• 15:00 – Abşeron rayonunda daha bir qeyri hadisə-20 manatı olanın şəkili şərəf lövhəsində 
  • 11:00 – Prezident İlham Əliyev:"Ermənistanı quldur dəstə idarə edir" 
  • 20:30 – Nisə Qasımova:"Eqoistəm, pis xasiyyətim var" 
  • 18:30 – Generaldan Aşura xəbərdarlığı: “İmkan verilməyəcək!” 
  • 15:00 – Ucarda şəhidin adını daşıyan məktəb Allahın ümidinə qalıb 
  • 13:30 – Toppuş bacı:"Hər an hər şey ola bilər... 
  • 11:30 – Böyük rayonun böyük problemləri- Abşeronda Təcili Tibbi Yardım çağıranda xəstəyə dərman, sifarişə isə avtomobil tapılmır-ŞİKAYƏT 
  • 09:30 – Nuru Paşanın Azərbaycanda döyüşmüş əsgərinin nəvəsi qohumlarını axtarır-Müraciət yaydı 

İnstitut direktorundan inanclı insanlara ağır ittiham

  • Tarix: 25.02.2018, 18:46,
  • Bölmə: Manşet / Ölkə
  • Baxılıb: 5281
İnstitut direktorundan inanclı insanlara ağır ittiham İnstitut direktorundan inanclı insanlara ağır ittiham
AMEA-nın Zoologiya İnstitutunun direktoru Elman Yusifov institutun əmlakını talayıb dağıdır, illərlə toplanmış kolleksiya materiallarını küçəyə atır, işçiləri, Azərbaycan xalqını təhqir edir.Moderator.az xəbər verir ki, bu şikayətlə Virtualaz.org-a institutun bir qrup elmi işçisi müraciət edib.

Şikayətçilər deyirlər ki, Elman Yusifov əslində fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru olsa da, iki il əvvəl Zoologiya İnstitutuna direktor təyin edilib. Bu vəzifəyə təyin olunan gündən isə institut üçün heç bir iş görməyib, təhqir və haqarətlərlə əksər işçiləri özündən narazı salıb.

“Elman Yusifov institutun əmlakını dağıdıb məhv edir. İllərlə toplanmış kolleksiya materiallarını küçəyə tullayır. İşçiləri qadın, yaşlı bilmədən ağır küçə söyüşləri ilə təhqir edir. Nəinki işçiləri, bütün Azərbaycan xalqını təhqir edir. Deyir ki, “Azərbaycan xalqının 70 faizi debildir”. İnstitutun elmi iclaslarında bizi, dini inanclarımızı təhqir edir. İnstitutumuzda təxminən 70-80 nəfər namaz qılan adam var. Deyir ki, kim namaz qılırsa, getsin Allahşükürün idarəsinə. Bizə bildirir ki, siz bostan müqəvvalarısınız, dişi tökülmüş kaftarlarsınız, sizin aranızda zoofillər, pedofillər, onanistlər var, hələ yoxlamaq lazımdır, yəqin ki, nekrofillər də var. Sizdəki beyin yox, peyindir… Biz daha bu təhqirlərə dözə bilmirik. Bütün bunlar alim adına yaraşan hərəkətlər deyil”, – deyə institutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Namiq Mustafayev bildirir.



Alim söyləyir ki, E.Yusifov bir qrup işçini pul müqabilində öz tərəfinə çəkə bilsə də, əslində institutda bütün işçilər ondan narazıdır: “İnstitutun bütün laboratoriyalarındakı avadanlıqları “bunlar kimə lazımdır?” deyib küçəyə tökür. Bunlar illərlə yığılan kolleksiya materiallarıdır. Başa düşmür ki, 50-100 il bundan sonra həmin bu kolleksiyalar təkamülün necə getdiyini araşdırmaq üçün çox qiymətli material olacaq. Bu azmış kimi, işçilərə verilən mükafatları da özü mənimsəyir, istədiyi adama mükafat verir, istəmədiyinə vermir. Biz qrup işçini vaxtında pul müqabilində öz tərəfinə çəksə də, hamı ondan narazıdır. Biz də institutun 30 elmi işçisi onun bu əməllərindən bezib AMEA rəhbərliyinə, hüquq-mühafizə orqanlarına şikayət etdik. Əslində, şikayətçilərin sayı vərəqə imza atanlardan xeyli çoxdur. Amma bəziləri səhhətinə görə narahatdır deyə, bu işə girişmədi. Ümumilikdə, institutumuzda olan 15 elmlər doktorundan 10-u ona qarşı şikayətə imza atıb”.

Şikayətçi deyir ki, AMEA rəhbərliyinə fevralın 17-də edilən şikayətlə bağlı instituta nümayəndə göndərilib və o, baş verənləri aydınlaşdırmaq məqsədilə bütün işçilərlə və Elman Yusifovla görüşüb. Sonra fevralın 19-da onlara bildirilib ki, direktor bir də belə hərəkətlər etməyəcəyinə söz verib. Lakin bu hadisədən çox keçmədən E.Yusifov şikayət edən işçiləri bir-bir otağına çağıraraq təhqir edib. Onlara səslərini yazacağını deyib.

Şikayətçi əlavə edir ki, direktor şikayətə görə onlardan qisas alır. Rəhbərliyə məlum şikayətdən sonra daha bir laboratoriyanı dağıtmaq üçün göstəriş verib. Laboratoriyanın bütün avadanlıqları koridora və həyətə daşınıb.

Virtualaz.org səslənən ittihamlarla bağlı araşdırma aparmaq üçün Zoologiya İnstitutunun direktoru Elman Yusifovla əlaqə saxlayıb. İnstitut rəhbəri haqqında deyilənləri inkar edərək şər-böhtan adlandırıb.

“Belə məsuliyyətsiz çağırışlara mən heç bir cavab verə bilmərəm. Bu düzgün deyil, bizdə belə şeylər yoxdur. Bizdə nə olubsa, komissiyanın qərarı ilə olub. Bunlar hamısı cəfəngiyyatdır. Mən təəcüblənirəm ki, insanlar niyə belə məsuliyyətsiz sözlərlə çıxış edirlər. Biz bunu, inşallah, iş günündə araşdıracağıq. Ola bilər ki, AMEA rəhbərliyinə də müraciət edək. Komissiya yaradılsın və məsələ araşdırılsın. Sübuta yetirilməmiş əsassız ittihamlar şər-böhtan xarakterli də ola bilər. Mən araşdırılmamış heç bir şərh verə bilmərəm. Amma yenə də deyirəm, bunlar iftiradır, onları əsaslandırmaq lazımdır”, – deyə direktor bildirib.















скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV