Bizi izləməyi unutmayın

Manşet / #Ölkə

Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar

16-01-2018, 11:09 | 3792 dəfə baxılıb.

Beynəlxalq ictimaiyyət öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan ötən dövr ərzində Azərbaycanın siyasi, iqtisadi və sosial həyatında mühüm və əsaslı dəyişikliklərin şahidinə çevrilmişdir. Keçmiş SSRİ-nin tənəzzülü ilə yaranmış xaotik vəziyyət artıq geridə qalmışdır. Azərbaycanda sosial-siyasi sabitlik hökm sürür və dinamik inkişaf sürətlə davam etdirilir. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində əldə edilən uğurların miqyası və əhatə dairəsi son illər daha da genişlənmişdir. Bu gün belə sürətli və dinamik inkişaf Naxçıvan Muxtar Respublikasında da uğurla reallaşdırılır. Blokadanın törətdiyi çətinliklərə baxmayaraq, böyük quruculuq proqramları reallaşdırılan muxtar respublikada bütün sahələrdə mühüm nailiyyətlər əldə edilir və dinamik inkişafın ardıcıl xarakter alması üçün məqsədyönlü tədbirlər həyata keçirilir.

Böyük şəxsiyyətlər yurdu – Naxçıvan dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Qardaş Türkiyəyə açılan yeganə qapı olan bu qədim diyarda aparılmış arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələri, duz mədənində aşkar edilmiş daş duz parçasının içərisində daşlaşmış balıq silueti, Gəmiqaya yazılı abidələri, dağ süxurlarının və torpaq qatlarının öyrənilməsi və digər tapıntılar bu məmləkətin ən qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. Bu diyarda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşmışdır. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında bununla bağlı demişdir ki, Naxçıvanda tarixi abidələr, dini abidələr, memarlıq abidələri, bütün toponimlər Azərbaycan xalqına məxsusdur və əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır. Naxçıvan Atabəylər, Eldəgizlər dövlətinin paytaxtı da olmuşdur və həmin faktlar bu türk məskəninin zəngin dövlətçilik tarixinin olduğunu təsdiqləyir. Naxçıvan həm də Azərbaycana böyük mütəfəkkirlər, elm, incəsənət, mədəniyyət xadimləri, siyasi xadimlər, böyük sərkərdələr bəxş etməsilə tanınır. İsmayıl xan, Kalbalı xan, Hüseyn xan, Cəmşid Naxçıvanskilər kimi hərbi xadimlər bəxş edən bu diyar Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Bəhruz Kəngərli, Məmməd Səid Ordubadi, Məmməd Araz, İslam Səfərli kimi simaların da doğma yurdudur.

Naxçıvan, eyni zamanda, böyük dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vətənidir. Görkəmli şəxsiyyət Heydər Əliyev burada doğulub böyüməsindən əlavə, 1990-93-cü illərdə Naxçıvanda yaşayıb – fəaliyyət göstərmiş, Azərbaycanın ümumi xilası və inkişafı barədə taleyüklü qərarları məhz burada qəbul etmişdi. 1990-cı ildə Naxçıvana qayıdan Heydər Əliyev burada naxçıvanlılarla birlikdə çox ağır və çətin şəraitdə yaşamış və işləmişdi. Ulu öndər həmin illərin mahiyyətini ayrıca vurğulayaraq, muxtar respublika sakinləri ilə görüşlərinin birində demişdir: “Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Azərbaycana rəhbərlik etdiyim zaman Naxçıvanda quruculuq işlərinin görülməsindəki fəaliyyətim də mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur”.

Həmin illər Naxçıvan üçün çox çətin, muxtar respublikanın gələcəyi üçün həlledici bir dövr idi. Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyi münasibətilə keçirilən təntənəli mərasimdəki çıxışında bu məqama toxunaraq xatırlatmışdı ki, Heydər Əliyevin nüfuzu, beynəlxalq təcrübəsi, iradəsi həmin illər Naxçıvanı qorudu. “Heç kəs üçün sirr deyil ki, Ermənistanın təcavüzü Naxçıvana da istiqamətlənmişdi. Onların planlarında buranın da işğalı var idi. Ermənilər Naxçıvana hücumlar etmişdilər. Amma naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında bütün bu hücumların qarşısını aldılar”, – deyən dövlət başçısı əlavə etmişdi ki, Naxçıvan yaşadı və burada sülh və əmin-amanlıq təmin olundu.

Bu gün Naxçıvanın inkişafı dinamik xarakter almışdır. Çətin vəziyyətdə, blokada şəraitində yaşamasına baxmayaraq, muxtar respublikada hərtərəfli inkişaf bütün sahələri əhatə edir. Yola saldığımız 2017-ci il də sosial-iqtisadi inkişaf baxımından muxtar respublika üçün əlamətdar olmuşdur. Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasındakı məruzəsində demişdir ki, 2017-ci ildə də muxtar respublikanın sosial-iqtisadi həyatında inkişaf təmin olunmuş, sosial infrastruktur və əhalinin həyat səviyyəsi daha da yaxşılaşdırılmışdır. Ali Məclisin sədri tərəqqi və inkişafın davamlı xarakter almasının ümummilli lider Heydər Əliyevin siyasi xəttinə sadiqliyin və ölkə Prezidentinin blokada şəraitində yaşayan muxtar respublikaya göstərdiyi diqqət və qayğının nəticəsi olduğunu xüsusilə vurğulamışdır. Onun sözlərinə görə, 2017-ci ilin nəticələri bundan əvvəlki dövrlərin göstəriciləri ilə müqayisədə xeyli artmış, daxili imkanlardan səmərəli istifadə hesabına yeni istehsal müəssisələrinin işə salınması iqtisadiyyatın çoxsahəli inkişafına, məşğulluq səviyyəsinin yüksəldilməsinə, yeni sosial layihələrin həyata keçirilməsinə imkan yaratmışdır.

Ümumiyyətlə, Naxçıvan inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənaye iqtisadiyyatın əsas sahələrindəndir. Kənd təsərrüfatı əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşmışdır. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilir. Torpaq islahatları başa çatdırılmış, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılmışdır. Muxtar respublikada əkinəyararlı torpaqların məhdud olması səbəbindən, kənd təsərrüfatının inkişafında intensiv amillərin roluna diqqət artırılmış, əl əməyini yüngülləşdirən, az vaxt ərzində daha çox iş görməyə imkan verən texnika və avadanlıqların gətirilməsi 2017-ci ildə də davam etdirilmişdir.

Ali Məclis sədrinin sözlərinə görə, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin istifadəyə verilməsi hesabına məşğulluq səviyyəsi artmış, yeni iş yerləri açılmışdır. İl ərzində muxtar respublika üzrə 1919 yeni iş yeri yaradılmışdır ki, bunun da 98 faizi daimi iş yerləridir. Səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsində 2016-cı il yanvarın 11-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da mühüm rol oynamışdır. Bu və digər faktlar göstərir ki, Naxçıvanda iqtisadiyyatın səmərəli strukturunun formalaşdırılması məqsədilə elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, son məhsul istehsalının artırılmasına, daxili bazarın əsasən yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potensialının gücləndirilməsinə iqtisadi stimul yaradılmışdır.

Muxtar respublikada sahibkarlıq fəaliyyətinə həmişə böyük diqqət yetirilir. Yəni gücə güc qatanlara hərtərəfli dəstək verilir. Belə ki, 2017-ci ildə də Naxçıvanda sahibkarlıq fəaliyyəti dəstəklənmiş və əlverişli biznes mühitinin yaradılması sahəsində tədbirlər həyata keçirilmişdir. Məhz belə siyasətin yürüdülməsi ötən il də muxtar respublikanın istehsal potensialının güclənməsinə səbəb olmuşdur. Dövlət proqramlarının icrası da infrastrukturun yenilənməsinə, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsinə, meliorativ tədbirlərin əhatə dairəsinin genişlənməsinə müsbət təsir göstərmişdir. Nəticədə biznes mühiti üçün imkanlar yaxşılaşmış, sahibkarlıq subyektlərinin sayı artmışdır. Qeyd etmək lazımdır ki, Naxçıvanda regionların sosial-iqtisadi inkişafına dair 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən iki Dövlət Proqramı yerinə yetirilmiş, hazırda isə 2014-2018-ci illəri əhatə edən Dövlət Proqramı uğurla icra olunur.

Ötən illər ərzində muxtar respublikanın inkişafını təmin etmək məqsədilə icrası uğurla başa çatan dövlət proqramları və hazırda icrası davam etdirilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, həmçinin “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı” ümumi tərəqqiyə təkan vermiş, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlamışdır.

2017-ci ildə də muxtar respublikada kənd təsərrüfatı əsas məşğulluq sahəsi kimi öz aktuallığını qoruyub saxlamışdır. Kənd təsərrüfatının inkişafı bir tərəfdən ərzaq təhlükəsizliyinin təmin edilməsini, emal müəssisələrinin fəaliyyətini şərtləndirirsə, digər tərəfdən kənd əhalisinin məşğulluğunun yüksəldilməsi, gəlirlərinin artması, rifah halının yaxşılaşdırılması üçün yeni imkanlar yaradır. Ona görə də, əvvəlki illərdə olduğu kimi, cari ildə də aqrar sahədə çalışanlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşdur.

Son illər muxtar respublikada Naxçıvanın tarixi və mədəniyyəti ilə bağlı çoxsaylı kitab nəşr edilmiş, bir-birindən əhəmiyyətli beynəlxalq simpoziumlar və elmi konfranslar keçirilmiş, 1200-dən çox yerli, ölkə və dünya əhəmiyyətli tarixi abidə öyrənilərək pasportlaşdırılmışdır. Azərbaycan memarlığında özünəməxsus yeri olan bu abidələr tarixdə Naxçıvan memarlıq məktəbinin nümunələri kimi yaşayır. Bu gün Naxçıvanda dünya memarlıq məktəbinin şah əsəri olan bu qiymətli tarixi tikililər qorunaraq və əsaslı bərpa olunaraq gələcək nəsillərə ötürülür.

Bu tarixi tikililərdən biri də xalqımızın mübarizlik və vətənpərvərlik əzmini özündə əks etdirən, əyilməzlik simvoluna çevrilən Əlincə qalasıdır. Qalada bərpa işləri başa çatdırılmış və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi yaradılmışdır. Bundan əlavə, Naxçıvan şəhərində yeni istirahət parkı, 2 nömrəli təqaüdçülər klubu, Babək rayonunun Nehrəm kəndində Heydər parkı, Sədərək rayonunda mədəniyyət evi istifadəyə verilmişdir. Naxçıvan şəhərində yeni məscidin, Şahbuz rayonunda mədəniyyət evinin tikintisi, Naxçıvan şəhərində İmamzadə kompleksinin, Şərur rayonunun Yengicə kəndində Şərq hamamının, Babək rayonunun Nehrəm kəndində İmamzadə tarixi abidəsinin, Kəngərli rayonunda Qarabağlar türbə kompleksinin bərpası davam etdirilir. Bundan başqa, ötən ilin iyul ayında “Naxçıvan türk-islam mədəniyyəti abidələri: tariximizdə və günümüzdə” mövzusunda keçirilən beynəlxalq konfrans tariximizin və abidələrimizin daha geniş miqyasda öyrənilməsi və təbliği baxımından mühüm əhəmiyyətə malik olmuşdur. Göründüyü kimi, muxtar respublikada milli dəyərlərimizin yaşadılması, tarixi-dini obyektlərin bərpası, qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də yüksək səviyyədə tədbirlər həyata keçirilir.

Bundan başqa, gənc nəslin təhsil alması üçün yaradılan şərait nəticəsiz qalmamış, 2017-ci ilin qəbul imtahanlarında iştirak edən abituriyentlərdən 1735-i ali, 629-u orta ixtisas məktəblərinin tələbəsi adını qazanmışdır. Qəbul imtahanlarının nəticələrinə əsasən 289 nəfər 500-dən yuxarı bal toplamışdır. Yüksək nəticə əldə edərək tələbə adını qazananlardan 3-ü Prezident təqaüdünə layiq görülmüşdür. Bir sözlə, muxtar respublikada təhsil davamlı və müasir tələblər səviyyəsində inkişaf etdirilir. Yeni məktəb binalarının istifadəyə verilməsi, müasir təlim-tərbiyə şəraitinin yaradılması tədrisin keyfiyyətini yüksəltmişdir. Bu gün muxtar respublikada şagird və tələbələrin daha keyfiyyətli təhsil ala bilmələri üçün çox ciddi tədbirlər görülür. Həyata keçirilən bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanda insan kapitalının daha da inkişaf etdirilməsi məqsədinə istiqamətlənib.

Muxtar respublikada müsbət meyillərlə səciyyələnən sosial-iqtisadi, mədəni-humanitar fəallığın əsasında hər bir vətəndaşın maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması və iqtisadi təhlükəsizliyin təminatı üçün aparılmış kompleks işlər dayanır. Belə ki, Naxçıvan ərazisində çox sayda tam orta məktəb binası istifadəyə verilmişdir. Naxçıvan Dövlət Universitetində yaradılmış yüksək şərait nəticəsində ali təhsil ocağının tələbələrinin sayı ilbəil artır. Bu gün bu ali məktəb 80-dən çox tanınmış dünya universiteti ilə tərəfdaşlıq etməklə yanaşı, bir sıra beynəlxalq layihələrdə də uğurla təmsil olunur. Qeyd etmək yerinə düşər ki, Naxçıvan Dövlət Universiteti Azərbaycanda elektron sənəd dövriyyəsinə və elektron idarəetmə sisteminə malik yeganə universitetdir.

Naxçıvanın çox böyük siyasi və strateji əhəmiyyəti vardır və bu baxımdan ordu quruculuğu xüsusi diqqət yetirilən sahələrdəndir. Son illər muxtar respublikanın hərbi təhlükəsizlik sistemini daha da gücləndirmək üçün tarixi əhəmiyyətə malik qərarlar qəbul olunmuş və lazımi addımlar atılmışdır.
Prezident İlham Əliyevin dediyi kimi, Naxçıvanın güclü olması Azərbaycanın güclü olması deməkdir. Bu gün muxtar respublika ərazisində yerləşən hərbi hissələrin maddi-texniki təminatı davamlı olaraq möhkəmləndirilir, ordumuz ən müasir silahlarla təchiz olunur, şəxsi heyətin döyüş qabiliyyəti, mənəvi-psixoloji hazırlığı artırılır. 2017-ci ilin ən əlamətdar hadisələrindən biri də müstəqillik günündə Naxçıvanda ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən hərbi parad olmuşdur. Həmin tədbir Azərbaycan Silahlı Qüvvələrinin muxtar respublikada yerləşən birləşmə və hissələrinin qüdrətinin daha bir nümayişi idi. Əlahiddə Ümumqoşun Ordusunun Yeni Təlim-Tədris Mərkəzinin istifadəyə verilməsi isə şəxsi heyətin hərbi biliklərinin artırılmasına, müasir texnologiyaların imkanlarından faydalanmaqla təlim hazırlıqlarının yüksək səviyyədə təşkilinə şərait yaradılmışdır.

Bu gün əminliklə demək olar ki, Naxçıvan Muxtar Respublikasının Əlahiddə Ümumqoşun Ordusunun strateji yüksəkliklərdə yerləşən hissə və bölmələri sərhədlərimizi etibarlı müdafiə edir və düşmənə layiqli cavab verməyə tam hazırdır. Naxçıvandakı ordu birliklərimizin yüksək döyüş qabiliyyətinə malik olduğunu Prezident İlham Əliyev belə qiymətləndirmişdir: “Naxçıvanın hərbi potensialı çox yüksək səviyyədədir. Naxçıvanın müdafiəsi üçün hər şey edilib və Naxçıvan özünü istənilən hücumlardan tam şəkildə müdafiə etməyə və eyni zamanda, istənilən hərbi vəzifəni icra etməyə qadirdir”.

Bir sözlə, böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malik Naxçıvanda sosial, iqtisadi və mədəni uğurların miqyası ildən-ilə genişlənir. Şübhəsiz, bu nailiyyətlər nəticə etibarilə Azərbaycanın milli maraqlarının təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin dediyi kimi, “Bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır. Məqsəd ondan ibarətdir ki, vətəndaşımız daha da yaxşı yaşasın”. Bu mənada əminliklə demək olar ki, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasının indən belə də möhtəşəm uğurlara imza atmasına imkan verəcəkdir.xalqqazeti.com

Bəxtiyar ƏSGƏROV,
Naxçıvan Muxtar Respublikasının Bakı Şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri



Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyar
Naxçıvan: İldən-ilə inkişaf edib müasirləşən ulu diyarскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#İqtisadiyyat

Prezident İlham Əliyev:"Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki,bizim xalqımız bu respublikanı yaradıb"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Siyasət

İtaliya Avropada Azərbaycanın ən böyük tərəfdaşıdır

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#İqtisadiyyat

Pekində “Azərbaycanın inkişaf yolu” kitabının təqdimatı keçirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının