• 19:13 – Bütün Türkiyə bu çay stəkanından danışır-Xəbərin ardını oxu 
  • 14:40 – Etibar Məmmədov İsa Qəmbərin istefa ərizəsini görün necə təqdim edib 
  • 13:22 – Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində “Qurtuluş - 25 ” adlı tədbir keçirilib 
  • 13:06 – Gülnar Səmanın xaricdə monoqrafiyası çap olundu 
  • 18:56 – Məhəmmədin Məhəmmədi... 
  • 21:02 – SDU-da “Açıq qapı” günü keçirildi 
  • 13:25 – HÜSEYN CAVİDİN «ANA» ƏSƏRİNİN SƏHNƏ TƏCƏSSÜMÜ 
  • 23:58 – Qazax rayonunun inkişafı kimləri narahat edir və ya rayonun başçısı Rəcəb Babaşova qarşı qərəzli yazıları kim təşkil edir 

Aşıq Ələsgərin yaşının azaldılmasına Aşıqlar Birliyinin sədrindən sərt reaksiya

Aşıq Ələsgərin yaşının azaldılmasına Aşıqlar Birliyinin sədrindən sərt reaksiya Aşıq Ələsgərin yaşının azaldılmasına Aşıqlar Birliyinin sədrindən sərt reaksiya
Analoq.az xəbər verir ki,Ermənistan Milli Arxivinə istinadən ötən ilin yayında Nazir Əhmədlinin
“Haqq-nahaq seçilər haqq divanında” Azərbaycanın tanınmış aşıqları - Aşıq Ələsgər və digərlərinin doğum tarixlərini saxtalaşdırmaqla aşıqlar bir neçə 10 il cavanlaşdırılır. Bu “cavanlaşdırmanın” üzərindən ümumilikdə Qərbi Azərbaycanda türklərin tarixinin elə də dərin olmadığı iddiası ortaya qoyulur.

Eyni zamanda Qərbi Azərbaycanda qədim türk adlarının erməniləşdirilməsinə yönəlik “faktlar” ortaya atılır. Kitabda istinadların 90 faizi Ermənistan Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir. Ötən ilin yayında dərcindən sonra böyük qalmaqallara səbəb olan kitabın müəllifi Atatürk Mərkəzinin şöbə müdiri Nazir Əhmədli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəyçisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamildir.Tədqiqatçı Sabutay Hacıyev Rusiya Federasiyasının Dövlət Arxivindən Aşıq Ələsgərlə bağlı əldə etdiyi sənədi ictimaiəyyətə təqdim edərək bildirib ki, sənədə əsasən, Aşıq Ələsgər iddia edildiyi kimi, 1852-ci ildə deyil, əvvəlki tədqiqatçıların da araşdırdığı kimi, 1821-ci ildə dünyaya gəlib. Aylardır müzakirə olunan bu mövzuya Azərbaycan Aşıqlar Birliyinin (ABB) sədri Məhərrəm Qasımlı da münasibət bildirib. O, “Yeni Müsavat”a açıqlamasında deyib: “Aşıq Ələsgər 1821-ci ildə anadan olub, bunu dövlət belə qəbul edib, ortada olan sənədlər də, onun özünün şeiri də təsdiqləyir. Aşıqlar Birliyinin mövqeyi budur”.

ABB sədri bildirib ki, Aşıq Ələsgərin yaşı ilə bağlı ortaya atılan iddialarla razı deyil: “Dövlət Aşıq Ələsgərlə bağlı indiyə qədər yubileylər keçirib. Dövlət bunu edibsə, deməli, istinad etdikləri bir sənəd-sübut olub. Aləmi qarışdırmaq kimə lazımdır bilmirəm. Aşıq Ələsgər ”Qoca baxtım" şeirində özü deyir ki:

Səksəni, doxsanı ötübdü yaşım,
Gor deyə tərpənir bəlalı başım.
Əzrayıl həmdəmim, məzar yoldaşım,
Daha köç təblini çal, qoca baxtım!

Ələsgər kəsilib səbrü aramdan,
Oxlayıbsan, qanlar axır yaramdan.
Haqq ilə qıl sövdə, əl çək haramdan,
Halaldan mətləbin al, qoca baxdım!

Yəni yaşının 90-nı ötməsini özü deyir də. Bu ölümündən əvvəl dediyi şeirdir. Bilirik ki, Aşıq Ələsgər 105 yaşında dünyasını dəyişib. Yeni ortaya atılan doğum tarixi ilə hesablayanda isə Aşıq Ələsgər 74 yaşında dünyadan köçüb. Onun bu şeiri yaşı ilə bağlı ortaya atılan son iddianı təkzib edir. Azərbaycan Aşıqlar Birliyi Aşıq Ələsgərin 1821-ci ildə anadan olmasını qəbul edir".

Aşıq Ələsgərin nəticəsi Xətai Ələsgərli də “Yeni Müsavat”a bildirib ki, kitabda babası haqda yazılanlar həqiqət deyil.

“Nazir Əhmədli həmin o kitabda bildirir ki, Aşıq Ələsgər guya 1821-ci ildə deyil, 1852-ci ildə Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Guya ustadın babasının adı Haqverdi, əmisi isə Allahverdi olub. N.Əhmədli Ermənistan Milli Arxivindən verilmiş məlumatlara əsaslanır. Babalarım haqqında məlumatlara kitabın 32-ci səhifəsində istinad mənbəyini belə göstərir: Ermənistan Milli Arxivi, F 227, siy 1. sax.vah 20.

Sonra qeyd edir ki, Aşıq Ələsgərin qardaşları arasında yaş fərqində ziddiyyətlər var. Öz fantaziyası ilə ailənin yaş məsələsini izah etməyə başlayır. Aşıq Ələsgərin qardaşı Məşədi Salehın və övladlarının yaşının da düzgün olmaması haqda fərziyyələr irəli sürür, bununla bağlı “sübut”lar gətirməyə və erməni saxtakarlığını əldə əsas tutaraq fərziyyələrini bəzəməyə çalışır “ deyə, X.Ələsgərli bildirib.

Böyük sənətkarın nəticəsi fikrini belə davam etdirir: “Həmin o erməni mənbələrinə istinad etməklə Aşıq Ələsgərin böyük oğlu Bəşirin və kiçik oğlu Talıbın da doğum tarixinin düzgün olmamasını qeyd edir. Beləliklə, bütövlükdə Ələsgər ocağının doğum tarixlərinin düzgün olmadığı iddiasını irəli sürür. Nazir Əhmədlinin yazdıqları tamamilə cəfəngiyyatdır, ən böyük saxtakarlıqdır. Bu, Aşıq Ələsgər nəslinə bir təhqirdir. Nazir Əhmədlinin dediyindən belə çıxır ki, biz öz babamızı tanımırıq. Buradan aydınca düşmənin sifarişi hiss olunur. Nazir Əhmədli, sadəcə, icraçıdır. Mən Aşıq Ələsgərin kiçik oğlu Aşıq Talıbın nəvəsiyəm. Yaxşı yadımdadır, o, 1979-cu ildə dünyasını dəyişəndə mənim 11 yaşım var idi. Mən də hər kəs kimi öz babamı tanıyıram. Babam özü yaşını yaxşı bilirdi. Dəfələrlə yaşla bağlı söhbət düşəndə öz yaşını dəqiq açıqlayırdı. Babam Aşıq Talıb da, Aşıq Ələsgər də öz babalarını yaxşı tanıyırdı. Çünki bu nəsildə nəvələrin əksəriyyəti babalarını görüb, onların söhbətlərinə qulaq asıblar. Atam İslam Ələsgərlinin adını da elə Aşıq Ələsgər özü qoyub. Nəzir Əhmədli Aşıq Ələsgərin doğum tarixini 31 il kiçildən zaman görüb ki, bu tarix ustadın övladlarının doğum tarixi ilə düzgün gəlməyəcək, başlayıb ustadın övladlarının yaşını öz arşını ilə kiçiltməyə. Hətta ustadın evləndiyi tarix və digər övladlarının doğum tarixlərini də saxtalaşdırıb. Bəşir Aşıq Ələsgərin 3-cü övladıdır. Ondan əvvəl oğlan uşaqları olub, amma dünyalarını dəyişiblər. Bəşir əkiz tayı olub. O birinin adı isə Həşim olub. Onlar 1867-ci ildə dünyaya gəlib. Həşim dünyasını dəyişib, Bəşir isə ailə qurandan sonra rəhmətə gedən qardaşının adını öz övladına qoyub. Bunu incəliklə ona görə açıqlayıram ki, Nəzir Əhmədli bilmədiyi bir işə baş qoşmaqla özünü tamamilə biabır etdiyini nəhayət ki, anlasın, başa düşsün. Erməni fitnəsinə uymasın!”

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV