• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür

  • Tarix: 10.02.2018, 10:50,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5185
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
Bakı Şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür. Analoq.az adından Bəxtiyar müəllimi təbrik edir,ona işlərində uğurlar arzu edirik.

Əsgərov Bəxtiyar Hüseynalı oğlu 1981-cı ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Göydərə kəndində anadan olmuşdur.2002-ci ildə Bakı Dövlət Universiteti filologiya fakültəsinin bakalavr, 2004-cü ildə isə magistratura təhsil pillələrini fərqlənmə diplomları ilə bitirmişdir.

2001-2005-ci illərdə Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini işləmiş, 2004- 2007-ci illərdə Bakı Dövlət Universitetində aspirantura təhsili almışdır.

2004-cü ildən Bakı Dövlət Universitetinin müəllimi vəzifəsində çalışır.

2010-cü ildə "M.S.Ordubadinin dramaturgiyası" mövzusunda dissertasiya işini uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

2012-ci ildən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin doktorantı kimi “XX əsr Azərbaycan tarixi romanlarında gərçəklik və təxəyyülün sintezi” adlı filologiya elmləri doktoru dissertasiya işini uğurla tamamlamışdır.

2005-2011-ci illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini(Respublika üzrə) vəzifəsinə secilmiş, bu vəzifəni böyük Heydər Əliyev ideyaları və partiya prinsiplərinə müvafiq olaraq ləyaqətlə icra etmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səlahiyyətli nümayəndəsi, respublika üzrə kecirilmiş Azərbaycan Respublikası Konstitusiyasına dəyişikliklərlə bağlı referendumda vəkil kimi fəaliyyət göstərmişdir.

28 fevral 2014-cü ildən Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinə rəhbərlik edir.

2002-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

5 kitab, eləcə də 2 monoqrafiya, bir çox nüfuzlu jurnal və qəzetlərdə çap edilmiş, 50-dək elmi və 100-dən çox siyasi-publisistik məqalələrin müəllifidir.

İngilis,rus və türk dillərini bilir.

Analoq.az
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin Rəhbəri Bəxtiyar Əsgərovun doğum günüdür
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV