Bizi izləməyi unutmayın

Manşet / #Müsahibə

Heydər Əliyev Səfiyar Musayevə Təvəkgül Hüseynov haqqında demişdi ki...-Qılman İmanın reportajı

25-03-2018, 10:30 | 2062 dəfə baxılıb.

Hələ də ölümlü-itimli dünyada vaxt zamanın atını yəhərsiz-yüyənsiz minib, məhcul bir sonsuzluğa çapmaqdadı. Əlini qaşının üstünə qoyub bu sonsuzluğa baxanda uzaqlardan başqa heç nə görünmür ki, görünmür.

Vaxtın-vədənin darlığında aylar illərin köçünə qoşulub elə uçur ki, heç quş da çata bilmir. O da qala insan ola…

Redaksiyanın mətbəxində çayımızı gilas mürəbbəsi ilə şirin eləyib, dünyanın, həyatın bizdən asılı olmayan qanunları, əvvəldə dediyim fikirlər haqqında Xətai Ələsgərli ilə var-gəl edirdik ki, kəndçimiz Fərhad Hüseynovun zəngi 15 dəqiqəlik bizi özünə tabe edib söhbətin məcrasını dəyişdi:

Saytın fəaliyyəti, el-oba haqqında, ordan-burdan danışandan sonra bildirdi ki, bu il martın 25-də qardaşım Təvəkgül Hüseynovun 80 yaşı tamam olur, xəbərin varmı?

Xəbərimin olduğunu və onun evindən reportaj hazırlamaq istədiyimi bildirdim.

Mənim bu təklifim onun ürəyindən xəbər verdiyini, tezliklə münasib bir gün təyin edib reallaşdırmağımı istədi. Fərhad müəllimlə telefonda sağollaşıb, bu istək üzərində Təvəkgül Hüseynov haqqında eşitdiklərim, bildiklərim ürəyimdə ipə-sapa düzülüb əriş-arğac oldu. İçimdə yumağa dönmüş suallar çözələnmək istədi. Çünki onun haqqında bildiklərim, bilmədiklərimdən daha çox idi. Bu sualların hamsını yaddaşımın bir küncünə yığıb, saxladım təyin etdiyim görüş gününə.

Mənimlə indiyənəcən Təvəkgül Hüseynovla bağlı xatirələri, yaddaqalan anları, bölüşən insanların demək olar, hamısı onun evinin çölündəki adamlar idi. Axı, əvvəl evin içi, sonra çölü– deyiblər.

Baharın Bakıya təzə ayaq açdığı günəşli bir gündə, Xətai Ələsgərli və fotoqrafımız Mehdi ilə birlikdə Fərhad müəllimlə “28 may” metrosunun qənşərində görüşüb yollanırıq Təvəkgül Hüseynovun evinə.

Binanın qarşısında ayaqüstü söhbətimizdə Fərhad müəllim bu binanın T. Hüseynovun Bakı Toxuculuq Kombinatına baş direktor təyin olunandan sonra kombinatın işçiləri üçün tiklidiyini bildirir.

Sonra bələdçilik edib bizi 3-cü mərtəbəyə–Təvəkgül Hüseynovun yaşadığı mənzilə dəvət edir.

Qapını üzümüzə ata ocağının od qoruyanı – Təvəkgül Hüseynovun kiçik oğlu İmadəddin açır. Gəlişimizdən xoşhal olan evin ağbirçəyi Məmləkət xanım yüksək qonaqpərvərliklə bizi süfrəyə dəvət edib, tanışlığa başlayır. Fərhad müəllim ilk əvvəl Xətaini təqdim edir – Aşıq Ələsgərin doğmaca nəticəsidi, müğənni Talıb Talehin də əmisidi. Aşıq Ələsgərin adını eşidəndə Məmləkət xanımın bənizi bir az da nurlanır. Qılman da rəhmətlik İmanın oğlu, Həsən Xəyallının da nəvəsidir. Yəqin ki, adını eşidibsən. Bu cavan oğlan da bunların dəstəsindəndir( fotoqraf Mehdini nəzərdə tutur).

Mən süfrədə əyləşən kimi fürsəti fövtə verməyib diktafonu qoşub, xatirələr dünyasına səyahət etmək üçün Məmləkət xanımı söhbətə tuturam. İlk əvvəl suallarıma çətin cavab versə də, çox keçmir ki, Məmləkət xanımla səmimi dialoq qura bilirəm. Yavaş-yavaş xatirələr boğçasının ağzını açıb, bizi o keçən günlərə qaytarır.


Məclisdə kişi xeylağı olduğundan, Məmləkət xanım hiss edirəm çəkinir, həya edir, suallarımı utana-utana cavablandırır:

Atalarımız əmioğlu idi, qohumlar, ağsaqqallar məsləhət görmüşdü ki, biz ailə quraq. Mən də məktəbi təzə qutarmış 17 yaşlı qız idim. Onda o, Özbəkistanda Daşkənd Politexnik İnstitutunda oxuyurdu. 60-cı ildə nişanlandıq, 62-ci ildə İnstitutu bitirdi, 63-cü ilin yanvarında toyumuz oldu. İnstitutu bitirindən sonra təyinatını Mingəçevir Toxuculuq Kombinatına vermişdilər. 12 il Mingəçevirdə yaşadıq. İlk əvvəl çətinliklər olsa da, sonra hər şey yavaş-yavaş öz qaydasına düşdü; evimiz oldu, getdikcə vəzifəsi böyüdü, 4000 nəfərlik işçisi olan kombinata baş direktor təyin etdilər. Xoşbəxt, firəvan günlərimiz başladı. Eyni vaxtda Mingəçevir şəhər partiya komitəsinin büro üzvü, Şəhər Xalq Deputatları Sovetinin deputatı seçildi. 1975-ci ildə də Bakıya köçdük.

Bu yerdə Fərhad müəllim söhbətə müdaxilə edib, Təvəkgül Hüseynovun Bakıya gəlməsi haqqında danışır:

Yaxşı yadımdadı, 1975-ci ilin oktyabr ayı idi, onda mən tələbəydim, kəndçimiz Mamedlə bir yerdə kirayə qalırdıq. Təvəkgül bizim qaldığımız evə gəlib, mənim dərslərimlə, ümumi vəziyyətimlə maraqlanıb, dedi ki, bu gün Mərkəzi komitədə Həsən Seyidovla görüşəcəm. Həsən Seyidov da Mərkəzi Komitənin sənaye üzrə katibi işləyirdi. Evdən çıxanda dedi – sabah axşam vaxtın olsa mehmanxanaya gələrsən, orada olacam. Sabah axşam Mamedlə birlikdə getdik mehmanxanaya, yanındakı qonaqlara Heydər Əliyevlə olan görüşündən danışırdı, biz də qulaq asırdıq.

Həsən Seyidov Təvəkgülə deyir ki, səni Heydər Əliyev çağırıb, səhər onunla görüşməlisən. Heydər Əliyev də MK Büro üzvülərini yığıb, deyir:

–Hüseynov, sənin şəxsi işin qarşımdadı, V.İ.Lenin adına(indiki H.Z Tağıyev adına) Bakı Toxuculuq Kombinatı plan tapşırıqlarını vaxtı vaxtında yerinə yetirə bilmir, ona görə katiblərə tapşırmışdım ki, ora bacarıqlı, işgüzar bir kadr tapın. Onlar da sənin namizədliyini irəli sürdülər. Mingəçevirdəki fəaliyyətin haqqında da məlumatım var. Buradakı kombinatı da Mingəçevirdəki kimi inkişaf etdirmək lazımdı. Ona görə də səni bu vəzifəyə şəxsən mən – Heydər Əliyev təyin edirəm.

Bilirəm, Bakıya gəlməyə razı deyilsən, ancaq burada səni evlə, xidməti maşınla təmin edəcəyik, nə sözün də olsa bir başa dövlət telefonuyla mənə deyəcən.

Beləcə Bakıya gəldi, çox gərgin iş qrafiki ilə işləyirdi. Kombinat tezliklə planı 100 faizdən artıq verdi. Heydər Əliyev Kombinatda irəliləyişi görəndən sonra 1978-ci ildə yenidən yanına çağırıb, demişdi ki, Hüseynov, səni Yüngül Sənaye Nazirinin birinci müavini təyin edirəm. 1980-ci ildə nazir xəstə olduğundan nazir vəzifəsini də icra etdi.

Sonra Heydər Əliyev hakimiyyətə gələndə, 1994-cü ilin dekabrında Səfiyar Musayevə demişdi ki, Təvəkkül Hüseynovu yeni formalaşdırdığım komanda da görmək istəyirəm, o, yaxşı kadrdı. Səfiyar müəllim zəng edib Heydər Əliyevin fikirini Təvəkgülə deyəndə, o da səhhəti ilə bağlı işləyə bilməcəyini dedi.

Söhbət-söhbətə calandıqca, acılı-şirinli çox xatirələr yada düşsə də, mən yenə suallarımı Məmləkət xanıma ünvanlayıram. O isə xarakterinə uyğun şəklidə sullarımı cavablandırır. Hər sözü, xatirəni elə ehtiyatla, ahəstə danışır ki, sanki nəyisə səhv danışsa, fikirlərində o söz, o ifadə uçulub dağılacaq.

Sakit, həlim təbiətli ailəsinə, qohum-qardaşına bağlı, xeyirxah bir adam idi. Övladlarına, ata-anasına çox bağlıydı. İmkan düşdükcə can atırdı kəndimizə getsin, atasının-anasının qulluğunda dursun, camaatla bir yerdə olsun. Kənd həyatını, Daşkəndin təbiətini çox sevdiyindən kənddə rahatçılığımız üçün yaxşı bir ev də tikmişdi.

Yayda qayınlarım Səmədgil, Fərhadgil, Orucgil kəndə gələndə ata evinə sığışmırdıq. O ev tikliəndən sonra hamımız rahat, sərbəst qala bilirdik. Heyif ki qaldı erməniyə.

Göyçəyə səfərlərini, Daşkəndlə bağlı xatirələrini Məmləkət xanım elə şirinliklə nəql edir ki, o qonaqpərvər, mehriban insanlar üçün bir anlıq burnumun ucu göynəyir. Danışdıqca hər sözündə, söhbətində o yurdun adamlarını, adət-ənənəsini ürəyinin yaddaşından dilinə köçürür sanki.

Məmləkət xanımın dediklərini əyani görmək üçün İmadəddin bir çox sənədlərin, kitabların arasında ən əziz xatirə kimi qorunan, atasının fotolarından ibarət şəkil albomunu gətirir.

Özündə xoşbəxt anların sehrini gizlədən şəkillərin hər biri mənim üçün yeni bir müsahibə çevrilir.

Şəkillərdə təkcə Təvəkgül müəllimin işıqlı siması, çöhrəsindəki təbəssüm deyil, həm də gözlərindən oxunan arzuların şəkili əks olunub.

Şəkillərə baxa-baxa keçən günlərin xiffətini çəkən Məmləkət xanım məqsədə qayıdıb söhbətini davam etdirir:


Onun işinə görə kənddə çox qalmağa imkanı olmurdu. İki-üç gün qalıb qayıdırdı. Amma bizi, yayda uşaqların məktəbi bağlanan kimi aparırdı kəndə. Bir ay, imkan olanda iki ay uşaqlarla mən qalırdım, o gəlirdi. Qohumlar, qonşular hamısı tökülüb gəlirdi biznən görüşməyə, qonaq aparmağa. Biz kəndə gedəndə, getdiyimiz iki əsas yer olurdu: ”Şişin ocağı” deyirdik, ora qurban aparıb kəsirdik, bir də Seyid Bayramın ocağında.

Məmləkət xanımın yaddaşını bir az da körükləmək üçün, o məclislərin necə keçdiyini, qonaq aparan insanların adını dəqiqləşdirmək istəyirəm:

Əliyev Hüseyn, Bəhmən aparırdı, onlar kirvəmiz idi. Mamed müəllim, Zeynalov Xasay, Mürsəlov Xasay, İsmayıl əmim, Abdulla əmi, Dastan əmi, Salman dayı, Məhəmmədəli, Bayram kişi, Qoşunalı müəllim, Səfxan Rüstəmov saysam o qədərdi ki. Göyçəyə gedəndə günümüz qonaqlıqlarda, məclislərdə keçirdi. Hamı da qoyun kəsirdi, öz əzizləri kimi bizi ağırlayırdılar. Gedə bilmədkilərimiz də olurdu, onlar da inciyib-küsürdülər...

Ürəyi xatirlərlə dolu olan Fərhad müəllim bir məqamı xatırladır bu yerdə:


Təvəkgül kəndə gələndə anam saymışdı, bir ili 23 qurban gətirmişdilər.

Hətta Basarkeçərin rayon katibi, polis rəisi, prokroru hamısı gəlirdi, görüşürdü onunla, rayonun problemlərini deyirdilər. Bir dəfə rayon katibi ilə Basarkeçərdəki yolların problemlərindən danışırdılar, sonra Təvəkgül o məsələni neft sənayesində işləyən dostu Bayram müəllimin vasitəsi ilə Azərbaycanda dövlət səviyyəsində həll elədi. Azərbaycandan Basarkeçərə kömək kimi, 20 vaqon bitum göndərildi, o bitum da Basarkeçərin kəndlərinin asfaltlanmasına istifadə olundu.

Zəngin uşaqlıq yaddaşına malik olan İmadəddin məclisdəki yurd-torpaq ətirli xatirələrin ağuşunda pərvazlana-pərvazlana hərdən söhbətə qoşulub Məmləkət xanıma, Fərhad müəllimə kömək edir, yaddan çıxanları xatırladır:

Tək Daşkənddə olmurdu ki o qonaqlıqlar. Göyçənin əksər kəndlərindən qonaq aparırdılar. Nərimanlıdan Zərbalı Qurbanov, Səfiyar Musayev qonaq aparırdı. Zərbalı Qurbanov atamın həm yaxın dostuydu, həm də kirvəmiz idi. Şişqayadan Tapdıq Cəfərov, Mikayıl Bayramov; Bala Məzrədən, Müseyib müəllim, Müzəffər kişi qonaq aparırdı. İnəkdağından, Şorcalardan, Kəsəməndən əksər kəndlərdən qonaq aparırdılar. Məclis qurulurdu, aşıqlar da oxuyurdu. Göyçədə də hər evdə bir saz varıydı.

Atam kəndimizə o qədər bağlıydı ki, məndən böyük qardaşlarım Mahiri, Pərvizi Bakıda 8-ci sinifdə məktəbdən çıxardıb Daşkənddə oxumağa göndərdi. İkisi də kənddə məktəbi bitirib, Moskvada ali məktəbə qəbul oldular. Baxmayaraq ki, kənd məktəbiydi, ancaq təhsil çox güclüydü Daşkənddə
Həmişə sənət adamlarına, aşıqlara, şairlərə böyük ehtiram göstərən Təvəkgül Hüseynovun məclislərinin aşıqsız keçmədiyini çoxlarından eşitsəm də, özünün saz çalmağını isə Məmləkət xanımdan eşidirəm:

Həmişə evimizdə saz olub. Özü də hərdən saz çalırdı evdə.

Bir dəfə İmadəddin balacaydı. Aşıq İmran bizə – bu evə gəlmişdi. Sazı İmadəddinin qucağında görüb, dedi – bu uşağa saz nə gözəl yaraşır. Sonra İmadəddinə bir saz bağladıb gətirmişdi. İndi həmin saz Fərhaddadı. Bizim evdə o vaxtkı aşıqların əksəriyyəti olub. Aşıq İmrandan, Aşıq Əkbərdən, Ədalətdən, Aşıq Kamandardan Aşıq Hacıya kimi. Biz Göyçəyə gedən kimi Aşıq Hacı bir heyvan da götürüb bizə gələrdi, camaat yığılardı, gecə səhərə qədər çalıb-oxuyardı. Alqayıt da şeir deyərdi. Aşıq Ədalətin də günü bizim kənddə keçirdi. Mamed müəllimgilnən kirvəydi, onunçun çox gəlirdi Daşkəndə. Kənddəki əksər məclislərimizdə Ədalət də iştirak edib. Bir toyu xatırladırdı o məclislər. Heyif o günlərə...

Təvəkgül Hüseynov adı gələndə ürəyi köksündə quş kimi çırpınan Fərhad müəllim, təkcə qardaş kimi yox, həm də Təvəkgül Hüseynova bir şəxsiyyət kimi olan hörmətini dilə gətirib; Göyçənin müsibətli köçə-köçündə Təvəkgül müəllimin həmin günlərdə keçirdiyi iztirabları kövrək bir xatirə kimi xatırlayır:

1988-ci ilin noyabrın axırıydı, onda Təvəkgül Bakı Zərif Mahud Kombinatının direktoru işləyirdi. Ordan-burdan Göyçənin dağılması xəbərini eşitdikcə əsəbləşir, müəyyən dövlət adamlarına zəng edirdi ki, camaata kömək edin. Həmin vaxt mənə dedi ki, dayanma, get Mingəçevirədən də Orucu götür, gedin camaatın kənddən çıxmağına kömək edin. Məndən böyük bir qardaşım Oruc əvvəldən Mingəçevirdə yaşayırdı. Bakıdan Yevlağın Avtobazasının müdirinə zəng eləyib dedi ki, Göyçədə camaatın vəziyyəti pisdi, maşın təşkil elə, qardaşlarımı da göndərirəm yanına. Getdik Orucnan Avtobazanın müdirinin yanına, o bizə dedi – indi maşın işi çox çətindi, amma Ağdamın Avtobazasına tapşırmışam, sizə maşın verəcəklər.

Ağdamdan bizə 12 maşın verdilər. Maşın karvanı düzəltdik. Ağdərə-Kəlbəcər yolu gedib gecə saat 2-də çatdıq Daşkəndə. Nərimanlıda yolu çaşdıq, ermənilər üstümüzə hücum elədilər. Birtəhər əllərindən qutarıb, qardaşımgilin həyətinə çatdıq. Kəndə işıqlar sönüb, itlər ulaşır, qaramat basıb hər yanı. Dekabrın 1, soyuq da bıçaq kimi kəsir adamı. O, haylı, haraylı kənddən əsər-əlamət qalmamışdı. İmkanı olan köçünü yığıb Bərədəyə, Kəlbəcərə aşırmışdı. Qalan da cavan uşaqlarıydı, orda-burda erməni-rus əsgərlərindən gizlənə-gizlənə quş tüfəngi ilə gecələyirdilər, kömək gözləyirdilər ki, kimsə maşın göndərəcək, gedəcəklər. Qardaşım Arif də kəndimizdə yaşayırdı. Maşının səsinə Arif əlində silahnan çölə çıxanda, qabağa yeridim ki, görsünkü bizik, silah işlətməsin. Qardaşımgilin, qohumların köçünü 2 maşına yığdıq, qalan 10 maşına kənd camaatının köçü yükləndi.

Təvəkgül Mingəçevirdə gəlib atamı, qardaşımgili görəndə çox kövrəldi. Düşünürdükü necə yəni, biz birdə doğulduğumuz kəndə, o səfalı yerlərə gedə bilməyəcəyik? O da ona bir dərd oldu. Anamın qəbri də qaldı Göyçədə. Ananın balasından ayrı düşməyi yəqin belə olurmuş.

Fotoqrafımız Mehdinin başqa yerdə çəkilişi olduğu üçün şəkilləri çəkib, məclisi tərk eləmək istəyir. Məmləkət xanım təkid edir ki, bir qismət yemək ye, sonra get. Məmləkət xanımın bu qonaqpərvərliyi verəcəyim bəzi suallardan məni yayındırır.Təvəkgül müəllimin dostları haqqında soruşuram: O dostları ki, onlar hər zaman Təvəkgül müəllimin əhatəsində görünər, xeyrinin-şərinin şərikinə çevrilərdilər:

Dostları çoxuydu, evimiz də o dostların get-gəlləri ilə isti bir ocağa dönmüşdü. Hamısı sanki bizim evin adamları idi. Nə arzuları, istəkləri olsa, canla-başla yerinə yetirərdim. Çoxu da bizə gələndə istəyərdi onlara Göyçənin ləziz yeməyi olan, “xəngəl” ya da “qovurma” bişirim.

Dostlarından İbrahim Mustafayevin, Rəhim Hüseynovun, Yunis Rzayevin, Qəşəm Aslanovun, Məşdi Məmmədovun, Akif Mürşüdovun, Arif Məmmədovun, Səfiyar Musayevin, Zərbalı Qurbanovun, Bayram Bayramovun adını çəkə bilərəm. Bayram müəllim hazırda yaşayır, qazaxlıdır.

Tale elə gətirdi biz İbrahim Mustafayevlə, Akif Mürşüdovla sonra qohum olduq, onların qızları indi mənim gəlinlərimdi.

Öz kəndimizdən olan Hacıyev Məhəmməd və İbrahim qardaşlarıynan, Tağıyev İsmayılnan tələbəlik illərindən dostuydular. Onlar Azərbaycana gələndə, biz Moskvaya, Özbəkistana gedəndə bizi qarşılayardılar, adımıza yüksək səviyyədə məclis qurub, nazımızı çəkərdilər.

Söhbətin şirin yerində qapının zəngi çalınır, İmadəddin qapını açır, gələnin Mahirin böyük oğlu Mətinin olduğunu bildirir. Nənəsi Məmləkət xanım nəvəsinin gəlişindən xoşhal olub, Mətinin boyununu qucaqlayıb, üz-gözündən öpür. Fərhad müəllim Təvəkgül Hüseynovun böyük nəvəsi Mətini bizlə tanış edir:
– Kanadada Toronto Üniversitetini bitirib, hazırda SOCAR-da böyük mühəndis vəzifəsində çalışır. Babasının, atasının adına layiq bir gəncdi. Gələcəyi parlaqdı, perspektivi indidən görünür.[/b]

Çox keçmir bu ocağın qudası, tanınmış riyaziyyatçı alim, AMEA şöbə müdiri, professor Ramiz Aslanov gəlişimizdən xəbər tutub məclisə təşrif buyurur. Özü boyda səmimiyyət işığı olan Ramiz müəllim, təvozökarcasına öz bioqrafiyası haqqında ümumi məlumat verib, Moskva həyatından, görkəmli riyaziyyatçılardan, Lev Tolstoydan özünəməxsus təhkiyə ilə maraqlı əhvalatları bölüşür.

Təvəkgül Hüseynovla, qardaşı Səməd müəllimlə 80-ci illərdə Səfxan Şamoyevin vasitəsi ilə tanış olduğunu, onun nəcib, insani keyfiyyətlərindən, bacarıqlı kadr olmasından qürurla danışır.

Məclisdən ayrılmaq istəməsək də, Xətainin də, mənim də işimiz olduğundan vaxta təslim oluruq. Soğollaşmamışdan öncə özümdə cəsarət tapıb Məmləkət xanımdan, İmadəddindən, Fərhad müəllimdən soruşdum:

Təvəkgül müəllimin özü ölümünü hiss edirdi?

Son sözü, vəsiyyəti nə oldu?



Bu sualımdan sonra bir neçə dəqiqəlik sanki araya ölümün özü boyda ağır bir sükut çökür.

Sualımdan qəhərlənən Məmləkət xanım çətin də olsa sükutu pozub – özü hiss edirdi, amma bizə heç nə hiss etdirmək istəmirdi – deyir.

Gözləri yaşaran Fərhad müəllim – Allah heç kimə o günü, qardaş itkisini göstərməsin – deyir.


–Əvvəldən xəstə olduğunu bilirdik, böyrəyində problem varıydı, nə qədər müalicə olundu Moskvada, Leninqradda xeyri olmadı. Axır vaxtlar vəziyyəti getdikcə ağırlaşırdı. Hamımız bütün günü yanında olurduq. Qardaşım Səməd də, bacılarım da rayondan tez-tez gəlib dəyib gedirdilər. O dünyasını dəyişəndə elə bildim heç kimimiz yoxdu, hamımız yetim qalmışıq.

– İmadəddin isə boğazındakı qəhəri uda-uda əlini baxışlarının arxasınca uzadıb atasının dünyasını dəyişdiyi otağı göstərib: 1995-ci ildə mayın 15-də axşam saat 17:00-da rəhmətə getdiyini bildirir...


Müəllif: QILMAN İMAN
Fotoqraf: MEHDİ
Goyce.azскачать dle 10.6фильмы бесплатно

Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi

REKLAM
RƏYLƏR

RƏY YAZIN

Bütün xəbərlər

Aztehsil.com -n 1 yaşı tamam olur

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

#Mədəniyyət / Manşet

Namiq Hacıheydərli: "TANRIYA SƏSLƏNİŞ"

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU

Manşet / #Yazarlar

Savalan Talıblının "Qarabağmedia.az"-a TƏBRİKİ

Müəllif hüquqları qorunur.
ƏTRAFLI OXU








ƏN ÇOX OXUNAN

kiosk.com.az tap az турбо аз tap.az qab qacaq turbo az oxu az oxu az xeberler www oxu xabaraz новости азербайджана mp3 yukle big az azeri bass indir yukle mp3 mp3 milli az son xeberler xabaraz radikal müxalifət milli.az Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri BiG.Az - Böyük Azərbaycan en son xeberler Azerbaycan xeberleri 2017 müsavat siyasət iqtisadiyyat azərbaycan hadisə son xəbər dağlıq qarabağ gündəm qəzet ilham əliyev Bakı haqqin az новости ильхам алиев haqqin az азербайджан объявления интим услуг в баку погода в баку hava haqqinda melumat day az day.az Azərbaycandan və dünyadan xəbərlər - Qafqazinfo.az qafqazinfo minimum əmək haqqı 2018 anar nagilbaz porno anar nagilbaz video anar nagilbaz Xəbərlər Araşdırma Müsahibələr Reportajlar Xəbərlər Gündəm Hadisə Siyasət Cəmiyyət İqtisadiyyat İdman Dünya Video Maqazin Müsahibə Media Araşdırma Maraqlı Mədəniyyət Gülən Təhlükə Bank Biznes Enerji Əmlak Tender Vakansiya namiq caniyev a24az niyə quran onun üçün müqəddəs deyil anar nağılbazın video a 24 a24.az Yenicag.Az son dəqiqə ən son xəbər xəbər xəbəri xəbərləri yenicag yeniçağ gündüz kərimov vüqar zifəroğlu qarabag roma canli yayim yenicag zakirə zakirqızı basqın Azərbaycan Aşkın Niderlandın ofisinə bildirib şəhərində Haaqa təşkilatının diaspor Diasporrəhbəri həmçinin Afrin aparılır edilib Hazırda araşdırma əməliyyatından millətindən ardıcıl spy satellite destroyed eu doner kebab north korea missile hit own city arzu nağıyev axar/az axar.az lentaz lent az xabaraz musavat.az xeberler musavat iqtidar 134 nomreli 134 mekteb məktəb nömrəli olay bilmir söyləyir edirəm deyir bilmirəm söylədiyi xəstəsən Yaşamağa davam bilir qollarımı əməlinə qazandırmaq istəyib məktəbli deyən kəsirəm Bunları Cavidan Anasının sinif xarakterli hərəkətləri cinayət oxuyan zorakılıq aidiyyatlı bağlı orqanlara şikayət şəhər daxil hadisə vermis naziri müdafiə Dadaş Rzayevin nəvəsidir prokurorluğunda bağlı Təhsil sinfində hüquq hadisə yayıb olmuş oxuyan cinayət mühafizə əlaqədə yerləşən ayının otağında dekabr cinsi geyinmə soyunub idman zalının