• 14:30 – 32 ili pedaqoji xidmətlərə həsr edilmiş, şərəfli 60 il! 
  • 15:30 – KASKO BUTİK elektron sığorta platforması ictimaiyyətə təqdim edildi 
  • 21:30 – Millət vəkili:"Özünün 60,oğlunun 40 yaşı var" 
  • 17:00 – Quba-Qusar-Xaçmaz bölgəsinə səfər edən məktəblilər səfərlərini uğurla başa vurdular 
  • 15:30 – Bu zəhrimar Koroğlunu görməzdik... 
  • 14:00 – Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb. 
  • 23:59 – Serj Sarkisyan Putinlə görüşdə nədən danışacaq 
  • 17:30 – Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov İsrail Dövlətinin Azərbaycan Respublika- sındakı Fövqəladə və Səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. 

Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikov

  • Tarix: 14.11.2017, 13:00,
  • Bölmə: İdman / Ölkə
  • Baxılıb: 559
Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikov Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikov
Azərbaycan tarixən dünya səviyyəli idmançılar yetişdirməsiylə fəxr etmişdir. Keçmiş SSRİ dövründə də ittifaq və dünya səviyyəli idmançılar yetirən Odlar Yurdumuz, müstəqillik əldə etdikdən sonra da bu sahədə mühüm irəliləyişlərə nail olmuşdur.Sovetlər birliyi dağıldıqdan sonra idmanda müəyyən qədər durğunluq yaşansa da, müstəqillik illərinin ilk dövrdən başlayaraq, ölkəmiz artıq yeni bir dönəmə qədəm qoymuşdur.

İttifaq dövründən idmanın bir çox növlərində uğurlar əldə edən ölkəmiz, ağır atletikada da bir sıra nəticələrə imza atmışdır.

Bu sahədə bu gün də müəyyən nailiyyətlər əldə olunur və haqqında söhbət açacağımız idmançı da keçmiş ittifaq dövründən bu günə kimi karyerası nailiyyətlərlə dolu olan Asif Məlikovdur.

Bu yazımızda Asif müəllimin keçdiyi həyat yoluna nəzər salacaq, onun əldə etdiyi uğurlar barədə xronoloji ardıcıllıqla siz oxucularımızı da tanış edəcəyik.

Asif Məlikov 13 aprel 1971-ci ildə İsmayıllı rayonunda anadan olub. 1978-ci ildə İsmayıllı şəhər 3 saylı orta məktəbin 1-ci sinfinə gedib.

Artıq 3-cü sinifdə oxuyanda məktəbdə fəaliyyət göstərən sambo bölməsinə yazılır. 6 ay sonra rayon birinciliyinin qalibi, 1 il sonra isə “Məhsul” cəmiyyətinin keçirdiyi respublika birinciliyinin qalibi olub.

Bu müddət ərzində Asifin məşqlərinə, idman fizionomiyasına və nəhayət nəticələrinə kənardan diqqətlə fikir verən bir məşqçi olub.

Bu şəxs Asifin məşq elədiyi idman zalı ilə yanaşı olan ağır atletika bölməsinin məşqçisi, ADBTİ-ni bitirərək təyinatla İsmayıllıya gələn Nüsrət Abdullayev idi.

Nüsrət müəllim Asifi dəfələrlə ağır atletika idman növü ilə məşğul olmağa dəvət etmiş, lakin qəhrəmanımızı razı sala bilməmişdir.

Onun uzun sürən təkidi və Asifə “sən dünya çempionu olacaqsan, sənin bədən quruluşun ağır atletika idman növünə daha uyğun gəlir”, deməsi Asifdə bu idman növünə bir həvəs oyadır.

Ailə üzvlərilə də danışıqlardan sonra Asif 1982-ci ildən bu idman növündə məşqlərə başlayır.

Artıq 2 ildən sonra - 1984-cü ildə rayon çempionu olan Asif, həmin ildə Qax rayonunda keçirilən Azərbaycan birinciliyində də qalıb olub.

Eyni nəticəni 1985-ci ildə də göstərərək respublika birincisi olur.

1985-ci ildə məşqçisi N.Abdullayev ailə vəziyyəti ilə əlaqədar olaraq Sumqayıta köçməli olur. O, sevimli tələbəsinin valideynləri ilə də danışaraq özüylə Sumqayıta aparmaq istədiyini bildirir. Ailəsiylə razılıqdan sonra Asif 1986-cı ildə Sumqayıta gələrək politexnik texnikumuna qəbul olur.

1986-cı ildə gənclər arasında Azərbayncan çempionu olan Asif, gənclərdən ibarət yığma komandaya da dəvət edilir.

1986-cı ildə Rusiyanın Krosnodar şəhərində yeniyetmələr arasında SSRİ çempionu, 1987-ci ildə Aşqabadda keçirilən birincilikdə öncəku nəticəsini təkrarlayaraq, yenidən SSRİ çempionu olur.

1988-ci ildə SSRİ rekordlarını yeniləyərək SSRİ çempionu olan Asif, ittifaqın yığma komandasına dəvət edilir.

1989-cu ildə SSRİ yığma komandasının tərkibində Polşa, Kuba, Bolqarstan, QDR (indiki Almaniya) və Koreyada keçirilən bir çox beynəlxalq yarışların qalibi olur.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) qəbul olur.

1990-cı ildə yenidən SSRİ çempionu, eyni zamanda Bolqarıstan, Rumıniya,Yuqoslaviya və Finlandiyada keçirilən beynelxalq yarışların qalibi olur.

1991-ci ildə SSRİ-nin beynəlxalq dərəcəli idman ustası normasını yerinə yetirir.

Nəhayət, Asif Məlikovun çoxdan arzusunda olduğu gün gəlir. Belə ki, 1992-ci ildən müstəqil Azərbaycanımızın bayrağı altında yarışlarda iştirak etməyə başlayır.

Bayrağımız altında ilk dəfə yarışlarda İranda keçirilən Avrasiya kubokunun qalibi olur.

Elə həmin il Türkiyənin Antalya şəhərində keçirilən “Altın portağal” beynəlxalq turnirinin qalibi olur.

1993-cü ildə institutu bitirərək Mərkəzi Ordu İdman Klubuna (MOİK) hərbi ximətə çağırılır və həqiqi hərbi xidmətini başa vurur.

1994-cü ildə İstanbulda keçirilən dünya çempionatında uğurlu çıxış edir.

1995-ci ildə Xorvatiyada keçirilən Avropa Çempionatında 2-ci, 1996-cı ildə Norveçdə keçirilən Avropa çempionatında 3-cü yer tutaraq ABŞ-ın Atlanta şəhərində keçiriləcək XXVI Yay Olimpiya oyunlarına vəsiqə qazanır.

Azərbaycanın ağır atletika tarixində ilk olimpiya oyunlarının iştirakçısı olub.

1997-ci ildə Taylandın Çanq Mey şəhərində keçirilən dünya çemponatında 2-ci yerə çıxaraq müstəqil Azərbaycanımızın tarixində ilk dəfə dünya çempionatında medal qazanmış idmançı kimi Azərbayncanın idman tarixinə düşməyi bacarır.

1998-ci ildə Avropa Çempionu adını qazanan Asif, elə həmin il də ailə həyatı qurur.

1999-cu ildə İspaniyada keçirilən dünya çempionatında uğurlu çıxış edərək, 2000-ci ildə Avstarliyanın paytaxtı Sidney şəhərində keçiriləcək olimpiya oyunlarına vəsiqəni özünə təmin edir. Ancaq aldığı ağır zədələrə görə, bu mötəbər yarışda iştirak edə bilmir və 2 il yarışlardan kənarda qalır.

2003-cü ildə Kanadanın Vankuver şəhərində keçirilən dünya çempionatında uğurlu nəticə əldə edərək, respublikamıza lazımı xallar qazandırmağı bacarır.

2004-cü ildə Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa Çempionatında 3-cü yeri tutan Asif, bununla da Yunanıstanın paytaxtı Afina şəhərində keçiriləcək Yay Olimpiya oyunlarına vəsiqə qazanır və olimpiya oyunlarında layiqli iştirak edir.

2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilən I İslam Oyunlarında iştirak edir.

2006-cı ildə Dominikan Respublikasında keçirilən dünya çempionatında uğurlu çıxış edir.

Müəyyən səbəblərdən idmandan ayrı düşən Asif, 2009-cu ildə 3 illik fasilədən sonra Avstraliyanın Sidney şəhərində Usta İdmançıların Olimiya Oyunlarında 2-ci yerə layiq görülür.

2010-cu ildə Avstriyanın Linc şəhərində usta idmançılar arasında Avropa Çempionu olur.

2011-ci ildə Polşanın Çeonov, 2012-ci ildə Fransanın Bordo, 2014-cü ildə Ukraynanın Lvov şəhərlərində növbəti dünya çempionuluğunu yaşayır. Ağır atletika üzrə beynəlxalq dərəcəli hakimdir.

Qeyd edək ki, ittifaq vaxtı Asifin çıxış etdiyi çəki dərəcəsində əsas rəqibləri erməni idmançıları olub. Dəfələrlə SSRİ birinciliklərinin qalibi və onlardan üstün olmasına baxmayaraq, o vaxtların ideologiyasına sadiq qalan məşqçilər Asifin yerinə erməni idmançıları dünya və Avropa çempionatlarına aparırdılar. Qeyd olunan fakt da onu göstərir ki, idmançımıza qarşı məşqçi heyəti tərəfindən haqsızlıqlar olub.

2005-ci ildə Milli Aviasiya Akademiyasını, 2010-cu ildə isə Polis Akademiyasını qiyabi bitirib.
Hazırda daxili işlər orqanlarında çalışan Asif Məlikov polis mayordur.

1997-ci ildə ölkəmizdə “İlin idmançısı” olan Asif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Bakı şəhərində mənzillə mükafatlandırılıb.

Ulu öndər Heyder Əliyev və prezident İlham Əliyev tərəfindən dəfələrlə mükafatlara layiq görülüb.

Yuxarıda sadaladığmız titullarla dolu bir həyat yaşayan qəhrəmanımzın üç övladı var.

Böyük oğlu Emin Məlikzadə İqtisad Universitetinin menecment fakültəsində oxuyur. Kiçik oğlu Malik XI, qızı Xədicə isə VI sinif şagirdidir.

Bəli, bu qədər titullar qazanan, ölkəmizi dünyada layiqincə təmsil edən Asif Məlikov kimi oğullarımızla fəxr etməyə dəyər.

Asif müəllimə bundan sonrakı həyatında cansağlığı, yeni-yeni uğurlar arzulayırıq.

Dönməz Abbasov


Analoq.az
Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikov
Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikov
Ölkəmizi dünyada layiqincə təmsil edən idmançı - Asif Məlikovскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV