• 19:30 – 46 qızı zorlayan falçı SAXLANILDI 
  • 15:30 – Novruz Məmmədovun yeni baş nazir vəzifəsinə namizədliyi təsdiqləndi 
  • 20:00 – Məktəb direktoru avtomobilini görün harada saxlayır 
  • 16:00 – Məstan Günərin ikicildliyi təqdim edildi 
  • 15:30 – Bəxtiyar Əsgərova “Caspian European Club”un fəxri üzvü sertifikatı təqdim olunub 
  • 22:00 – Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq 
  • 12:29 – Baş redaktor nazir və Baş Prokurora müraciət etdi 
  • 10:45 – General Rza Talıbov Prezident İlham Əliyevi belə təbrik etdi 

Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq

  • Tarix: 13.04.2018, 22:00,
  • Bölmə: Manşet / Maraq
  • Baxılıb: 575
Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq
Hər həftənin cümə günü, saat 20:00-da Lider Tv-nin efirində yayımlanan “Ümidlə Gəl” tok-şousu bu həftəki buraxılışına proqramın Tibb üzrə eksperti Nüşabə Adilqızının açıqlaması ilə başlayıb.

N.Adilqızı qeyd edib ki, Tok-şouya müraciət edən və 2016-cı ildən heç bir müainədən keçməyən Bayramov Yusufi Əlillərin Bərpa Mərkəzi təmənnasız olaraq gələn fəftədən müainəyə alacaq. O cümlədən, ötən buraxılışlardan birində yoğun bağırsaq keçişməzliyi problemindən əziyyət çəkən üç yaşlı uşağın valideynləri “Ümidlə Gəl”ə müraciət etmişdi və həmin uşağın da müainə və müalicəsini proqrama daima dəstək olan həkimlər öz öhtəsinə götürüb.

Müəyyən müainələrdən sonra uşağın müalicə və ya əməliyyat olunacağına qərar veriləcək. Bunlardan başqa bir neçə müraciət edən xəstələrin müalicə və müainələri həyata keçirilib.
Respublika Kliniki Xəstəxanasında müalicəyə başlayan və Əlillərin Bərpa Mərkəzində müalicəsi davam edən Şöhrət bəy barədə də ürəkaçan məlumatlar verilib. Şöhrətin anası Qəribə xanım telefon bağlantısı vasitəsilə birbaşa efirdən oğlunu müalicə edən həkimlərə və Hacı Quliyevə təşəkkürünü bildirib. H.Quliyev isə öz növbəsində “Ümidlə Gəl” proqramına daimi dəstək olan klinikalara və həkimlərə minnətdar olduğunu vurğulayıb.

Ötən efirlərdən tamaşaçılara tanış olan və dovşandodaqlıqdan əziyyt çəkən balaca Hüseynin ilk əməliyyat prosesi barədə də məlumat verildi. Əməliyyat “Qələndər” klinikasında, “Qızıl əllər” Vaqif Qələndər tərəfindən həyata keçirilib.

“Ümidlə Gəl”ə müraciət edən Fuad Osmanlının xəstəliyi ilə bağlı “Avrasiya Hospital”ın həkimləri məlumat verib. Qeyd edilib ki, bu xəstəlk dünyada nadir sayılır. Azərbaycanda isə il ərzində 50-60 belə xəstə olur ki, onlardan da hardasa 10 nəfərinin xəstəliyi Fuadda olduğu kimi ağırgedişlidir. Sonra vurğulanıb ki, Fuadın əməliyyatı “Avrasiya Hospital”ında həyata keçiriləcək.

Tok-şounun digər qəhrəmanı serebral iflic xəstəsi olan Qəbələ sakini, yeniyetmə yaşında olan Elçin idi. Verlişin tibbi eksperti N.Adilqızı bildirib ki, Elçin də ilkin olaraq dövlət xəstəxanalarından birində yerləşdiriləcək.

Sonda hər dəfə olduğu kimi, studiyada əyləşən problemli və imkansız insanların müraciətləri dinlənilib.

Analoq.az

Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq
Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq
Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq
Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaq
Nadir xəstəlikdən əziyyət çəkən gənc oğlan "Ümidlə Gəl" proqramının vasitəsi ilə əməliyyat olunacaqскачать dle 10.6фильмы бесплатно

Rəy yazın:
ANALOQ TV