• 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 
  • 08:30 – Qaraciyərin təmizlənməsi üsulları 
  • 22:30 – Qafqaz Masonluğu-Qafqaz Masonluğunun yeni mərhələsi 

210 saylı məktəbin şagirdləri 12 dekabr– ümummilli lider Heydər Əliyevin anım gününü belə qeyd etdilər

  • Tarix: 12.12.2017, 22:29,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5233
210 saylı məktəbin şagirdləri 12 dekabr– ümummilli lider Heydər Əliyevin anım gününü belə qeyd etdilər 210 saylı məktəbin şagirdləri 12 dekabr– ümummilli lider Heydər Əliyevin anım gününü belə qeyd etdilər Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olub.Bu böyük şəxsiyyətlər zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.

Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.

Ötən zaman kəsiyi göstərdi ki,ulu öndər Heydər Əliyevin həlledici bir məqamda respublikamızda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı…

Ulu öndər xalqının əsrlər boyunca uğurunda çarpışdığı ən ümdə haqqını reallığa çevirdi.Mənsub olduğu xalqı ən yüksək məqama – müstəqilliyə qovuşdurdu.Heydər Əliyev insanın Vətənin timsalına çevrilməsi dünyada nadir hadisələrdəndir… Məhz Heydər Əliyev də planetin bu əlçatmaz mərtəbəyə yüksələn tək-tək şəxsiyyətlərindən biri oldu.

Ümummilli liderimiz deyirdi ki,uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Uşaqlar hər bir insanın mənəviyyatıdır. Ona görə də dünyada, hər bir insanpərvər cəmiyyətdə uşaqlara daim xüsusi qayğı, xüsusi diqqət göstərilibdir. Uşaqlar daim qayğı altında olmalıdır, onları qorumaq, müdafiə etmək, böyütmək, insan cəmiyyətinin fəal iştirakçısı, fəal üzvü etmək lazımdır. Azərbaycanın prezidenti kimi mən bu gün bəyan edirəm ki, uşaqlara, körpələrə olan qayğı bütün qayğılardan üstündür.

Bu dəyərli fikirləri ona görə sitat gətirdik ki,uşaqlar da daim ümummilli liderə sevgi ilə yanaşıblar.Nizami rayonunda yerləşən 210-saylı məktəbin ibtidai sinif müəlliməsi Mahirə Nəsibova analoq.az-a bildirib ki,12 dekabr Heydər Əliyevin anım günü münasibətiylə "Böyük Rəhbər" mövzusunda ümummilli lider Heydər Əliyevə həsr olunmuş dərs olub.210 saylı məktəbin 3b sinif şagirdləri dərsdə ulu öndərin şəxsiyyəti,tükənməz və öyrənildikcə öyrəniləsi siyasi fəaliyyətini əks etdirən şeirlər səsləndiriblər.

Mahirə Nəsibova həmçinin qeyd edib ki,Heydər Əliyev bir dünyadı, ümmandı,Heydər Əliyev Azərbaycanın söykəndiyi dağdı. O dağınsa zirvəsi çox ucadır, ucadan da uca… Bu da danılmaz həqiqətdir ki, həmin uca zirvədən boylanan Günəşin – Heydər Əliyev dühasının tükənməz nuru Azərbaycanın müstəqilliyinin əbədiliyinə, millətimizin işıqlı sabahlarına daim işıq saçacaq.

Analoq.az





скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV