Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə

Məhəmməd Peyğəmbər Novruz bayramını qeyd edib-İlahiyyatçıdan açıqlama

14-03-2018, 13:30 | 6822 dəfə baxılıb.

“Novruz bayramı İslam dini ilə , baharın gəlişi ilə əlaqəli bir bayramdır. İslam dini yayıldığı ərazilərdə müsəlman xalqların mini mədəniyyətinə hörmətlə yanaşır. İslamın dünyada rahat yayılmasının səbəblərindən biri də budur ki, İslam dini yayıldığı ərazilərdə yerli mənədiyyətlərin sıradan çıxarılmasına xidmət etmir. Xalqların mədəniyyətlərini qəbul edir. Ona görə də, İslam dinin yayıldığı ərazilərdə Novruz bayramı qeyd olunur. Hətta, bir çox hədis var ki, Məhəmməd Peyğəmbər və onun tərəfdaşları Novruz bayramı haqqında müsbət fikirlər səsləndiriblər”. Bunu İnterpress.az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli bildirib. İlahiyyatçı qeyd edib ki, dini mətnlərdə əlimizə çatan hədislərə görə, İslam Peyğəmbərinin və onun yaxınlarının Novruz bayramına münasibət yanaşdığı qeyd olunub: “Yəni, bu bayram özü özlüyündə baharın gəlişi ilə təbiətin oyanmasını simvolizə edir. Qurani-Kərimdə baharın gəlişi Qiyamətin bir nişanəsi olaraq təqdim edilir. Yəni, necə Qiyamət günü insanlar öldükdən sonra yenidən diriləcək, eləcə də, ölmüş təbiət baharla dirilir. Bahar diriliyin simvolu, başlanğıcın tərənnümdür. Bütün bunlara görə, İslam dini Novruz bayramına müsbət yanaşır”.

Hacı Şahin Həsənli Novruz bayramına qarşı çıxanları qınayıb: “Təəsüflər olsun ki, bu gün dünyada bəzi cərəyanlar var ki, bu bayramı küfr adlandırır. Dinə zidd olduğunu iddia edir. Bu, belə deyil, dinimiz bu bayrama müsbət münasibət sərgiləyir. Təbii ki, ola bilər bayramda ağıla və məntiqə uyğun olmayan adətlər icra olunsun. Amma bu, o demək deyil ki, problem bayramın özündədir”.

“Dini dəyərləri milli dəyərlərə qarşı qoymaq yanlış bir hərəkətdir”

O, həmçinin, Novruz bayramının atəştpərəstliklə heç bir şəkilə əlaqəli olmadığını vurğulayıb: “Ümumiyyətlə, Novruz bayramının atəşpərəstliklə bağlı olması bir qədər sual altındadır. Bunu tədqiqatçılar da bildirib ki, hələ də, Novruz bayramının kökükün hardan qaynaqlanması bilnmir. Mən hətta belə bir fikir irəli sürə bilərəm ki, Novruz bayramı hansısa bir peyğəmbərin təlimlərindən biri olub. Ona görə də, bu bayramı atəşpərəstliklə əlaqələndirmək qətiyyən düzgün deyil. Səməninin özü də atəşpərətslik simvolu sayıla bilməz. Od qalanmasına gəlincə isə, bayram qeyd edənlər oda etiqad bəsləmək üçün qalamırlar. Sadəcə, əyləncə xatirinə bu adəti icra edirlər. Əlbəttə ki, bir insan oda etiqad bəsləsə, bu, bayram olmasa belə, islam dini buna mənfi münasibət göstərir”.

İlahiyyatçının sözlərinə görə, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərir: “İnsanlar bayram günlərində qohum-əqrəbalarını ziyarət edirlər, təmizlik işləri görürlər, süfrə bəzədilir, dünyasını dəyişmiş şəxslər yad edilir. Bütün bunlar da İslam dininin bəyəndiyi əməllərdir. Eyni zamanda, Novruz bayramı Azərbaycan xalqının qədim bir mədəniyyətə sahib olduğunu göstərir. Ümumiyyətlə, dini dəyərləri milli dəyərlərə qarşı qoymaq yanlış bir hərəkətdir. Deyərdim ki, təhlükəli bir addımdır. Din istənilən xalqın milli adət-ənənələrinə hörmətlə yanaşır. Düzdür, təkallahlığa zidd olan məsələləri İslam dini qəbul etmir”.

“İslam Peyğəmbəri də Novruz bayramını qeyd edib”

Hacı Şahin Həsənli İslam Peyğəmbərinin də bu bayramı qeyd etməsindən danışıb: “Novruz bayramı günü Peyğəmbəri təbrik edəndə deyiblər ki, Novruz bayramınız mübarək olsun. Peyğəmbər də cavab olaraq bildirib ki, kaş, hər günümüz bayram olsun. Peyğəmbərə və onun ailəsinə bayram günü hədiyyələr gətirəndə onlar bu bayram paylarını qəbul edib, müsbət yanaşıblar”.

İlahiyyatçı, həmçinin, özü də ailəsi ilə birlikdə Novruz bayramının adət-ənənələrinə riayət etdiyini vurğulayıb: “Mən özüm də Novruz bayramını xalqımızın qeyd etdiyi kimi keçirirəm. Dostları, qohumları ziyarət edirik. Bayram süfrələri açırıq. Dünyadan köçmüş insanların məzarlarını ziyarət edirik. Yəni, hamı necə, biz də elə ənənəvi şəkildə bayram mərasimlərini qeyd edirik”.

Analoq.az

скачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

#Ölkə

Lənkaranda Novruz Şənliyi keçirilib

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Gündəm

Kerri Qafqaz xalqlarını Novruz bayramı münasibəti ilə təbrik etdi

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının