Göyçayda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.



Noyabr ayının 1-də kənd təsərrüfatı işçilərinin peşə bayramı günü münasibətilə Göyçay Kənd Təsərrüfatı idarəsində tədbir təşkil olunub.Tədbirdə rayon icra hakimiyyətinin başçısı, müavinləri, aparatın şöbə müdirləri, rayonda kənd təsərrüfatı sahəsində çalışan fermerlər və ağsaqqalar iştirak ediblər.Əvvəlcə rayonda çalışan kənd təsərrüfatı işçiləri ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə kənd təsərrüfatı işçilərini peşə bayramı günü münasibətilə təbrik edib. Aqrar sahədə əldə olunan uğurlar barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı bu sahənin ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən daim diqqətdə saxlanılması və kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı verdiyi fərman və sərəncamları xüsusi qeyd edib.Tədbirdə çıxış edən digər natiqdər kənd təsərrüfatı işçilərini peşə bayramı günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulamaqla yanaşı ölkədə aqrar sahənin inkişafına göstərilən diqqət və qayğıya görə ölkə prezidenti İlham Əliyev cənablarına öz dərin minnətdarlıqlarını bildiriblər.
Yekunda kənd təsərrüfatı sahəsində çalışan bir qrup fəal şəxslərə rayon icra hakimiyyəti başçısının qiymətli hədiyyələri və təşəkkürnamələri təqdim olunub.

Analoq.az

Göyçayda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.
Göyçayda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd ediblər.скачать dle 10.6фильмы бесплатно


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi