• 19:46 – Baku Elektronics Füzulini təhqir etdi-Böyük şairə hörmətsizlik 
  • 13:19 – Elşad Miri həbs oluna bilər 
  • 22:31 – “MADO Azərbaycan” restoranlar şəbəkəsinə mediatur təşkil olunub. 
  • 20:52 – Şampan partladan sürücülər çəzalandırıldı 
  • 16:30 – Buludxan Xəlilov: “Ermənilər bununla artıq Rusiya ərazisinə qarşı da iddia irəli sürürlər” 
  • 13:30 – Ağdam rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsindən azad ediləcəkmi?-ŞİKAYƏT 
  • 12:50 – 220 saylı məktəbdəki qalmaqalla bağlı yeni faktlar - Direktora qarşı korrupsiya iddiası 
  • 12:00 – Adnan Oktarın qurbanı :"Onlar məni öpməyə, oxşamağa başladılar" 

Bəşər Əsəd:"Ərdoğanı yenidən qucaqlamağa hazıram”

Bəşər Əsəd:"Ərdoğanı yenidən qucaqlamağa hazıram” Bəşər Əsəd:"Ərdoğanı yenidən qucaqlamağa hazıram”
Suriyadakı prosesləri yaxından izləyən Türkiyə Baş Qərargahının sabiq kəşfiyyat rəisi, istefada olan general-leytenant İsmayıl Haqqı Pekin Suriya prezidenti Əsədlə bağlı çox əhəmiyyətli informasiyalar bölüşüb. ƏSƏD HÖKUMƏTƏ BAĞLI MƏTBUATA SÖYLƏMİŞ“Yeniaçağ”a açıqlama verən Pekin, "Əsəd, 2 həftə əvvəl öz adamlarını toplayıb. Orada “Görüşmək üçün Türkiyə ilə bir araya gələrmisiniz” deyə, sual veriblər. Cavabında Əsəd “Suriyanın mənfəətinə olacaqsa, Ərdoğanı yenidən qucaqlayaram” deyib.Jurnalist İsmayıl Haqqı Pekinə "biz bunu Türkiyədə heç vaxt eşitməmişik, deyincə, açıqlamalarına belə davam edib: "Əsəd bütün mətbuat nümayəndələrini toplamış, xarici mətbuat nümayəndələri də daxil, yarım saatlıq çıxış edib. Ondan sonra xarici media nümayəndələri bayıra çıxır, içəridə yalnız hökumətə bağlı media qalır. Onlara deyir ki, siz yanlış informasiyalar verirsiniz, yönləndirməniz doğru deyil. Xüsusilə düşmən olaraq Türkiyə ilə İsraili bir sıraya qoyursunuz. Türkiyə ilə İsrail bir sıraya qoyulacaq ölkələr deyil. Dost kimi də İran ilə Rusiyanı bir sıraya qoyursunuz. İran bizə verdiyi heç bir şeyin pulunu almır. Rusiya, verdiyi hər şeyin pulunu alır. Buna bənzər çıxışlar edir. Bu arada biri sual verir ki, “Türkiyə ilə əməkdaşlığa nə deyirsiniz”. Əsəd də “əgər, Türkiyə ilə iş birliyi olacaqsa, Ərdoğanı yenidən qucaqlamağa hazıram” deyə cavab verib. Yəni belə bir istəkləri var. Bunu o toplantıya qatılan bir şəxsdən öyrəndim”.

Analoq.az
скачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV