Bizi izləməyi unutmayın

Manşet / #Ölkə

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

19-01-2018, 15:06 | 1632 dəfə baxılıb.

Yanvarın 19-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyində 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Daimi Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Anım tədbirində xalqımızın müstəqillik yolunda keçdiyi tarixə bir daha nəzər salınıb, bu qəhrəmanlıq salnaməsinin hər bir azərbaycanlının qəlbində əbədi həkk olunacağı, şəhidlərimizin xatirəsinin ürəklərdə daim yaşayacağı bildirilib.

Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov bu qanlı faciənin tarixi kökləri, onu doğuran səbəblər barədə ətraflı məlumat verərək bildirib ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet ittifaqının silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşüb.

Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldıqlarına görə bu hadisə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də bir qəhrəmanlıq səhifəsi kimi daxil olub.

Bəxtiyar Əsgərov vurğulayıb ki, Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra verilib, faciənin günahkarlarının adları açıqlanıb. Azərbaycanın informasiya blokadasına alındığı bir vaxtda ulu öndər Heydər Əliyevin heç nədən çəkinmədən Azərbaycan Respublikasının Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu açıq şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanıb.

Qeyd edilib ki, Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, Ulu Öndərin Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olunub. Şəhidlər Xiyabanındakı möhtəşəm abidə də məhz Ulu Öndərin təşəbbüsü ilə ucaldılıb.

Bəxtiyar Əsgərov bildirib ki, Azərbaycan xalqı 20 Yanvar qurbanlarının xatirəsini bu gün də əziz tutur. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev də daim tarixilik və müasirlik amilini əsas tutaraq milli mənəvi dəyərlərimizin, qan yaddaşımızın qorunub saxlanılmasına xüsusi diqqət yetirir.

Bu gün müstəqil Azərbaycan dövlətinin bütövlükdə tariximizə, mədəniyyətimizə, adət-ənənələrimizə həssas münasibəti, dövlət səviyyəsində milli mədəniyyətimizin və tariximizin bütün dünyada təbliğ olunması üçün həyata keçirilən fəaliyyətində olduğu kimi, respublikamızda da kədərli, faciəli tariximizin anılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir.

Nümayəndəliyin rəhbəri bildirib ki, 20 yanvar günü hər il olduğu kimi Naxçıvan Muxtar Respublikasında Ümumxalq Hüzn Günü kimi izdihamla insanların rayon və şəhərlərdə ucaldılmış və ziyarətgaha çevrilmiş 20 yanvar abidələrinin önündə toplanması ilə qeyd edilir.

“Bu barədə danışarkən, Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun bu sahədə gördüyü müqayisəsiz işləri, imzaladığı sərəncamları xüsusi qeyd etmək lazımdır.

Məhz Vasif Talıbovun həyata keçirdiyi uğurlu fəaliyyət nəticəsində Muxtar Respublikada Vətənə, torpağa, xalqa bağlılığı tərənnüm edən abidələrin ucaldılması və bu sahədə həyata keçirilən fəaliyyət proqramları gənc nəsillərdə gələcəyə ümid və etibar hissinin möhkəmlənməsinə və xalqımızda böyük gələcəyə inam düşüncəsini aşılamaqdadır”.

Bəxtiyar Əsgərov, həmçinin qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllinin mühüm vəzifələrdən biri kimi qarşıya qoyulması bir daha müdrik Prezidentimiz tərəfindən həyata keçirilən siyasətin nə qədər düşünülmüş, insanpərvərlik, vətənsevərlik prinsiplərinə paralel həyata keçirildiyindən xəbər verir. Bu gün hər kəs yaxşı bilir ki, şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir, onlara yüksək qayğı göstərilir.

Daha sonra əlaqələndirmə sektorunun böyük məsləhətçisi Ramazan Abbasov tədbir iştirakçılarına sözügedən faciə barədə tarixi faktları əks etdirən məruzə ilə çıxış edib. Xalqımızın qəhrəmanlıq tarixində xüsusi iz qoymuş 20 Yanvar həqiqətlərindən söz açıb.

O qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılıb: “Hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı məhz 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı.

O faciəvi gecədə Azərbaycan xalqı sınağa çəkildi. 20 Yanvar faciəsinin, eyni zamanda, həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunduğunu qeyd edib.
Tədbirdə çıxış edən nümayəndəliyin əlaqələndirmə sektorunun məsləhətçisi Nurlana Qəribova vurğulayıb ki, o qanlı gündən 28 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlarda silinməz iz buraxıblar.

Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Xalqımız üçün o illərin qaranlıq məqamları zaman keçdikcə aydınlaşıb, yüz illərdir ki, erməni hiyləgərliyi, xəyanəti nəticəsində xalqımıza qarşı törədilmiş amansızlıqlar gün üzünə çıxıb.

Qeyd olunub ki, 20 Yanvar faciəsi son dövr tariximizin qanlı hadisələrindən bir kimi həm də bu xalqın qan yaddaşında bir mübarizə, qürur günüdür. Ölkənin iqtisadi vəziyyətinin yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərir. Bu gün xalqımız 20 Yanvar hadisələrinin 28-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edirik. Bu qədirbilənlik həm də o deməkdir ki, az keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq.

Bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımları da zəmanət verir”.



Analoq.az
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıbскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Manşet / #Ölkə

Mərakeş Krallığının Azərbaycan Resublikasinda fövqəladə və səlahiyyəti Səfiri Naxçıvan Muxtar Respublikası daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərovla görüşüb.

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Ölkə

Türkiyə Konstitusiya Məhkəməsinin sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Siyasət

Xocalı soyqırımı qurbanlarının xatirəsi Cənub bölgəsində də ehtiramla yad edilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının