq Yük Daşımalarında yüklərə gömrük nəzarəti və BYD kitabçasının rəsmiləşdirilməsi” və “Azərbaycan Respublikasında BYD (Beynəlxalq Yük daşımaları) kitabçası tətbiq edilməklə daşıyıcıların beynəlxalq yük daşımalarına buraxılması” qaydaları hazırlanmış və qüvvəyə minmişdir.

Sonrakı illərdə Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin nümayəndəsi “BYD kitabçası tətbiq edilməklə yük daşımaları haqqında gömrük konvensiyası”nın İnzibati Komitəsinin sədr müavini, sonradan sədr vəzifəsində fəaliyyət göstərmişdir.

Mal və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin avtomatlaşdırılmış sisteminin (GRGNAS) yerli gömrük orqanlarında praktiki istifadəsi və tətbiq edilməsi məsələlərinin öyrənilməsi məqsədilə Komitənin sisteminə daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində yoxlamalar həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 15 sentyabr 2011-ci il tarixli 499 nömrəli Fərmanının icrası ilə bağlı hazırlanan digər qaydalar qismində “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş qaydalarının”, “Gömrük nəzarətindən keçməli olan malların yoxlanılmasının sürətləndirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları tərəfindən istifadə olunan texniki vasitələrin siyahısını və onlardan istifadə”, “Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla bağlı”, “İcazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alqı-satqısı ilə məşğul olan şəxslərin öz əməliyyatlarının uçotunu aparması”, “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələblərin müəyyən edilməsi”, “İdxal olunmuş malların kabotaj daşınması” qaydaları yer alır.
Gömrük nəzarətinin həyata keçirilməsi zamanı yoxlama baxış sistemləri və baxış-rentgen texnikalarından istifadə edilməklə gömrük sərhəd buraxılış məntəqələrindən keçən malların və nəqliyyat vasitələrinin qeyri-intruziv metodla yoxlanılması üçün bütün sərhəd gömrük orqanalrında Skanlaşdırma şöbələri yaradılmışdır.

Həmin şöbələrinin əməkdaşlarına avadanlıqlardan istifadəsinin optimallaşdırılması və sistemləşdırılməsi,idarəçilik prosesinin keyfiyyətinin artırılması, bilik səviyyələrinin artırılması məqsədilə mütəmadi qaydada beynəlxalq və milli səviyyədə kurslar və seminarlar təşkil edilmişdir.

Eyni zamanda qeyd edilən avadanlıqlara texniki qulluğun göstərilməsi və istifadəçilər tərəfindən texniki təhlükəsizliyə riayət edilməsi üzrə treninqlər həyata keçirilmişdir.

Nəticə olaraq külli miqdarda narkotik və psixotrop maddələr (bir tondan yuxarı), kimyəvi maddələr, ikili təyinatlı mallar, silah və sursatlar, siqaret məmulatları, habelə bəyan olunmayan mallar həmin şöbələrin əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada dövrədən çıxarılmışdır.

Beynəlxalq aləmdə hamılıqla qəbul edilmiş tövsiyələr və standartlara uyğun olaraq, əsas nəqliyyat dəhlizlərinin qovşağında yerləşən gömrük sərhəd buraxılış məntəqələrində yeni metodların, mexanizmlərin tətbiqi məqsədilə beynəlxalq institutların imkanlarından istifadə edilmişdir.

Belə ki, Avropa İttifaqının inteqrə edilmiş Sərhəd İdarəçiliyi üzrə Şərq Tərəfdaşlığı Paneli çərçivəsində sərhəd-keçid məntəqələrində dövlət nəzarətini həyata keçirən orqanlar arasında inteqrə edilmiş idarəçiliyin müasir standartlara uyğun tətbiqi və mövcud infrastrukturun beynəlxalq standartlar əsasında qurulmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Naziriyinin Gəlirlər Xidməti tərəfindən birgə hazırlanan “Sınıq Körpü/Qırmızı Körpü sərhəd keçid məntəqələrində müvafiq infrastrukturun həyata keçirilməsi” pilot layihəsi Avropa Komissiyasına təqdim olunmuşdur.

Cümşüd Nuriyev
Siyasi elmlər doktoru
Gömrük Komitəsinin sabiq sədr müavini

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV