İntellektual oyun üzrə Kürdəmir rayon birinciliyinin qalibləri mükafatlandırılıb



Noyabrın 15-də rayonun Gənclər evində orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında V Azərbaycan çempionatının rayon birinciliyi keçirilib. Yarışda rayonun 12 orta ümumtəhsil məktəbinin komandası iştirak edib. Komandalar iki qrupa bolunərək yarışıblar, qruplarda I-III yerləri tutan komandalar isə final oyununda öz biliklərini nümayış etdiriblər. Gərgin mübarizə şəraitində keçən yarışda birinci yerə Atakişili kənd tam orta məktəbin “Aysberq” komandası, ikinci yerə Köhnəbazar kənd tam orta məktəbin “Araz” komandası, üçüncü yerə şəhər 2 saylı tam orta məktəb-liseyin “Zəfər” komandası layiq görülüblər.
Qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanla təltif olunublar. Həmin komandaların oyunçularından formalaşdırılacaq komanda rayonu noyabrın 17-də Göyçay şəhərində keçiriləcək zona birinciliyində təmsil edəcək.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi