• 22:48 – Tarixi şəxsiyyətlər"in 42 -ci sayı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana həsr olunub. 
  • 15:42 – Bəxtiyar Əsgərov: “Bəzi saytlarda yer alan yazılar NMR-dəki inkişafı gözdən salmaq məqsədi daşıyır” 
  • 17:35 – Bakıda “QAZAXISTAN TƏHSİL SƏRGİSİ keçiriləcək 
  • 19:58 – "Ümidlə gəl"in növbəti buraxılışı 
  • 21:16 – Daimi nümayəndəlikdə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik və Heydər Əliyevin 95 illik yubileyləri qeyd edilib 
  • 20:45 – "Ümudlə gəl" ümidləri doğruldur 
  • 15:54 – Rəna Mirzəyeva “Sevgi limanı”nı təqdim edəcək 
  • 12:40 – Daimi nümayəndəliyin rəhbəri İsrail səfirini təbrik edib 

Qadın evinə çağırdığı oğlanın başına görün nə oyun açdı

Qadın evinə çağırdığı oğlanın başına görün nə oyun açdı
Yanvarın 25-də, axşam saatlarında DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə Yasamal rayonu ərazisindəki mənzillərdən birinin eyvanında bir nəfərin qışqıraraq kömək istəməsi barədə məlumat daxil olub.DİN-dən Xanim.az-a verilən məlumata görə, Hadisə yerinə dərhal rayon polis idarəsi 27-ci Polis Bölməsinin əməkdaşları cəlb olunub, müvafiq tədbirlər həyata keçirilib, mənzilin qapısı açılıb.

Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini M.Məmmədov olması, internet vasitəsilə tanış olduğu Maya adlı qadınla saat 21:00 radələrində birlikdə həmin evə gəldikləri, bundan təxminən 30 dəqiqə sonra mənzilə daxil olan üç maskalı şəxsin onun əllərini və ayaqlarını yapışqanlı lentlə stula bağlayaraq döydüyü, cibindəki 150 manatı və mobil telefonunu da götürərək, Maya ilə birlikdə mənzilin qapısını arxadan bağlayaraq getdikləri məlum olub.

Bundan sonra M.Məmmədov yapışqanlı lent sarğılarını açaraq eyvana çıxıb və ətrafdakıları köməyə çağırıb.

Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və quldurluğu törətməkdə şübhəli bilinən dörd nəfərin şəxsiyyəti qısa zamanda müəyyən edilib.

Görülmüş tədbirlərlə onlardan biri - paytaxt sakini Orxan Hüseynov "isti izlər"lə saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.

Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV