• 14:45 – Kənd Təssərrüfatı Nazirliyinin əməkdaşı bazarda vətəndaşa hədə-qorxu gəldi-Ona bu səlahiyyəti kim verib-Videoda izlə 
  • 23:56 – Araz Əlizadənin atası 75-ci ildə Əbülfəz Elçibəyin üzünə durub - Tanınmış şairdən açıqlama 
  • 19:43 – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin xəstəxanadakı fotosu yayıldı 
  • 17:44 – "Fidan” MTK sakinlərə göz verir işıq vermir-Sakinlərin etirazı hələ də cavabsızdır 
  • 15:30 – Vahid Əhmədov:"Energetika Nazirliyi nə ilə məşğul olur? 
  • 13:59 – Xeyrəddin Qoca :"Araz Əlizadənin Milli Məclisdə oturması Paşinyanın Xankəndinə getməsi kimi bir təxribatdır” 
  • 10:46 – Kökdən düşən Ələsgərin sazı və ya falçının sazla meydan sulaması 
  • 02:22 – 1 yaşlı Kamalın yaşaması üçün kömək edək – Təcili ilik köçürülməlidir 

Vəkildən açıqlama: “Cinayət tərkibi var...”

  • Tarix: 06.02.2018, 21:23,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5533
Vəkildən açıqlama: “Cinayət tərkibi var...” Vəkildən açıqlama: “Cinayət tərkibi var...”
220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyevin öz iş otağında aktyor Rza Rzayevlə aralarında olan mübahisənin video-görüntüsünü yayaraq ictimailəşdirməsi məsuliyyət yaradır.Bunu AzNews.az-a açıqlamasında vəkil Adəm Məmmədov məktəb direktoru ilə aktyor Rza Rzayev arasında olan mübahisənin qanuni tərəfini şərh edərkən deyib. Vəkilin sözlərinə görə, vətəndaşın icazəsi olmadan onun çəkilişini aparmaq və görüntülərini yaymaq cinayətdir:
“Rza Rzayev bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edə bilər. Yəni onun icazəsi olmadan direktor çəkiliş aparıb və üstəlik, onu ictimailəşdirib. Bu məsələdə direktor məsuliyyət daşıyır. Tural Mirzəliyev Təhsil Nazirliyi tərəfindən intizam məsuliyyətinə cəlb edilə və tutduğu vəzifədən xaric oluna bilər. Direktor özünə bir o qədər də arxayın olmasın, qanun - qanundur”.

Adəm Məmmədov qeyd edib ki, Rza Rzayevin videoçəkilişi ilə onun altında yazılan ifadələr arasında çox ciddi fərq var:

“Rza Rzayevin əməlində cinayət tərkibi yoxdur. Hüquq-mühafizə orqanlarına müraciət olunsa belə, Rza Rzayevin niyyəti orada xuliqanlıq etmək və ya məktəbin normal fəaliyyətini pozmaq olmayıb. Motiv bəllidir: Rza Rzayevin yaxın qohumu həmin məktəbdə müəllimə işləyir, direktorla onun arasında anlaşılmazlıq var. Belə olan halda, Rza Rzayevin əməlində nə cinayət tərkibi, nə də inzibati məsuliyyət yoxdur. Direktor bu haqda qəti fikirləşməsin. O, sadəcə özünü ictimai qınaqdan qurtarmaq üçün bu addımı atıb”.

Qeyd edək ki, aktyor Rza Rzayevlə 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəliyev arasında mübahisə yaranıb. Tural Mirzəliyev özünün haqlı olduğunu sübuta yetirmək üçün həmin mübahisənin video-görüntüsünü aktyorun icazəsi olmadan yayıb. Daha sonra o, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edildiyini deyib.Bahar RÜSTƏMLİ
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV