• 11:30 – Müğənni Samir Piriyev:"Ehtiyatlı olun" 
  • 19:00 – Rövşən Rzayev:"Əlimdən gələni edəcəyəm" 
  • 15:00 – Müxalifət lideri həbs edildi 
  • 22:30 – Aleksandr Duqin:" Putin Sərkisyanı ona görə dəstəkləyir ki" 
  • 20:00 – İlham Mirzəyev toylarda aparıcılıq edir 
  • 19:30 – 46 qızı zorlayan falçı SAXLANILDI 
  • 18:15 – Yeni hökumət təsdiqləndi: Ciddi dəyişikliklər - Sərəncam 
  • 15:30 – Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi 

Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"

Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
"O zamanlar “şair” imzası ilə yazırdım..."

Ömür karvanının yol aldığı illər, həyat yollarımıza cığırlar salır. Bu karvanın sürətindən şikayət edənlər də olur, onun axarı ilə dolanbac yolları keçərək mənzilinə çatmasından söz açanlar da….
Tanrının yazdığı bir qismət, ömür yoludur. Yola çıxanlardan tələsənlər də, tələsməyənlər də var.

Tanrı hökmünü verir insan isə ömürə yoldaş olan illəri yaşayır.Belə bir ərəfədə yəni, ömrün müdriklik cağında , 70 yaş ərəfəsində Analoq.az olaraq hörmətli ziyalı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, MİU-nin Nəqliyyat Kafedrasının müdiri Tağı Əhmıdovla görüşüb ondan müsahibə aldıq.Əvvəlcə Tağı müəllimin həyat yoluna nəzər yetirək:

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1976-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.

1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə isə tunel qurğuları xidmətinin rəisi işləmişdir.

1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir.

1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır.

“Fəxri Dəmiryolçu”, “Bakı Metropoliteni veteranı” döş nişanları, “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropoliteninin dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə “Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.

Evlidir, 2 övladı var.


-Tağı müəllim,sizinlə görüşümüz həyatınızın elə bir çağına təsadüf edir ki, bu günlərdə 70 yaş qapınızı döyəcləyir. Hansı hissləri keçirirsiniz?

Düşünürəm ki, “Bu yaşıma qədər hansı hissləri keçirmişəmsə, bu yaş dövründə də o hisslər ikeçirirəm”. Bu həyata gəlmisənsə yaşayaraq, hər gələn yaşı qəbul etməlisən. Vaxt, zaman da öz axarı ilə ötməlidir. Bu adi haldır, başqa cür baxmıram. Gəlib 70-ə çata bildiyim üçün Allahıma minnətdaram.

- Tağı müəllim, insanları kateqoriyalara ayırırlar. Daha çox xarakter nəzərə alınsa, siz özünüzü hansı kateqoriyaya aid hesab edirsiniz. Ağıla yoxsa hissllərə üstünlük verənlər qrupuna?

-Mən realist adamam. Düzünü desəm, bəlkə də anadan olandan, ağlım kəsəndən, məktəb illərindən hiss etmişəm ki, mən varam, yaşayıram və mütləq ki, cəmiyyətə, vətənimə fayda verməliyəm. Uşaqlıqdan keçən həyat təcrübəsi məni həmişə həyatda atdığım addımı fikirləşməyə vadar edib və kömək olub. Bu yəqin ki, iki faktordan aslıdır: Biri düşdüyün cəmiyyətdən, diğəri isə gendən irəli gəlir. Bu dəqiqdir, ayrı cür deyil.

-Cəmiyyətdə müəyyən mövqeniz olmasına baxmayaraq sizi, xalqımız həm də gözəl nəğmələrin müəllifi kimi də tanıyır.Yeri gəlmişkən, bu yaşa qədər poetik yaradıcılıqdan heç bir nümunəni belə nəşr etdirməyən Tağı Əhmədovun bu günlərdə “Gülüm, gözlə sən məni” adlı şeirlər kitabı işıq üzü görüb. Bununla bağlı nə zaman qərara gəldiniz?

Bilirsiniz, məncə şeir, nəğmə insanın özündən aslı halda yaranmır. Bir də görürsənki, elə bir andaca qələm, kağızın üzərindədir və artıq şer yazılıb. Kitabımın nəşrini indiyə qədər heç düşünmürdüm. Yoldaşlar, dostlar, ailə məni təkidlə kitabın nəşrinə həvəsləndirdilər.M əncə bu 70 yaşımın hədiyyəsi olacaq. Nə gizlədim, həvəsləndim və birdən- birə yubileyə qədər 4 kitab nəşr etdirdim.” Bir ömrün işığı” adlı kitab isə sırf şeirlərimdir.

İkinci 130 -150 səhifəlik kitabımsa mənim sözlərimə bəstələnən nəğmələrin toplusu olacaq. Üçüncü kitab isə həyatımdan bəhs edəcək. Amma mütləq ki, reallıqdan bəhs edən yazılar daxil olacaq. Yəni, tərifsiz.(Gülür) Bilirsiniz,insan yaşadığı ömrü boyu həmişə hamını razı sala bilməz.Həyatda mənfi şeylərdə olur.Ona görə də istəyirəm buna da bir yanaşma olsun. Necə deyərlər, özümə bir də insanların gözü ilə baxım.

Azərbaycan mətbuatına bu da bəllidir ki, mənim indiyə qədər Ulu öndər haqqında yazdığım məqalələr çoxdur. O yazıları da “Qürur doğuran illər” adlı kitabda nəşr etdirəcəyəm. Yəni, bunların hər biri məndən sonra qalacaq yadiğarlardır. Bunu özümdə artıq dərk elədim ki, lazımdır.

-Həyatda mövqeyindən, yaşından, vəzifəsindən asılı olmayaraq elə insan yoxdur ki, ömründə bircə dəfə də olsun, özünə hesabat verməsin. Bu, müsbət tərəfə də ola bilər, mənfi tərəfə də.

Məncə insanı özündən başqa heç kim dərindən tanıya bilməz. Hər kəs özünün mənfisini də, müsbətini də əla anlayır. Mən emossional adamam. Buna görə də özümə hesabatım, təhlilim də tez-tez olur. Nəyi, harada doğru və ya yalnış etdim. Bu yaxşı bir əlamətdir. Yeri gələndə nəticə də çıxarıram.

-Söhbətimizi bir qədər də ədəbi məqamlara kökləyək. Şeirlərinizi Sadiq imzası ilə yazırsınız. Demək olar bütün şeirlərinizi əzbərdən söyləyirsiniz. Ümumiyyətlə, poetik ruhunuz tez-tez hakim kəsilir?

Məncə hər bir şairin bilmədiyi, amma müəllifi olduğu şeir mütləq var. Axı yaddaşın da müəyyən həddə qədər möhkəmliyi ola bilir. Dediyiniz ilham pərisi o zaman gəlir ki, adam nədənsə təsirlənir. Bax o zaman şeir yaranır.

Şeir düzgün atılan addımdır. Yaxşı xatırlayıram, mən 2004 -cü il idi, Almaniya getmişdim. Elə oldu ki, orada tibbi yoxlanışdan keçməli oldum. Məlum oldu ki, səhhətim də bir qədər narahatlıq var, şəkərin ilkin əlamətləri baş qaldırır. İnanın, hər şeydən əvvəl ürəyimdən, beynimdən bu sətirlər keçdi:

Günlər ötür yavaş-yavaş, 
Öz gücümü axtarıram. 
Yaş üsdünə gəldikcə yaş, 
Sevincimi axtarıram.

Baş əyilir torpaq üstə, 
Əldə əsa, qulaq səsdə. 
Gəlib, keçir boyu bəstə, 
Gəncliyimi axtarıram.

Zor güc gəlsə dizlərimə, 
Tor yenərsə dizlərimə. 
Dil yanılsa sözlərimdə,
Düşüncəmi axtarıram. 

Gün üstünə gəldikcə gün, 
Hər gün üçün fəxr et, öyün. 
Qəlbim, yatma hələ döyün.
Öz incimi axtarıram. 

Sadiq, hanı can sirdaşın?
Çox bəlalar çəkib başın.
Dönən deyil cavan yaşın,
Dincliyimi axtarıram.



Müəyyən vaxt kecəndən sonra, bu şer nəğməyə çevrildi və uzun illərdi ki,Bəyim xanım da bu nəğməni gözəl oxuyur. O ki, qaldı Sadıq imzasına , məncə pis səslənmir ( gülür). Şeirləri Tağı Əhmədov imzası ilə yazsaydım, tanınardı.

Nəvələrimin birinin adını Sadiq digərinin adı da Tağıdır. Bəlkə onlar birləşib, gələcəkdə məni əvəz edə bildilər. Özümü qətiyyən şair hesab etmirəm.

O qədər professional söz adamaları var ki, onların yanında doğru olmaz. Amma onu da etiraf edim ki, şeir insan üçün hər şeydir.

Mən hələ Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım. Bu 1966cı ildə yazdığım şeirdir. Artıq ona mahnı da bəstələnib. Həmin mahnını Nuriyyə Hüseynova oxyur . Amma mahnının sözləri dəyişilib, şerin mətnində bir qədər fərqlidir:

İndi sən daha da gözəl olmusan,
Bütün şəhərlərin gözüsən, Bakı.
Gələn qonaqları heyran qoymusan,
Şairlərin şirin sözüsən, Bakı.

Səməd tərif etdi güllü yazını,
Ozanalr ucaltdı xoş avazını.
Alaraq əlinə telli sazını,
Dedi: Vətənimizin özüsən, Bakı.

Gözəl bir şəhərəsən, tərifin yoxdur,
Bol sərvətinin heç misli də yoxdur.
Sadiq deyər, düşmənlərə bir oxdur,
Şərq İpək yolunun izisən, Bakı.

O zamanlar “şair” imzası ilə yazırdım. Bunun da səbəbi vardı.65-ci illər idi.Elə fikirləşirdim ki, şerlərimdən xəbər tutanlar mənə lağ edəcəklər. O vaxtlar nə görürdümsə, həyatımda nələr baş verirdisə, şeirə çevrirdim. Bəzən elə hallar olurdu ki, az qalırdım danışanda da, şeirlə danışım.

Qələm adamlarından dostluq etdiklərim çox olub. Elə indinin özündə də bu dostluq bağlarımız davam edir.Onlardan məsləhət aldığım da olub, bəhrələndiyim də. Nəriman Həsənzadə ilə yaxın dostluğumuz var. Fevralın 18 də Nəriman müəllimin 87 yaşı tamam olur.Nəriman müəllim çox dahi şairdir.

Axı necə olar ki, mən də deyim şairəm, Nəriman müəllim də şairdir. Osman Sarıvəlli söhbətlərində deyirdi ki, vaxt keçəcək, Nizamilər, Füzulilər, Xətailər və şair deyəndə, o, və şairələr sırasında biz də gedəcəyik.( Gülür)

İndi, Nəriman müəllimin yanında, Allah rəhmət eləsin Zəlimxan Yaqubun yanında biz və şairələrin içində gedirik.

Bayaq dedim ki, mən əvvəllər təsirləndiyim, hər xırda şeydən ötrü belə şer yazıb, cızma -qara edirdim. Onların əksəriyyətini hələ heç oxuyan olmayıb.Bununla bağlı bir xatirə danışım sizə: Metroda işləyirəm, bəzi tikinti işləri üçün sement almalıydıq. Beləcə günlər keçir, get- gələ salırlar sementi vermirlər. Onda da bərk təsirləndim, əsəbiləşdim və hirsimi soyudacaq bir şer yazdım. Hərdən vaxt tapıb onları vərəqləyəndə, şirin xatirə kimi yad edirəm. Elə sizə də necə yazmışdımsa, elə də oxuyacağam.

Lənət!

Söz verdin, bir vaqon sement verəcəm,
Aldadıb vermədin, felinə lənət.
Bilmədin Sadiqə sən nə deyəsən,
Yalan topuq vuran dilinə lənət.

Qəpiyə, quruşa salma meylini,
Öyrətmə böhtana, şərə dilini.
Biabır eyləmə Azər elini,
And içib, verdiyin felinə lənət .

Aylarla uzandı verdiyin vədə,
Söz vermək deyildi belə çox sadə.
Çalış əymə, topla iradəni ,
Tahirə dediyim əfi ilandı,

-Tağı müəllim, görünüşcə çox zəhimli insansınız. Yəqin ki, bunu çox adamdan eşitmisiniz. ( Yarı zarafat, yarı cidii sözümü kəsərək:- “Sizdən bir neçə dəfə eşitmişəm , artıq qulağım alışıb”) Sanki adam çəkinər sizə ikinci dəfə söz deməyə . Amma bayaqdan bəzi şerlərinizi dinləyirəm, poeziyanızda özünüzə məxsus yumorunuz hiss olunur. Özünüzü necə insan hesab edirsiniz?.

Özümü bütün insanlar kimi insan hesab edirəm. Zəhimli deyirsiniz , necə deyirsiniz bilmirəm, məncə o görünüşümdədir. Allahın bəxş etdiyi görünüşdür. Təbiətcə mən kövrəyəm. Bu kövrəlik heç də yaşla əlaqədar deyil. Görünür belə doğulmuşam . Axı insanın xarakteri süd ilə gəlib, sümüklə çıxar deyirlər. El dili ilə desəm, hələ bir toyuq başı kəsməmişəm. Baxmayaraq özüm uzun müddət kənd təsərrüfatı işçisi olmuşam. Yəqin xatırlayanlar olar, bizim uşaqlıq illərimizdə indiki kimi elə də çox uşaq oyuncaqları olmazdı. Taxta parçasından nə düzəltdiksə onunla da oynayardıq. Bəzən üç-beş uşağa bir oyuncaq və ya topumuz olardı. Mənim də özümün uşaqlıqda düzəltdiyim raqatkam vardı. Onunla ağacdan bir quşu vurub, yerə saldım. Sonra gedib baxanda məni vahimə bürüdü. Necə vurmuşdumsa, quşun gözünü zədələmişdim.

Məktəbli idim və o gündən bəri bir dəfə də olsun ov ovlayıb, quş vurmamışam. Bu mənə ayrı cür təsir edir . Görürsünüz, deyirsiniz ki, zəhimli, sərt görünüşüm var. Maraqlı bir fakt danışım: Mən gənclik illərimdə sənədlərimi Tibb universitetinə verdim. Amma, sənədlərimi götürmədilər. Bunun texniki səbəbi var idi. Bir hərf yalnışlıqığı ucbatından sənədimdə hərf səhvi getmişdi.Və heç cür də bunu isbat edə bilmədim. Deməli, pasportumda yazılıb Məhəmməd oğlu, texnikom diplomumda Məmməd oğlu yazılıb.Hərbi biletimdə isə Mamed oğlu. Mən çox təəssuflər olsunki, beləcə sənəd qəbul edən adamı heç cürə başa sala bilmədim və mənim tibb təhsili almaq arzum reallaşmadı. Bu da ilahinin qismətidir. Bəlkə də elə yaxşı olub ki, sənədlərimi götürməyib çünki qəti həkim ola bilməzdim .

Həmişə haqlının tərəfində olmuşam . Haqqı nahaqa verməmişəm. İndiyə qədər də təsəvvürümə gətirə bilmirəm ki haqqı nahaqa verim. Allahın bizə buyurduğu övladın, valideyn üzünə ağ olmamasıdır. Siz bayaq özümə verdiyim hesabatdan xəbər aldınız, bəlkə də ən böyük xoşbəxtliyim valideynimin sözünü yerə salmamağım olub, onların üzünə ağ olmamışam. Hər nə deyiblərsə mən etmişəm və o söz qanun olub . Ümumiyyətlə, valideynin də, müəllimin də dediyi söz gərək qulaqda qala.

Söz vaxtına çəkər. 1963cü il də mən texnikomda oxuyurdum.Sovet vaxtı Xuruşovun rəhbərlik etdiyi dövrlər idi. Dolanışıq bir o qədər də yaxşı deyildi. İndiki kimi xatırlayıram, qışın sərt soyuq olan bir vaxtı idi. Yataqxanada qalırdım. Məcbur olurdum ki, yataqxanadan bizə verilən ədyallara bürünüb gedib oturub maqazinin qabaqındakı nə vaxt növbə mənə çatacaq , suyu sıxılmış çörək alıb, yeyıb dərsə gedəcəyəm. Allah qəni -qəni rəhmət eləsin Rauf Bektaşı adlı bir müəllimim vardı. Özü də müharibədə olmuşdu, sağ qoluda yox idi. Bir gün belə cörəyi alıb yeyib getdim dərsə. Soyuqdan çox donmuş vəziyyətdəyəm . (təsəvvür edin 13-15 yaşlarında gənc dərsə gəlib.) Evdən-eşikdən uzaq yerdəyəm. Girdim sinfə keçib yerimdə əyləşdim və bir kağız parçasına şeir yazdım. Uzun bir şeir idi amma cəmi iki bəndi yadımda qalıb: 

Aldığımız qara çörək,
hər gün bizə vurur külək,
Lap olmuşuq hacıleylək ,
sağ ol səni kommunizm.

Biz dedik ki, addım ataq
irəli dəmədik ki,  sən yüz ilə gələli,
Dəysin qoy başına quran əlləri,
Gəlmə, istəmirik səni, kommunizm.

Sən demə Rauf müəllim dərs danışa –danışa sıralardan keçib, baxır mənə yazdığımı da oxuyur. Mən isə bunu hiss etmirəm. Zəng vuruldu, uşaqlar sinifdən çıxdı.Müəllim məni saxlayıb dedi ki, oğul, nəsilliklə sizi elə sürgün edərlərki heç izin- tozun da tapılmaz. Get o şeiri cır, at, tulla. Dediyim kimi, həmişə məsləhətə qulaq asan olmuşam . Bunların hamısı yaşadığım həyatdır. 

- Ziyalı cəmiyyətin mənəvi və intellektual axınına qoşulub getməlidir. Bu mənada böyük filosoflar həyata müxtəlif fikirlərlə yanaşıblar. Beləcə həyat fəlsəfəsi yaranıb. Amma heç şübhəsiz ki, hər insanın həyatda yaxşı mənada dərsi var və bu da onun həyatdan öyrəndikləridir. Həyat sizin üçün nədən, nələrdən ibarətdir?


Bayaq dediyim kimi hər bir insanın həyatının enişi də, yoxuşu da olub. Amma "həyat yanımdan ötdü" deməmişəm və heç vaxt da deməyəcəyəm. Mən zamanın dəyərini bilən adamam. Vaxtı boş öldürmək olmaz. Allahın verdiyi qismətdir. Və mən ömrüm boyu Ulu Öndərə duaçı olacağam. O şəxsiyyət mənim idealımdır. 1998 –ci ildə Ulu Öndər məni metroya rəis təyin edəndə, mən bu insanın dahi olduğunu gördüm. Zəhmi, intellekti, bütün sahələri əhatə edən bilikləri məni heyran etdi və elə deyərdim ki, o andanca mən idealımı tapdım. Heydər Əliyev mənə bir sıra tapşırıqlar verdi və tövsiyyələrini bildirdi. Heydər Əliyevin nəqliyyat sahəsində gördüyü işlər o qədər yüksək səviyyədərdi ki, onlar haqqında danışmaqla bitməz. Bunu hətta Nikolay Seminoy da təsdiqləyib. O, peşəkar bir nəqliyyatçı idi. Amma Heydər Əliyevin nəqliyyata dair gördüyü işlərdən sonra o özü etifar etdi ki, mən nəqliyyat sahəsində hələ heç nə etməmişəm.

İndiki kimi xatirimdədir: Bir dəfə Moskvaya kurs keçməyə getmişdim. Bizə dərs deyən bir müəllim vardı polkovnik idi. O danışırdı ki, bir tədbirə dəvət olunduq və orada Çazov da iştirak edirdi. O deyirdi ki, Heydər Əliyev orada, həmin tədbirdə çıxış etməli idi. Zalda dərin bir səssizlik var idi. Əliyev tibb haqqında çıxış etməli idi. Hamı heyrətlə dinləyirdi. Heydər Əliyevin çıxışı oldu və sözünü bitirəndən sonra Çazov dediki, mən sanki böyük bir elmin açarını qazandım. Heydər Əliyev hər şeyi bilirdi. Hansı elm sahəsindən desən onun məlumatı vardı. Heydər Əliyev həqiqətən bütün elmlərin açarıdır.


Doğurdan da 70 il tariximizi necə də saxtalaşdırmışdılar. Kirovun heykəlin gətrib qoymuşdular şəhərin mərkəzi parkında və oranı Kirov parkı adlandırmışdılar. Amma baxmayaraq ki, orada 1918ci ildə Çənbərəkənd qəbirstanlığında bizim əsl ölülərimizi , İsmaliyyə binasında olan insanları yandırıb dəfn eləmişdilər. Bu tariximizi silmək idi . Bizə də deyirdilər ki, üsdündə gəzin.


Dünyada xalqlar çoxdu. Bunların içində müstəqil olmayanlar da var. Onlar öz sözünü deyə bilmir. Biz 300 il əsarətdə olmuşuq. Onun 70 -ilini SSRİ əsarətində qalmışıq. Amma indi 27-ildi müstəqilik və bu Ulu Öndərin xidmətidir.

Bu müstəqillik bizə hər şey verir. Bunun lideri Heydər Əliyev olub.1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi bəlkə də azərbaycan xalqı silinə bilərdi. 1920-ci il hadisələri təkrar başımıza gələ bilərdi. Heydər Əliyevin nüfuzu, şöhrəti uzaqgörən siyasəti nəticəsində Azərbaycan bü gün bu zirvəyə gəlib çatdı. Heydər Əliyev 2003-cü il 2 oktyabrda xalqa müraciət etdi: "Əgər siz, İlham Əliyevi prezident seçsəniz o mənim bütün strageyalarımı yerinə yetirəcək və hər bir Azərbaycanlının prezidenti olacaq".

Doğurdan da artıq 15-ci ilə qədəm qoyuruq ki, İlham Əliyev prezidentdir. Lukaşenka deyir ki, mən bütün prezidentlərin idarəçiliyini bəyənirəm . Amma İlham Əliyev onlardan üstündür. Siyasi gedişinə, intelektual səviyyəsinə eləcə də diplomatik bilgisinə görə İlham Əliyev əsl prezidentdir. Bu, bizim xoşbəxtliyimizdir.

İlham Əliyev artıq bü gün Azərbaycanı yüksək zirvələrə gətirib çıxardı. Azərbaycan zirvəyə doğru gedir. Bu zirvəyə kim aparır? Heydər Əliyev və onun davamçısı. İnanıram ki, 2018-ci ildə İlham Əliyevi yenidən prezident kursüsündə görəcəyik. Bu dəfə 5 ilə yox, 7 ilə.

-Keçmişdə qalan xatirələrimiz, gələcəklə bağlı olan ümidlərimiz, arzularımız var. Belə olanda deyirlər ki, insan keçmişilə gələcəyin arasında yaşayır. Və ümmansız arzuların əsiri də ola bilir, reallığın da önünüdə dayanır. Siz bu haqda nə düşünürsünüz?

Hər kəsin köksündə vuran ürəkdir. Düşünürəm ki, millət, xalq olaraq qəlbimiz də, ruhumuzda Qarabağın işğaldan azad olacağı gün üçün vurur. Arzulardan sual verdiniz,çox istərdim ki,Qarabağın işğaldan azad olduğu vaxt mən də o yerlərin abadlaşmasında, bir kəndinin, Qarabağ elindən məcburi köçkünlər üçün tikiləcək evlərin inşaasında yaxından iştirak edim. Bu, mənim ən böyük və müqəddəs arzumdur.

Sonda daha bir şeir istəyək sizdən.


Bir şeirim var onu söyləyəcəyəm. Bu şeirə mahnı da bəstələnib .Güllü Muradova oxuyur. Zamiq Əliyevin bəstəsidir.

Yoxsan yanımda.

Deyirdin ölüncə bir olacayıq.
Təmiz məhəbbətə pil olacayıq,
Sevgi dünyasından nur alacayıq.
Söylə, indi niyə yoxsan yanımda?

Deyirdin- ömürlük səninləyəm mən,
Ölüm də ayırmaz bir-birimizdən.
Əhdinə, andına dönüksən nədən,
Söylə, indi niyə yoxsan yanımda?

Sevgi gülşənində tər çiçək idin,
Arzuydun, istək idin, saf dilək idin,
Sinəmdə döyünən bir ürək idin,
Söylə, indi niyə yoxsan yanımda?

Bilməzdim oynarsan qəlb oyununu,
Kiçiltdin gözümdə çinar boyunu.
Sevən ürəklərin vəfası bumu?-
Söylə, indi niyə yoxsan yanımda?

Aradan nə keçdi, soyudun niyə?
Ülvi sevgimizi verdin küləyə.
Sadiqin ümidi qalıb diləyə,
Şad ollam həmişə olsan yanımda.
Söylə, indi niyə yoxsan yanımda?



Çox vaxt hər birimiz həyatda rastlaşdığımız, qarşılaşdığımız insanlar haqqında ilkin rəy formalaşdırırıq. Əvvəlcə onun xarici görkəmi tanışlığımıza bir körpü atırsa, daha sonra daxili aləmi öz sözünü söyləyir.

Deyəsən biz də müsahibə zamanı Tağı Əhmədovu yaradıcı ab-havaya kökləyə bilmişdik. Bilmirəm suallarım Tağı müəllimi nə qədər qane elədi.

Bəlkə başqa suallara,onun şeirlərinin mahiyyətinə vara biləcək suallara daha çox üstünlük verməliydik. Amma söylədikləri, dedikləri dərin mətləblər üstəydi. Təki sağlıq olsun, Tağı müəllim. Neçə-neçə onilliklər diləyilə, 70 yaşınıza mübarək deyirik.

Analoq.az


Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
Tağı Əhmədov: "Bakını görməmişdim, amma Bakı üçün şeir yazmışdım"
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV