• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 illiyi Bakıda qeyd edilib

  • Tarix: 09.02.2018, 11:54,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5123
Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 illiyi Bakıda qeyd edilib Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 illiyi Bakıda qeyd edilib Fevralın 9-da Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Naxçıvan Muxtar Respublikasının yaradılmasının 94 illiyi münasibətilə tədbir keçirilib.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının çox mürəkkəb tarixi inkişaf yolu keçməsindən, 1924-cü il fevralın 9-da Azərbaycanın dövlətçilik tarixində baş vermiş mühüm tarixi hadisədən - Naxçıvan Muxtar Respublikasının yaranmasından danışıb. Bəxtiyar Əsgərov qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının yerləşdiyi ərazi tarix boyu özünün daha çox strateji və siyasi əhəmiyyəti ilə diqqəti cəlb edib. Hələ qədim dövrlərdən bəri bu diyarı “Şərqin qapısı” adlandırırdılar.

Naxçıvan bu gün də Şərqin qapısıdır və onun muxtariyyət qazanması regional önəmə malik siyasi hadisə olmaqla yanaşı, mühüm strateji əhəmiyyət kəsb edən bu diyarın Azərbaycanın tərkibində qalmasına əsas yaradıb.

Yəni muxtariyyət həm də ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması baxımından vacib amil kimi qiymətləndirilib. Bəxtiyar Əsgərov bildirib ki, muxtariyyət məsələsinin siyasi gündəmdə yer almasının əsas səbəbi isə 1920-ci il dekabrın 2-də Rusiya və Ermənistan arasında hərbi-siyasi sazişin imzalanması olub. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzur Ermənistana verilib və beləliklə, Naxçıvan məqsədli şəkildə, qəsdən Azərbaycanın əsas ərazisindən ayrı salınıb.

Bu, Naxçıvanın muxtariyyət məsələsini zərurətə çevirib. Bu zərurət, ilk növbədə, Azərbaycan ərazisinin, suverenliyimizin qorunmasının vacibliyindən irəli gəlib.

Qeyd edilib ki, bugünkü inkişafın təməli isə ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə ona görə ki, Naxçıvan tarix boyu qoynunda yetişdirdiyi böyük şəxsiyyətlərlə yanaşı, həm də Azərbaycan xalqına böyük dahi şəxsiyyət, xilaskar ulu öndər Heydər Əliyevi bəxş edib.

Ulu öndər Heydər Əliyevin 1990-cı il iyulun 22-də Moskvadan Azərbaycana-Naxçıvana gəlişi zamanı muxtar respublika ağır mühasirədə, hərbi təcavüz təhlükəsi ilə üz-üzə idi. Onun gəlişi ab-havanı tamamilə dəyişdi.

Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü mühüm tarixi hadisələrlə yadda qalıb. Ümummilli Liderin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə, eləcə də SSRİ kimi nəhəng bir ittifaqın rəhbərlərindən biri olduğu vaxtda daim Naxçıvanın hərtərəfli tərəqqisi, muxtariyyət statusunun qorunub saxlanılması və daha da möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirib.

Zaman keçdikcə, bu nailiyyətlər daha da artıb. Çünki Ümummilli Liderimizin layiqli davamçısı, müstəqil Azərbaycanın sevilən rəhbəri İlham Əliyev Heydər Əliyev kursunu ləyaqətlə davam və inkişaf etdirir. Prezident İlham Əliyev muxtar respublikanın 80 illik yubileyinin keçirilməsi ilə bağlı 2004-cü ilin 9 fevralında Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2009-cu il 6 fevral tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının 85 illik yubileyi ölkəmizdə geniş qeyd edilib.

Naxçıvanın müasir intibahı dövründə muxtariyyətin təntənə ilə qeyd olunması və əldə edilmiş bütün nailiyyətlər məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidentinin 2014-cü il yanvarın 14-də imzaladığı Sərəncamla Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkəmizdə, eləcə də onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub.

Bəxtiyar Əsgərov bildirib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilmiş 6-cı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. 2018-ci il fevral ayının 2-də isə Naxçıvan şəhəri “Gənclər Paytaxtı” seçilib və Bakı şəhərində keçirilmiş təntənəli mərasimdə paytaxtın simvolik açarı Naxçıvan gənclərinə təhvil verilib.

Eyni zamanda, bu il Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqı nümayəndəliyinin dəstəyi ilə “Avropa Günləri”nin keçiriləcəyi və bu çərçivədə muxtar respublikada bir çox tədbirlərin baş tutacağı qeyd olunub.

Bəxtiyar Əsgərov bildirib ki, Heydər Əliyev idarəçilik məktəbinin və siyasi kursunun ən layiqli davamçılarından biri Vasif Talıbov 1995-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildikdən sonra muxtar respublika yeni inkişaf mərhələsinə qədəm qoyub, inkişafın bugünkü səviyyəsinə yüksəlib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun təşəbbüskarlığı, təşkilatçılığı və idarəetmə qabiliyyəti Naxçıvanda iqtisadiyyatın dirçəlməsinə, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına xüsusi xidmət edib, yeni iş yerləri yaradılıb, sərhədlərin etibarlı təhlükəsizliyi təmin edilib. Naxçıvan Muxtar Respublikasında irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri genişlənib, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğının yeni mərhələsi başlanıb, səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsinə diqqət artırılıb.

Bir sözlə, Naxçıvan Muxtar Respublikası heç vaxt indiki qədər abad, güclü, hərtərəfli inkişafa nail olmayıb. Blokada şəraitində – iqtisadi və nəqliyyat əlaqələrinin məhdud olduğu dövrdə yüksək iqtisadi fəallığa nail olunması, istehsal potensialının hərəkətə gətirilməsi, davamlı quruculuq işləri, sosial problemlərin həlli və ən əsası əhalinin güzəranının yaxşılaşdırılması inkişafın Naxçıvan modelinin xarakterik xüsusiyyətlərindəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun Heydər Əliyev xəttini daha prinsipiallıqla, vətən sevgisi ilə həyata keçirməsi əldə olunan müvəffəqiyyətlərin əsas rəhnidir. Bu gün Naxçıvan muxtariyyət tarixinin ən şanlı və əlamətdar dövrünü yaşayır. Hər il olduğu kimi, bu il də muxtariyyətin əldə olunmasının 94-cü ildönümü münasibətilə bir sıra tədbirlərin həyata keçirilməsi, yeni materiallarla zəngin kitabların nəşr edilməsi və müxtəlif mədəni-kütləvi proqramların hazırlanması və s. nəzərdə tutulub, tarixi yaddaşımızın yada salınması, Naxçıvan muxtariyyətinin zəruriliyi və müstəqillik dövrü inkişafının əsas göstəriciləri ilə bağlı bir çox işlərin görüləcəyi də tədbirdə vurğulanıb.

Tədbirdə ulu öndər Heydər Əliyevin qoruyub saxladığı Naxçıvan Muxtariyyətinin əhəmiyyəti barədə geniş məlumat verilib, bundan sonra da Naxçıvan Muxtar Respublikasının həyata keçiriləcək inkişaf xəttinə sədaqətlə xidmət edəcəyi qətiyyətlə bildirilib.

Sonda Bəxtiyar Əsgərov 2018-ci il aprelin 11-də Azərbaycanda keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Heydər Əliyev yolunun ləyaqətli davamçısı, dünya şöhrətli siyasətçi İlham Əliyevin yenidən qələbə qazanacağına qəti şəkildə şübhə olmadığını ifadə edib. Nümayəndəliyin rəhbəri Azərbaycan xalqının, dövlətinin maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyevin hələ daha böyük, əlçatmaz uğurlara imza atacağına, Azərbaycanımızın ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə, xalqımızın rifahının daha da yüksələcəyinə tükənməz inam ifadə edib.

Analoq.azскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV